Məhəmməd Əkbər (11 sentyabr 1657 – 31 mart 1706[a]) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun əsas arvadı, Səfəvi sülaləsinin nümayəndəsi Dilras Banu Bəyimin övladı olan moğol şahzadəsi. Əkbər atasına qarşı üsyan başlatmış, uğursuzluğa düçar olduqdan sonra da Dəkkənə qaçmışdır. Bundan sonra Səfəvi imperiyasına sürgün edilmiş və orada da ölmüşdür. O, 1719-cu ildə bir neçə aylıq moğol imperiyasına hökmdanlıq etmiş Nikusiyarın atasıdır.[3]
Şahzadəsi Sultan Məhəmməd Əkbər | |
---|---|
Məhəmməd Əkbər | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Övrəngabad, Böyük Moğol imperiyası |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Məşhəd, Səfəvilər dövləti |
Dəfn yeri | Məşhəd |
Atası | Övrəngzib |
Anası | Dilras Banu Bəyim Səfəvi |
Həyat yoldaşı | Səlimə Banu Bəyim |
Uşaqları | Mirzə Məhəmməd Nikusiyar və ya II Teymur |
Ailəsi | Teymurilər dövləti |
Dini | Sünni İslam |
Məhəməd Əkbər 11 sentyabr 1657-ci ildə Övrəngabadda şahzadə Sultan Övrəngzib (Aləmgir)lə onun birinci və əsas arvadı Dilras Banu Bəyimin ailəsində dünyaya gəlmişdir. Onun anası dövrün ən görkəmli hökmdar ailələrindən hesab edilən Səfəvi sülaləsinə mənsub idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Bədiüzzaman Mirzə Səfəvi moğol imperiyasında Qucarat valisi kimi çalışmış və sarayda çox güclü nüfuza sahib olmuşdu. Anası Dilras Banu Bəyim Əkbəri dünyaya gətirən zaman infeksiyaya yoluxmuş və buna görə də Əkbər bir neçə aylıq ikən vəfat etmişdir. Övrəngzibin ən sevimli arvadı olan Dilrasın ölümündən sonra Əkbər atası və böyük bacısı Zeb-un Nisə Bəyim tərəfindən xüsusi qayğı və diqqətlə böyüdülmüşdür. O, atasının ən sevimli övladı olmuşdur. Övrəngzib ona yazdığı məktubda bunu belə açıqlamışdır:[4]
Tanrı şahiddir ki, mən səni digər oğullarımdan daha çox sevirdim. |
Əkbərin bacı-qardaşlarına daxil idi: Zeb-un Nisə Bəyim, Zinat-un Nisə Bəyim və böyük qardaşı Əzəm Şah. Digər moğol şahzadələri kimi o, şahzadəliyi dönəmində bir çox vilayəti idarə etmiş və təcrübəli moğol sərkərdələrinin atabəyliyi altında bir çox kiçik hərbi yürüşlərə rəhbərlik etmişdir. O, özünün ilk sərbəst komandanlıq bacarıqlarını Övrəngzibin Codhpur yürüşündə sərgiləmişdir.
18 iyun 1672-ci ildə Əkbər özünün böyük əmisi olan Dara Şükuhun nəvəsi ilə evlənmişdir. Dara Şükuh hakimiyyət uğrunda gedən mübarizə şəraitində Övrəngzib tərəfindən öldürülmüşdü. Əkbərin evləndiyi qadın olan Şahzadə Səlimə Banu Bəyim Dara Şükuhun ən böyük oğlu olan Şahzadə Süleyman Şükuhun ən böyük qızı idi. Daha sonralar Əkbər həmçinin Assam əsilzadələrindən birinin qızı ilə də evləndi. Ümumilikdə onun 2 oğlu və iki qızı olmuşdur. Bu siyahıya 1719-cu ildə qısamüddətlik moğol imperatoru olan Nikusiyar da daxildir.[5][6]
Codhpur maharacası maharaca Casvant Sinq eyni zamanda yüksək rütbəli moğol məmurlarından biri idi. O, 1678-ci ilin 10 dekabrında Xeybər keçidində öldü. O, ölən zaman geridə heç bir oğlan varisi qalmasa da, arvadlarından ikisi həmin vaxt hamilə idi. Beləliklə, varislik qarışıq vəziyyət almışdı. Onun ölüm xəbəri Övrəngzibə çatan kimi o, böyük ordu hazırlayaraq Codhpur dövlətini tamamilə özündən asılı vəziyyətə salmaq üçün yürüşə başladı. Bu ordunun bölmələrindən birinə də Əkbər komandanlıq edirdi.
Övrəngzib, guya Casvantın hamilə dul qadınlarından doğulan hər hansı bir oğlan uşağının varisliyini təmin etmək üçün Codhpuru işğal etdi. O, qanuni varisin lazımı yaşa gəldiyi zaman onun hüquqlarının təmin ediləcəyini elan etdi. Lakin ölümünə qədər Casvantla Övrəngzibin münasibətləri yaxşı deyildi və Övrəngzibin onun ölümündən istifadə edib dövləti tamamilə ələ keçirəcəyindən qorxurdular. Həqiqətən də. Övrəngzib Codhpur sarayındakı yerli məmurları moğol məmurlarla əvəz etdi. Beləliklə, şimaldakı ən böyük Hindu dövlətini ilhaq etdikdən sonra, Övrəngzib 2 aprel 1679-cu ildə yenidən cizyə vergisini toplamağa başladı. Bu vergi onun tolerant əcdadı olan I Əkbər tərəfindən demək olar ki, bir əsr bundan əvvəl ləğv edilmişdi. Bütün bu əməlləri onu racputlar arasında pis tanınmasına səbəb oldu.
Casvantın hamilə olan arvadlarından biri Acit Sinq adı verilən bir oğlan dünyaya gətirdi. Casvanta sadiq olan şəxslər onun ailəsini Cadhpua gətirdilər və doğulan körpəyə hökmdar kimi davranmağa başladılar. Codhpur racputu (Rator klanı) qonşu racputluq olan Mevar (Sisodia klanı) ilə ittifaq formalaşdırdılar. Mevarlı Maharana Raj Sinq ordusunu səltənətinin qərb hissəsinə, möhkəm Aravalli təpələri ilədolu olan və çoxsaylı təpə qalaları ilə qorunan hissəsinə çəkdi. Bu mövqedən daha kiçik, lakin daha sürətli Racput süvari birlikləri düzənliklərdəki moğol postlarına gözlənilmədən hücum edə, təchizat yollarını qarət edə və qonşu moğal əyalətlərini dağıtmaq üçün onların hərbi düşərgələrindən yan keçə bilərdi.
1680-ci illərin ikinci yarısında, belə toqquşmaların bir neçə ay davam etməsindən sonra Övrəngzib topyekun yürüşə keçmək qərarına gəldi. Moğol ordusunda silahdüzəldən olan Nikkolao Manucci deyirdi ki, "bu yürüş üçün Övrəngzib bütün səltənətini girova qoydu ". Bir-birindən ayrı olan və Övrəngzibin üç oğlu Əkbər, Məhəmməd Əzəm Şah və Müəzzəm tərəfindən idarə edilən ordu bölmələri Aravalli təpələrinə fərqli istiqamətlərdən yaxınlaşdılar. Lakin onların artilleriyası sıldırımlı təpələrin ətrafında sürüklənərkən öz təsirini itirdi və həm Əzəm, həm də Müəzzəm geri çəkilməyə məcbur edildi.[7]
Əkbər və onun generalı Tahavvur xana racput feodallarına rüşvət verərək moğol tərəfinə çəkmək tapşırılmışdı, lakin onlar bunu həyata keçirərkən özləri racputların tələsinə düşdülər. Racputlar Əkbəri atasına qarşı üsyan qaldırmağa təşviq etdilər və bunu edəcəyi halda bütün gücləri ilə onu dəstəkləyəcəklərini bildirdilər. Onlar bildirirdilər ki, Övrəngzibin racput feodal hakimliklərini ələ keçirmək istəyi imperiyada sabitliyin pozulmasına səbəb olmuşdur. Onlar həmçinin ona xatırlatdılar ki, Övrəngzibin cizyəni bərpa etməkdə və məbədləri sökməkdə göstərdiyi açıq təcavüzkarlıq onun əcdadlarının müdrik siyasətinə ziddir. Bhimsenin sözlərinə görə, o, atasına da yazmışdı:[8]
Hind icmasına [firqa] iki bəla gəldi: şəhərlərdə cizyə tələb edilməsi və kəndlərdə düşmənə zülm edilməsi.
Şahzadə Əkbər racputların vədlərinə qulaq asmış və onlara öz hakimiyyətini qura biləcəyi halda əcdadı Əkbərin siyasətini bərpa edəcəyini vəd etmişdi. 1 yanvar 1681-ci ildə, Şahzadə Əkbər özünü imperator elan etdi, atasını taxtdan salınmasını nəzərdə tutan manifest verdi və onunla döyüşmək üçün Əcmərə doğru yürüşə başladı.
Moğol ordusunun bir hissəsinin komandanı kimi o, 12 minlik süvri dəstəyə komandanlıq edirdi. Həmçinin bu ordu piyada və artilleriya dəstələri tərəfindən də dəstəklənirdi. Buna əlavə olaraq, Mevarlı Maharana 6 minlik racput süvarisi ilə yardıma gəldi. Bu ordunun yarısı Mevar racputluğundan toplanmışdı. Rator döyüşçülərinin də bu orduya qatılmasından sonra onların ümumilikdə sayı 25 min süvariyə çatdı. Aravalli təpələri ətrafında yerləşdirilən moğol ordusu isə Övrəngziblə birləşmək üçün hərəkətə başlamışdı. Övrəngzib Əkbərin yanındakı sərkərdəsi Tahavvur xana məktub yazdı və ona təslim olacağı halda bağışlanacağını, əks halda ailəsini ictimaiyyətin gözü qarşısında alçaldacağını bildirdi. Tahavvur xan gizli şəkildə Övrəngzibin qəbuluna gəlsə də, onun çadırının girişində öldürüldü.
Daha sonra hiyləgər moğol imperatoru Əkbərə bir məktub yazdı və elə təşkil etdi ki, məktub racputların əlinə keçdi.[9] Sen Bu məktubda, o, oğlunu sonunda racputları öz yerlərindən çıxardaraq açıq döyüş meydanına gətirə bildiyi üçün təbrik edirdi. Məktuba görə, guya ata və oğul onları burada məğlub edəcəkdi. Bu zaman Tahavvur xanın da ortalıqda olmadığının fərqinə varan racputlar ən pisindən qorxaraq gecə ilə düşərgəni tərk edib getdilər. Səhər tezdən Əkbər yuxudan duran zaman özünün ən yaxın köməkçisinin və müttəfiqlərinin düşərgədə olmadığını gördü. Eyni zamanda onun ordusuna daxil olan döyüşçülər də sürətlə Övrəngzibə təslim olmağa gedirdilər. Əkbər özünün bir neçə yaxın məsləhətçisi ilə birlikdə Övrəngzibə əsir düşməmək üçün qaçdı və racputlardan izahat ala bilmək üçün onların bir neçəsini görə bilmə şansı oldu.
Əkbərin heç bir xəyanət etmədiyini və onun faydalı ola biləcəyini görən Rathore lideri Durqadas Əkbəri Maratha kralı Sambhajinin sarayına apardı. Bunda əsas məqsəd onu Dehli taxtına oturtmaq üçün bu kralın dəstəyini qazanmaq idi. 5 il boyunca Əkbər Sambhajinin sarayında yaşadı və bu zaman ərzində Sambhajinin ona döyüşçü və pul verəcəyini, özünün də bunlardan yararlanaraq moğol taxtını ələ keçirəcəyinə ümid etdi. lakin bu zama Sambhaji ona qarşı olan şeylərlə mübarizə aparmaqda idi. O, Canjira siddhisləri, Mysorlu Çikka Dev Rai və Övrəngziblə mübarizə apardıqdan sonra 1686-cı ildə Əkbəri Səfəvi imperiyasına göndərdi.
Deyilənə görə, Əkbər Səfəvi imperiyasında keçirdiyi zaman ərzində tez-tez atasının qısa müddət ərzində ölməsi üçün dua edirmiş və yalnız belə olacağı halda, moğol taxtını ələ keçirə biləcəyini düşünürmüş. Bunu eşidən Övrəngzib deyibmiş ki, "baxaq görək birinci kim ölür, o, yoxsa mən?". Həqiqətən də Övrəngzibin dediyi kimi öldü. Əkbər 1706-cı ildə vəfat etdi və Səfəvi imperiyasının şəhərlərindən biri olan Məşhəddə dəfn edildi.
Əkbərin iki övladı racputlar tərəfindən böyüdülmüşdü. Bu uşaqlar Övrəngziblə həyata keçirilən danışıqlar nəticəsində yaşlı imperatora təhvil verildilər. Əkbərin qızı olan Səfiyət-un Nisə 1696-cı ildə babasının yanına göndərildi. Oğlu Bulad Axtar isə 1698-ci ildə moğol sarayına təhvil verildi. Buland Axtar moğol srarayına təqdim edilərkən, mükəmməl şəkildə Racəstani dilində danışaraq babasını və saray əyanlarını heyrətləndirmişdi.
Ser Cadunath Sərkərin sözləri ilə:
Şahzadə Əkbərin üsyanı racputlar tərəfindən təşviq edilməsinə və ortaya çıxmasına baxmayaraq, dolğunlaşdı və Şimali Hindistanda sona çatdı. Üsyan Dəkkənin tarixini dəyişdirməklə birlikdə, Moğol imperiyasının taleyini də sürətləndirdi. Onun Şambhuciyə sığınması Dehli taxtına olan təhlükəni yüksəltdi və bu təhlükənin qarşısını yalnız Övrəngzibin cənubdakı şəxsi görünüşü ala bilərdi. Lakin Əkbərin Dəkkənə qaçması həmin dönəmdəki imperiya siyasətini tamamilə dəyişməyə məcbur etdi.Övrəngzibin indi ilk işi Şambhucinin gücünü əzmək və Əkbəri fitnə-fəsad üçün aciz vəziyyətə salmaq idi. Bunun üçün o, Maharana ilə iyun 1681-ci ildə sülh imzaladı və öz ordusu ilə birbaşa Dəkkənə hərbi əməliyyatlara yollandı.