Müqəddəs Yekaterina Monastırı

Sinay monastırı və ya Müqəddəs Yekaterina monastırı (yun. Μονὴ τῆς Ἁγίας Αἰκατερίνης, Monì tìs Agìas Ekaterìnis, ərəb. دير القدّيسة كاترينا ‎) — Misirin Santa Katerina şəhərində yerləşən ortodoks monastırı. Rəsmi adı - Allahgəzən Sinay dağının Müqəddəs monastırıdır (yun. Ιερά Μονή του Θεοβαδίστου Όρους Σινά).

Müqəddəs Yekaterina monastırı
Μονὴ τῆς Ἁγίας Αἰκατερίνης
Xəritə
28°33′20″ şm. e. 33°58′32″ ş. u.HGYO
Ölkə
Yerləşir Cənubi Sina mühafəzəsi[d]
Tikilmə tarixi 548
Üslubu Bizans memarlığı
Rəsmi sayt sinaimonastery.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bizans imperatoru I Yustinianın əmri ilə 548-565-ci illər arasında inşa edilmişdir. Fatimilər xilafəti dövründə monastırın ətrafında məscid inşa edilsə də, qibləyə istiqamətləndirilmədiyi üçün heç vaxt istifadə olunmamışdır.

İncəsənət nümunələri

[redaktə | mənbəni redaktə et]

Monastırda yunan, ərəb, erməni, gürcü, ivrit, aramiQafqaz Albaniyası dillərində əlyazmalar, 100-dən çox ikona və rəsm əsəri tapılıb. Bu əlyazmalardan biri də Qafqaz Albanlarının dilində yazılmış Sinay palimpsestidir.

Monastırın panoraması