Məhərrəm Ergin (d. 1925 – ö. 6 dekabr 1995) Türk yazarı və türkoloq.
Məhərrəm Ergin | |
---|---|
Doğum tarixi | 1925 və ya 1923[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 yanvar 1995[2] |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Fəaliyyəti | dilçi |
Axısqada dünyaya gəlmişdi. Ailəsi Türkiyəyə köç edərək Bulanıka yerləşdi. Bulanıkda başladığı təhsilini 1943-cü ildə Balıkesir litseyində davam etdirmişdi. 1947-ci ildə İstanbul Universiteti Ədəbiyyat fakültesi Türk Dili və ədəbiyatı bölümünü bitirmişdi. Rəşid Rəhməti Arat assistenti olaraq universitdə çalışmışdı. 1971-ci ildə professor olmuşdu.
Türk dilini, ədəbiyyatını, tarixini öyrənən araşdırıcılar türk və türk olmayanlar adı altında ikiyə ayrılır. Sırf elmi baxımdan bu bölgü şərti olsa da, qan-can yaddaşı, doğmalıq baxımından onları eyniləşdirmək olmaz. Avropa və Rusiyanın nə qədər böyük alimləri, vicdanlı araşdırıcıları olsa da, bu dil və mədəniyyət onların özününkü olmayıb və işin ortasına missionerlik, müstəmləkə ideologiyası daxil olduğu üçün bizim türkoloqlar anlayışı başqa bir başlanğıc, başqa bir təməldir. Kaşğarlı Mahmuddan başlayıb Mirzə Kazımbəylərə, Qaspıralılara, Çobanzadələrə, Muxtar Hüseynzadələrə, Əlövsət Abdullayevlərə gələn böyük yol boyunca sərf-nəhvin-qrammatikanın zəruri elmi prinsipləri ilə Vətən, Millət anlayışları qoşa olub.
Ə.Nəvainin, Berqamali Kadrinin sırf dilçilik əsərlərindəki türkcənin sirr pərdələrinin qaldırılması, türkcənin bağlı qapılarını ərəb-fars, Avropa-rus açarı ilə deyil, öz açarımızla aça bilmək iradəsinin öncüllərindən biri də Məhərrəm Ergindir (1923-1995).
Sovet vaxtlarında hələ bu anlayışlar bizə yad idi və bu yöndə ilk dərsi bizlərə Məhərrəm Ergin Xoca verdi.
Kamil Vəli Nərimanoğlunun yazısı:
Abbas Zamanovun, Səlim Cəfərovun, Əlövsət Abdullayevin, Fərhad Zeynalovun salamlarını çatdırdım. Çox məmnun oldu və "İstədiyimiz hər şeyi yapamadıq" dedi və əsən sol barmaqlarını sağ əli ilə ovuşdura-ovuşdura uzaqlara baxıb dedi: "Türkolojidə görüləsi işlerimiz pek fazla. İnşallah, iyi olur. Sizlere, genclere güveniyoruz".
Ustadın sözü doğru çıxdı. Azərbaycanın və başqa türk respublikalarının azadlıq, müstəqillik qazanması türkologiyanı yeni dövrə istiqamətləndirdi.
Xəlil Açıqgöz Məhərrəm Ergini strukturalizmik ilk dəfə Türkiyədə dilçilik təcrübəsini tətbiq edə alim kimi təhlil edir. haqlı tərəfləri olsa da, bizcə, M.Ergin Qərb-Şərq ənənəsini türkcənin təbiətinə uyğun şəkildə tətbiq edən, dəyişmə və birləşmə qaydalarını ən sadə şəkildə sistemləşdirən araşdırıcıdır. Türkoloqların böyük əksəriyyəti müəllim vərdişi və metodu ilə elmi qrammatika yazırlar. M.Ergin Hocada da bu cəhət açıq-aydın duyulur.
Dərslikdən elmi qrammatikaya keçid o qədər də sadə deyil. Və ya ərəb-rus-alman qrammatikasının sistemindən qurtulmaq da asan sayılmaz. Məhərrəm Hocanın araşdırmalarında bu ölçü-nizam o qədər ustalıqla saxlanılıb ki, ilk növbədə öz doğma dilinlə üzbəüz qalırsan. Metod və metodologiya dilin öz nəfəsindən, təcrübəsindən, canlılığından sonra gəlir. Hər cür təsnifat elmi hədəf ola bilməz. Təsnifatlar, bölgülər məqsəd deyil, vasitədir. Bu anlamda, əlbəttə ki, M.Ergin Hoca istər iduktiv, istərsə də deduktiv metodla, daha çox kompleks üsulla türkcəni incələyir. Türk qrammatikasının mürəkkəb kateqoriyalarını ən sadə şəkildə təhlilə cəlb edir. M.Ergin Hocanın "Dədə Qorqud kitabı"nın ən qiymətli hissəsi eposun elmi-tənqidi mətnidir.
H.Araslı, O.Şaiq, S.Əlizadə, Ş.Cəmşidov, S.Tezcan nəşrlərini, Ə.Dəmirçizadə, H.Mirzəzadə, T.Təkin, O.Sərtqaya, Ə.Bican Ərcilasun, V.Adilov mətn dəqiqləşdirmələrini yüksək qiymətləndirməklə bərabər M.Ergin elmi-mətnini ana mətn kimi qəbul edənlərin tərəfindəyəm. Drezden və Vatikan nüsxələri əsasında hazırlanmış bu mətnin etalon sayılması təbiidir. "Kitabi-Dədə Qorqud" lüğətinin hazırlanmasında Orxan Şaiq Gögyay nə qədər mötəbərdirsə, elmi-tənqidi mətndə də M.Ergin o qədər mötəbərdir. Elmin qapısı həmişə açıqdır. Bəlkə yeni-yeni elmi mətnlər yaranacaq, oxular reallaşacaq, ancaq onların heç biri M.Ergin Hoca mətninin əhəmiyyətini, dəyərini azaltmayacaq. Dilçilikdə qrammatik həssaslıq, sərvaxtlıq deyilən bir anlayış var. Bizim dilçilikdə, daha çox Muxtar Hüseynzadədə olan bu sövqi-təbii duyum M.Ergin Hocada da çox qabarıqdır. "Dədə Qorqud"un qrammatik təsvirində bu cəhət açıq-aydın seçilir. Hədəfi "Türkcənin yapısının gerçək sistemini yakalamak" (X.Açıqgöz) olan M.Ergin Hoca istər "Dədə Qorqud"un dilindən yazsın, istərsə də Orxan abidələrinin dilini təsvir etsin, istərsə də çağdaş Türkcənin problemlərindən yazsın, həmişə öz üslubuna, dəst-xəttinə, sadiqdir. Məhərrəm Hoca Şəhriyar haqqında Türkiyədə ilk elmi əsər yazanlardan və böyük şairin ümumtürkcədə yerini, rolunu müəyyənləşdirənlərdən biri, bəlkə birincisi olub.
M.Ergin Hoca böyük dil siyasətçisi, dil filosofudur. Onun "Türk kimdir, kim türkdür", "Azeri türkcəsi", "Türkcənin soy kötüyü", "Türkiyəni bugünə gətirən tarixi seyr", Sovet imperializmi, "Balkanlar və Türklər" və s. ictimai-siyasi və elmi əsərləri yalnız Türkiyə üçün deyil, Türk dünyasının o vaxtları və bu vaxtları üçün də çox qiymətlidir.
Məhərrəm Hoca Azərbaycan əsilli böyük türkoloq Ə.Cəfəroğlu, eləcə də R.R.Arat, M.Mansuroğlu, A.H.Tanpınar, M.Kaplan, F.Köprülüzadə, Y.Ekmanın tələbəsi, Ə.B.Ərcilasun, F.Türkmən, O.Sərtqayan, D.Yıldırım, İ.Əngün, Z.Kirman, Y.Akpınar, X.Açıqgöz, Günay Kutun və yüzlərcə elm adamının müəllimi olub
Türkiyənin ən ağır illərində vətəndaş mövqeyini, alimlik ləyaqətini, dövlətçilik mövqeyini dəyişməyən M.Ergin Hoca məktəbi ən böyük türkoloji məktəb kimi dünyada məşhurdur.
Keçən ilin dekabrında İstanbulda M.Erginin xatirəsinə həsr olunmuş elmi məclislər keçirildi və böyük alimin elmi, ictimai-siyasi, pedaqoji fəaliyyəti bir daha yüksək qiymətləndirildi.