Müqəddəs Yekaterina kilsəsi (erm. Սանկտ Պետերբուրգի Սուրբ Կատերինե եկեղեցի, rus. Армянская церковь Святой Екатерины) — Sankt-Peterburq şəhərinin mərkəzindəki Erməni Qriqorian Kilsəsi Nevski prospekti, ev № 40–42 ünvanında yerləşir.
Müqəddəs Yekaterina erməni kilsəsi | |
---|---|
Армянская церковь Святой Екатерины Սանկտ Պետերբուրգի Սուրբ Կատերինե եկեղեցի | |
59°56′07″ şm. e. 30°19′56″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Nevski prospekti |
Aidiyyatı | Erməni Qriqorian Kilsəsi |
Memar | Yuri Felten |
Sifarişçi | İvan Lazerev |
Tikilmə tarixi | 1771-1776 |
Üslubu | Klassisizm |
İstinad nöm. | 7810615000 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İlk ermənilər qısa müddət ərzində Sankt-Peterburq şəhərin yaranmasından sonra kütləvi şəkildə şəhərin müxtəlif rayonlarına köçmüşdülər. 1710-cu ildə onlar artıq burada öz icmalarını yaratmışdılar. Bu zaman onlar şəxsi evlərdə dini mərasimlərini keçirirdilər. Arximandrit Minas tərəfindən erməni kilsəsinin tikintisi üçün 1714-cü ildə ilk rəsmi xahiş qaldırılsa da, hakimiyyət orqanları tərəfindən bu rədd edilmişdir. Yalnız 25 sentyabr 1725-ci ildə 30 həyətdən ibarət böyük şəhər ictimaiyyəti, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodundan Vasiliyev adasının 3-cü xəttində köhnə taxta bir evdə ibadət evinin açılışı üçün razılıq əldə edə bilmişdir. 1740-cı ilin yanvar ayında Luka Şirvanov (Ğukas Şirvanyan) artıq daşdan kiçik erməni kilsəsinin inşası barədə rəsmi şəkildə icazə almışdır, lakin Anna İoannovnanın ölümündən sonra tikinti işləri dayandırılmışdı. 1763-cü ilin iyul ayında "Rusiyada məskunlaşan bütün xalqların dini ayinlərini azad şəkildə həyata keçirilməsinə" dair dərc edimiş manifestə əsaslanan yerli bələiyyələr hər iki paytaxtda digər dinlərə sitayiş edən insanların kilsələri və onlara müdaxil digər binalar üçün yer ayrılmışdır.
22 may 1770-ci ildə erməni icmasının çelobit rəhbəri İvan Lazareviç Lazarevə (Ovannes Lazaryana) və onun tabeliyində olan fəallara çox keçmədən İmperatriça II Yekaterinadan şifahi qaydada "Peterburq şəhərində yeni kilsənin inşa olunmasına dair icazə" izlədi[1]. Kilsə üçün yeni yer keçmiş saray manej binasının ərazisində, Paytaxtın ən zadəgan mövqeyini illərlə qoruyub saxlayan Böyük prospektdəki (Nevski prospektində) daşlı qonaq həyətinin qarşısında tikilməli idi. Məhz bu faktor tikintiyə xeyli kapital yatırılması tələb olunurdu[2].
Yuri Matveyeviç Feltenin layihəsinə əsaslanan tikinti işlər kifayət qədər sürətlə icra olunurdu və artıq 1772-ci ildə kilsə təntənəli şəkildə təqdis edilmişdir. Onun tikintisi 33 min rubla başa gəlmişdir. Kilsənin tikintisi ilə bağlı İ. L. Lazarev şəxsən 30 min rubl hədiyyə olaraq bağışlamış və bu məbləğlə də kilsə paytaxtın təntənəli ehtişamına uyğun olaraq inşa edilmişdir. Bu cür xidmətə görə, icma tərəfindən ona kilsəyə məxsus torpaqda prospektə paralel olaraq cənub tərəfdən şəxsi mülkün inşasına icazə verildi. Felten tərəfindən tərtib edilmiş yaşayış binası Lazarevə 50 000 rubla başa gəlmişdir. Şimal qanadının tikintisi on il sonra başlamışdır. Tamamilə öz pul ilə yeni bir binanı tikməklə, Lazarev öz nüfuzunu daha da möhkəmlənmiş, erməni icmasının isə ən nüfuzlu şəxslərindən birinə çevrilmişdir. Daha sonralar o, həmin qiymətə öz evini kilsəyə satmışdır[3].
18 fevral 1780-ci ildə səkkiz rahibin iştirakı və knyaz Q. A. Potyomkin-Tavridalının iştirakı ilə erməni arxiyepiskopu İosif (Arqutinski) imperatriça II Yekaterinanın himayəçisi sayılan əzabkeş müqəddəs Yekaterinanın şərəfinə təqdis olunmuşdur. Kilsə Sankt-Peterburqun erməni mədəniyyət mərkəzinə çevrilmişdir: onun yanında bu günə qədər fəaliyyət göstərən mətbəə və milli məktəb açılmışdır.
1887-ci ildə rəssam İvan Ayvazovski icmaya "Məsih Tavridian gölündə" adlı rəsm əsərini hədiyyə etmişdir.
1915-ci ildə Qış sarayının kafedralında yerləşən riznitsadan apostol Faddeyin və müqəddəs Qriqor Lusavoriçin qalıqları kilsəyə təhvil verilmişdir. Kilsə mərkəzi Kişinyovda yerləşən Naxçıvan-Bessarabiya yepiskopatlığının tabeliyindədir.
1930-cu ilin may ayında kilsə bağlanmışdır. 1931–1934-cü illərdə bina dirəklərlə bölünmüşdür. Binada əvvəlcə Müdafiə qərargahı, daha sonralar isə Musiqili Komediya Teatrının dekorasiya atelyesi yerləşirdi.
1990-cı ildə erməni icması kilsənin qaytarılmasını şəhər bələdiyyəsindən xahiş etdi. 14 mart 1993-cü ildə burada ilk ibadət mərasimi təşkil olunmuşdu və bunun ardından binanın bərpasına başlanılmışdı.
Məbədin tam həsretmə və təqdisetmə mərasimi 12 iyul 2000-ci ildə bütün ermənilərin patriarx-katolikosu II Qaregin və Moskva və bütün Rusiyanın patriarxı II Aleksi iştirakı ilə həyata keçirilmişdi. Həmin gün Ermitajdan icmaya müqəddəs Qriqorinin əmanətləri qaytarılmışdı.
Bina memar Y. M. Felten tərəfindən layihələndirilmiş, fasadları Nevski Prospekt xətti boyunca uzanan 40 və 42 nömrəli yaşayış evlərinin həyətində yerləşən boş torpaq sahəsində inşa edilmişdir (şimal qanadının tikintisi ola bilsin, Feltenin köməkçisi, memar Yegor Sokolov tərəfindən on il sonra həyata keçirilmişdir). Bu səbəbdən kilsənin əsas fasadı istər-istəməz Nevskiyə yönəldilməli, məbədin əsas girişi isə adət üzrə qərbdən yox, cənub tərəfdən yerləşməli idi Kilsənin yeganə apsidasının şərqə istiqamətləndirilməsinə baxmayaraq, Daxili məkan (yəni interyerin ümumi tərtibatı) olduqca mürəkkəbdir. Memar, fasadın memarlıq həllində qısa müddət əvvəl Vasiliyevsk adasında inşa etdiyi Müqəddəs Yekaterina lüteran kilsəsinin memarlığında istifadə etdiyi prinsiplərə əsaslanmış, lakin dekorativ həll baxımından həmin prinsipləri nəzərə çarpacaq dərəcədə təkmilləşdirmişdir ki, bu da portikin daha güclü alınmasına, əlavə yan panellərin isə pilyastrlarla tamamlanmasına səbəb olmuşdur. Divarların yuxarı hissəsində çeşidliliyin təmin olunması üçün memar müxtəlif həndəsi formalı oyuqlardan istifadə etmişdir: birinci yarusda düzbucaqlı, ikinci yarusda tağlı, həmçinin kiçik dairəvi pəncərələr (dördbucaqlı panellərlə kombinasiya şəklində), Toskan orderinə məxsus sərt kapitellərin yerinə isə buradakı sütunlarda Felten "qotazlı" ionik orderdən istifadə etmişdir, birinci və ikinci yaruslarda pəncərələr arasındakı panellərdə tipik barokko motivli barelyeflər yerləşdirilmişdir. Fronton sahəsi çoxfiqurlu kompozisiya ilə örtülür — burada katolikos Qriqori tərəfindən çar III Trdatın vəftiz olunması əks olunmuşdu.
İnteryerin əsas dekorasiya elementlərindən biri — kvadrat günbəzin guşələrində və apsidanın girişində yerləşdirilmiş kompozit orderli 20 qoşalaşmış sütundur. Səthi ağ kapitel və sarı süni mərmərlə çəkilmiş sütunlar ağ mərmər divarları fonunda ifadəli görünüş yaradır. Sütunların üzərində kəsilməz şəkildə odanın bütün perimetri boyunca dentikullu dekorativ lülələr (karnizlər) uzanır.
1794–1797-ci illərdə kilsənin önündə dəmir darvazalar quraşdırılmışdır, 1858-ci ilin sonunda isə həmin darvazaların üzərində N. P. Qrebyonkanın layihəsi əsasında XIX əsrin sonuna qədər mövcud olmuş Şopen fabrikində tökülmüş çuqun məhəccərlər yerləşdirilmişdir.
1841-ci ildə kilsədə memar L. F. Vendramin tərəfindən birinci əsaslı təmir işləri həyata keçirilmişdir.
1865-ci ildə ilkin qüllə üç çan üçün zəng qüllələrinə çevrilmişdir.
1900–1906-cı illərdə memar Aleksandr Tamanyan binanın yeni əsaslı təmirini həyata keçirmiş, divar və döşəmələri möhkəmləndirmişdir.