Müqəddəsi (coğrafiyaçı)

əl-Məqdisi, Şəms əd Din Əbu Abdullah (945, Qüds990, Qahirə) — ərəb coğrafiyaçısı və səyyahı.

Müqəddəsi
ərəb. شمس الدين المقدسي
Doğum adı مُحمَّد بن أحمد بن أبي بكر المَقْدِسِيّ
Doğum tarixi 945
Doğum yeri
Vəfat tarixi 990
Vəfat yeri
Elm sahəsi coğrafiya

Qüdsdə anadan olub, buradan da kunyası. Məqdisinin 985/6–89 illərdə yazdığı "İqlimlərin öyrənilməsi üçün mükəmməl təsnifat"(Əhsən ət-təkasim fi mərifət əl-əqalim) əsəri, çoxillik səhayətlərinin və özündən əvvəlki coğrafiyaçıların tənqidi araşdırmalarının nəticəsi, Şərqin bütün müsəlman ölkələrinin təsvirini ehtiva edir; bütün məlumatlar nizamlı qaydada verilir. Məqdisi əsasən təsvir etdikləri ölkələrin təbii qaynaqlarına, əhalinin məşğuliyətlərinə, adətlərə, inanclara, ticarətə diqqət yetirir. Məqdisinin əsəri Orta Əsrlər Şərqinin iqtisadiyatının öyrənilməsi baxımından çox vacib mənbə hesab olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]