Sinay palimpsesti

Sinay palimpsestləri — 1975-ci ilin 25 mayında Müqəddəs Yekaterina Monastırında tapılmış Qafqaz albanlarının dilindəki ən qədim yazılı mənbəni özündə əks etdirən əlyazmalar toplusu.

Sinay palimpsestləri
Tarix V-VII əsrlər
Mənşəyinin yeri Müqəddəs Yekaterina monastırı, Misir Misir
Dil(lər) Qafqaz albanlarının dili
Aydınlaşdıran Zaza Aleksidze
Ölçü 19.5 sm x 22.4 sm
Əlifba Alban əlifbası
Kəşf tarixi 25 May 1975

1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir.[1] 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır.[2] Əlyazmalarda ərəbcə, asoruca, efiopca, qədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi.

Alban əlifbalı mətnlərin tapılması

[redaktə | mənbəni redaktə et]

1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo. N 13Sin. Geo. N 55 kod adlı bu əlyazmaların alt təbəqələrini analiz edən Aleksidze tərəfindən ilk deşifr edilən söz birləşməsi "əziyyət çəkmək" mənasına gələn "mar akesunux" olmuşdur.[3]

Alban əlifbalı mətnlərin xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Udi dilinin qədim forması olan bu dil alt qatdakı mətnlər 6 əlyazmadan ibarət olub ən böyük çoxluğa sahib olan 242 səhifəlik olanıdır. Birinci albanca əlyazma 126 səhifə olub Matta İncili, Mark İncili, Luka İncilindən hissələr, "Həvarilərin İşləri", Pavelin məktublarından və Katolik məktublarından ibarət leksionariyadır. Bundan əlavə birinci əlyazmada Tövratdan da hissələr var. İkinci əlyazma 112 səhifədir, Yəhya İncilindən hissələrdən ibarətdir. Alt qatdakı başqa 2 əlyazma ermənicədir və 84 səhifədir. Bir əlyazma asoruca, digəri isə gürcücədir.[4]

  1. Pietro Barocelli, Il viaggio del Dottor Vitaliano Donati in Oriente (1759–62) in relazione colle prime origini del Museo egiziano di Torino, Atti dell’ Accademia delle Scienze di Torino, cild 47 (1911–1912), səh. 411–425
  2. Zaza Alekzidse, M. Shanidze, L. Khevsuriani, M. Kavtaria (2005), The New Finds of Sinai. Catalogue of Georgian Manuscripts Discovered in 1975 at Saint Catherine’s Monastery on Mount Sinai (Athens)
  3. Zaza Aleksidze — "Qafqaz Albaniyası yazının kəşfi və deşifrə olunması", Gürcüstan Elmlər Akademiyası bülleteni, səh 161, 2007
  4. J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild