Məhəmmədəli Məmmədov (1934, Darbaz, Lüksemburq rayonu – 2000, Bakı) —Fəlsəfə elmləri doktoru, professor. 100-dən artıq elmi əsərin, o cümlədən, bir neçə kitabın, 5 elmi-metodik göstərişin və onlarla elmi-publisistik məqalənin müəllifi.[1]
Məhəmmədəli Məmmədov | |
---|---|
Məhəmmədəli Novruz oğlu Məmmədov | |
Doğum tarixi | 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 2000 |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili |
Məhəmmədəli Məmmədov 1934-cü ildə qədim Borçalı mahalında indiki Bolnisi rayonu, Darvaz kəndində anadan olub. 1941-ci ildə Darvaz kənd orta məktəbində ilk təhsilinə başlayıb. 1953-cü ildə təhsilini bitirərək elə həmin ildə Bakı Dövlət Universitetinin məntiq-psixologiya fakültəsinə daxil olub. 1958-ci ildə təhsilini bitirib. 1959-cu ildə Bakı Dövlət Universitetində magistraturaya daxil olub.
1965-ci ildən Gəncə Dövlət Dövlət Universitetində assistent, müəllim, dosent və professor vəzifəsində çalışıb. 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. 1994-cü ildə Gəncə Dövlət Dövlət Universitetində fəlsəfə və politologiya kafedrasının müdiri vəzifəsində çalışıb. 40-dan çox beynəlxalq,keşmiş ittifaq və respublika səviyyəli elmi konfrans və simpoziumda iştirak edib.