Məhəmməd bəy Baharlı

Məhəmməd bəy Baharlı (XV əsr1466)— Qaraqoyunlu əmiri. Əlişəkər bəy Baharlının oğlu.

Məhəmməd bəy Baharlı
Məhəmməd bəy Əlişəkər bəy oğlu Baharlı
Doğum tarixi XV əsr
Vəfat tarixi
Vəfat yeri Bağdad
Vəfat səbəbi qətlə yetirilmişdir
Atası Əlişəkər bəy Baharlı
Fəaliyyəti XV əsr
Fəaliyyət illəri XV əsr

Məhəmməd bəy Baharlı Cahanşahın oğlu Pirbudaq bəyin əmiri olmuşdur. Pirbudaq bəy Şirazda atasına qarşı qiyam qaldıranda Məhəmməd bəy Baharlı onun tərəfində idi. Cahanşah oğlunun qiyamını yatırtmaq istəyi ilə Ucanda düşərgə salmışdır. Məhəmməd bəy Baharlı Pirbudaq bəyin əmri ilə 1500 nəfərlik döyüşçü ilə onun düşərgəsinə hücum etmişdir. Lakin atası Əlişəkər bəyin 5000 nəfərlik ordusu qarşısında davam gətirə bilməmişdir. Məhəmməd bəy Baharlı məğlub olmuş, 300 nəfər döyüşçü ilə əsir düşmüşdür.

Məhəmməd bəy Baharlı Cahanşaha qarşı döyüşdüyü üçün edam olunmalı idi. Əlişəkər bəy Baharlının övladı olması onu ölümdən xilas etmişdir. Cahanşah Məhəmməd bəy Baharlını bağışlamış, 1460 da ona Bağdadda yaşamağa icazə vermişdir.

Məhəmməd bəy Baharlı Pirbudaq bəyin Bağdadda qiyamı yatırılarkən təsadüf nəticəsində 1466 ildə öldürülmüşdür.

  • Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy Baharlı və onun nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 11-17 iyul 2012-ci il
  • Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
  • Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı) (II kitab. Bakı, 2013)
  • Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014