Əmir-Abbas Hoveyda (18 fevral 1920 - 7 aprel 1979) — İranın dövlət xadimi. 1965-ci ilin 27 yanvar tarixindən 7 avqust 1977-ci il tarixinədək İranın baş naziri.13 ilə yaxın İran Baş Naziri olaraq İran tarixində ən çox bu vəzifəni tutan şəxsdir.
Əmir-Abbas Hoveyda | |
---|---|
امیرعباس هویدا | |
İranın Baş naziri | |
27 yanvar 1965 – 7 avqust 1977 | |
Əvvəlki | Həsən Əli Mənsuri |
Sonrakı | Cəmşid Amuzegar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat, yazıçı |
Dini | şiəlik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Paris və Brüsseldə siyasi elmlər üzrə təhsil aldıqdan sonra İrana qayıtmış və hərbi xidmətə yollanmışdır.Daha sonra İran Xarici İşlər Nazirliyinə daxil olmuş,daha sonralar Paris (1945-1947),Bonn (1947-1952) və Ankaradakı (1957) İran səfirliklərində, BMT-də (1951-1957) çalışmışdır.1958-ci ildə İran Milli Neft Şirkətində idarə heyətinə üzv təyin olunmuşdur.
1963-cü ildə Yeni İran Partiyasının qurulmasında iştirak etmişdir.1965-ci ildə dönəmin baş naziri Həsən Əli Mənsurun öldürülməsindən sonra baş nazir vəzifəsinə təyin olunmuşdur.Baş nazir olmaqla yanaşı ölkənin yeganə qanuni siyasi partiyası olan Yeni İran Partiyasının və daha sonra onun yerinə keçən Rastahiz (yenidən canlanma) partiyasının da rəhbəri olmuşdur.Bu dönəmdə İranla Qərb neft şirkətləri arasında müxtəlif müqavilələr imzalamağa başlamışdır.
Buna baxmayaraq,7 avqust 1977-ci ildə İranda baş qaldıran etirzaların səbəbkarı olaraq görüldü və vəzifəsindən istefaya göndərildi,yerinə Cəmşid Amuzegar gətirildi.1978-ci ilin noyabrinda isə İranda əksinqilabi qüvvələrə qarşı vuruşan şah yönümlü hərbi rejim tərəfindən ev həbsinə məhkum edildi.1979-cu il inqilabında Ruhulla Xomeyninin hakimiyyətə gəlməsindən sonra 1979-cu ilin fevralinda təslim oldu.2 ay sonra Ruhulla Xomeyninin tələbəsi olan Sadıg Xalxalinin rəhbərlik etdiyi İslami İnqilab Məhkəməsi tərəfindən güllələnərək edam olundu.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |