Məşədi Mahmud bəy Vəzirov

Vəzirov Məşədi Mahmud bəy Kazım bəy oğlu (1839, Şuşa1902, Məşhəd) — şair, II gildiya tacir.

Məşədi Mahmud bəy Vəzirov
Məşədi Mahmud bəy Кazım bəy oğlu Vəzirov
Doğum tarixi
Doğum yeri Hacılı camaatı, Cavanşir-Dizaq mahalı, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Aşqabad, Xivə xanlığı, Rusiya imperiyası
Atası Кazım bəy
Fəaliyyəti şair
Üzvlüyü

Məşədi Mahmud bəy Vəzirov 1839-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Böyüyüb özünü tanıyandan sonra tacirliklə məşğul idi. Orta Asiyaİranın bir çox şəhərlərini gəzmişdi. Aşqabadda binə bağlayıb, ticarətini davam etdirmişdi.

Məşədi Mahmud bəy şair idi. Mahmud imzası ilə klassik üslubda, türk və fars dillərində yazıb-yaratmışdır. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə "Riyazül-aşiqin" adlı əsərində ondan bəhs etmişdir. Müctəhidzadə yazır: "Bu rizvancaygah Kazım bəy Vəzirovun xələfidir. Məlum olduğu vəch üzrə bu şəxsi-şaxes əksər ömrünü bu sərzəmində eyşü işrətlə keçirər imiş. Vəqta ki, bəradəri-can bərabərləri və əxi-ruhaniləri tərki-dünyayi-fani qılmışlar, mücərrəd olduğuna görə paytəxti-Əli ibn Musa ər-Riza əleyh ət-təhiyyə və-s-sinayə müşərrəf olub neçə illər o ərzi-əqdəsdə əşraf və əyan ilə ömr keçirdikdən sonra vətəni-məlufuna övdət buyurur və hicrətin 1318-ci sənəsində beməfadi-küll min əleyha fəinnə vidai-can edib bəradərani-ruhanilərinin ərvahına ruhi-şərifini mülhəq etişdir. Xülasə, sahibi-təbi-lətif və kəlami-şərifdir".

Məşədi Mahmud bəy haqqında təzkirəçi Mir Möhsün Nəvvab da öz ünlü əsəri "Təzkireyi-Nəvvab"da bəhs etmişdir. Nəvvab yazır: "Mahmud bəy Kazım bəyin oğlu, o da Məhəmmədxan bəyin oğludur. Qarabağ əhalisindəndir, yaşı təqribən əlli beş olar. Peşəsi tacirlikdir. Qaməti düz, bir qədər yoğun, burnu yekə, gözləri zəif, özü deyib, özü güləndir.

İndi ki, 1309-cu ildir, Xorasan və Aşqabadda alver edir. Bəzən şeir də deyir. Şair və dərvişlərlə ünsiyyəti var. Aşağıdakı şerlər onundur. Təxəllüsü yoxdur. Şerləri öz adıyla deyir. Divanı yoxdur. Mahmud bəyin vəfat tarixi 15 səfər 1320-ci ildir — 1902-ci il".

  • Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.