Məhdi

Bu məqalə İslam dinində sonuncu xəlifəQiyamətdən öncə gələcəyi iddia olunan xilaskar haqqındadır. Digər mənalar üçün Mehdi (dəqiqləşdirmə) səhifəsinə baxın.
İmam Mehdinin adı, Məscidül-Nəbidə yazılmış İslam kalliqrafiyası

Mehdi[1], Məhdi; əsl adı Məhəmmədİslam dinində sonuncu xəlifəQiyamətdən öncə gələcək xilaskar.

Cəfərilikdə on dördüncü məsum, on ikinci imamxəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs.

border=none Əsas məqalə: Hakim (xəlifə)
border=none Əsas məqalə: Məhəmməd ibn Həsən
border=none Əsas məqalə: Seyid Əli Məhəmməd
border=none Əsas məqalə: Mirzə Hüseyn Əli

Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir:

"Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq…

Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər. Bu hədisləri inkar edib onların sənədində mübahisə edənlər də çoxdur. Hədis elminin mütəxəssisləri arasında belə bir qayda var ki, cərh tədildən[2] irəlidir. Belə olduğu halda əgər biz bu hədisləri söyləmiş ravilərin bəzilərində unutqanlıq, əqidə çatışmazlığı və ya pozğunluğu kimi zəif cəhətlər müşahidə etsək, həmin hədislər etibardan düşür…"[3]

Sonra o, (İbn Xəldun) bu hədislərdən bir neçəsini qeyd etmiş, onları söyləmiş ravilərin avtobioqrafiyasını araşdıraraq bəzilərini etibar oluna bilməyən hesab etdikdən sonra deyir: "Budur, hədisçilərin Məhdi (əleyhissəlam) və onun qiyamı barədə söylədikləri rəvayətlər. Özünüz də gördünüz ki, onların bir neçəsi istisna olmaqla hamısı mübahisəlidir."[4] Bu, İbn Xəldunun Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətlərə münasibətinin qısa məzmunu idi. Hədis elminin mütəxəssisləri, istər şiə olsun, istərsə də sünni hamı bir nəfər kimi onun iddialarını qəti sübutlarla inkar edərək sözlərini əsassız hesab etmişlər.[5] İndi nümunə üçün Mədinə Universitetinin ustadı Şeyx Əbdülmöhsün İbadın bu barədə dediklərinin qısa məzmununu oxucuların nəzərinə çatdırırıq. O, "Sünnə əhlinin gözlənilən Məhdi haqqında əqidəsi" mövzusuna dair keçirilmiş konfransda İbn Xəldunun nəzəriyyəsini rədd edərək demişdir: a) Əgər Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədisləri hədis mütəxəssisi olan bir şəxs inkar etsəydi, bu barədə şəkk etməyə dəyərdi. Ancaq bu barədə mütəxəssis olmayan tarixçilərin şübhəsi yersizdir. Şeyx Əhməd Şakir yaxşı deyib ki, İbn Xəldun bilmədiyi bir işə baş qoşmuş, əhli olmadığı bir meydana girmişdir. O, öz yazdığı "Əl-Müqəddimə" kitabında Məhdiyə ixtisas verdiyi fəsildə təəccüb ediləsi sözlər demiş və açıq-aşkar səhvlərə yol vermişdir. O, hədisçilərin hədis elmində "cərh tədildən üstündür" demələrindən məqsədin nə olduğunu heç anlamamışdır. b) İbn Xəldun "Əl-Müqəddimə"də Məhdi əleyhissəlama ixtisas verdiyi fəsildə etiraf edir ki, tarix boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın axır vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən mütləq, bir nəfər zühur edəcək… Tarix boyu bütün müsəlmanlarda belə bir inamın olmasına etiraf etdiyi halda, İbn Xəldunun özünün də hamının qəbul etdiyi bu əqidəni qəbul etməsi daha məqsədəuyğun olmazdımı? Bütün müsəlmanların əqidəsinin onun şəxsi əqidəsilə zidd olduğu bir halda bu, necə deyərlər özünü kənaraçəkmə demək deyilmi? Deməli, bütün müsəlmanlar səhv başa düşmüş, təkcə İbn Xəldun doğru anlamışdır? Ümumiyyətlə, bu, araşdırılası, əqli yolla başa düşüləsi bir məsələ deyil. Əksinə, bu, nəqli və qeybi bir məsələdir. Kiminsə onu Quran və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsindən başqa bir sübutla isbat etməsi düzgün deyil. Bu isə bütün müsəlmanların nəzəriyyəsini təsdiqləyir və onlar bu nəqli məsələdə mütəxəssislərdir. v) İbn Xəldun bu hədisləri araşdırıb öz etirazını bildirməzdən qabaq deyir: "İndi bu barədə deyilmiş hədisləri qeyd edəcəyik."[6] Hədisləri qeyd etdikdən sonra deyir: "Budur, hədisçilərin Məhdi (əleyhissəlam) və onun dünyanın sonunda qiyam edəcəyi barədə rəvayət etdiyi hədislər." Başqa bir yerdə isə deyir: "Hədisçilərin Məhdi (əleyhissəlam) haqqında rəvayət etdiyi hədislərin hamısını bacardığımız qədər qeyd etdik."[7] Halbuki, o, Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislərin çoxunu qeyd etməmişdir. Bunu Süyutinin "Əl-Ürfül-virdi fi-əxbaril Məhdi" kitabından da əldə etmək olar. İbn Xəldun, İbn Qəyyimin "Əl-Minarül-münəyyif" adlı kitabında mötəbər sənədlə qeyd etdiyi hədisdən də xəbərsiz qalmışdır. q) İbn Xəldun bu hədislərin bəzisini qeyd etmiş, onların bəzilərinin sənədini ravilərinə görə etibarsız saymışdır. Halbuki, Buxari və Müslim, ya heç olmasa onların biri öz səhihlərində həmin ravilərdən hədislər rəvayət etmiş və alimlər onların sənədlərində heç bir irad tutmamışlar. d) İbn Xəldun özü etiraf edir ki, Məhdi barədə deyilmiş hədislərin az bir qismi sənəd cəhətdən mötəbər və iradsızdır. Elə isə qeyd etməliyik ki, İbn Xəldunun özünün qəbul etdiyi həmin hədislər də bu məsələnin isbata yetməsi üçün kifayət edir və başqa hədislər də onları təsdiqləyir.[8][9]

Haqqında nəql olunan kəlamlar

[redaktə | mənbəni redaktə et]

İmam Mehdi haqqında hədis rəvayət edənlər.

Səhabələr

  • Əli
  • Hüseyn
  • Abdullah ibn Abbas
  • Abdullah ibn Ömər
  • Təlhə ibn Übeydullah
  • Abdullah ibn Məsud
  • Əbu Hüreyrə
  • Ənəs ibn Malik
  • Əbu Səid Xudri
  • Əli Hilali
  • Abdullah ibn Haris
  • Səid ibn Müsəyyəb

İmamlar

Alimlər

Cəfərilik məzhəbinin alimi Şeyx Kuleyni özünün "əl-Kafi" kitabında İmam Mehdi haqqında yazır :

… Əhməd ibn Məhəmməd ibn Abdullah belə rəvayət etmişdir : Zübeyrinin (Allahın lənəti onun üstünə olsun) öldürüldüyü vaxt Əbu Məhəmməddən (Həsən İbn Əli əleyhissalam) mənə belə bir xəbər gəldi : "Allahın dostlarına zülm edərək, Allaha qarşı iftira atanların cəzası budur. O, məni öldürəcəyini və nəslimi kəsəcəyini iddia edirdi. İndi Allahın qüdrətinin necə olduğunu gördünmü ?" İki yüz əlli altıncı ildə İmamın bir oğlu oldu və adını "Mim. Ha. Mim. Dal" qoydu.[10]

İmam Baqir (ə): "Qaim qiyam edəndə hər bir kinli düşmənə imanı təqdim edəcək. Əgər (həmin düşmən) səmimi qəlbdən iman gətirməsə boynu vurulacaq və ya bugünkü zimmə əhli (qeyri-müsəlmanlar) kimi cizyə (vergi) verəcək. Və həmin şəxslərin belinə qayış bağlayacaq və onları şəhərlərdən ətrafa və kəndlərə köçürəcəkdir."[11]

İmam Sadiq (ə): "Bizim Qaimimiz qiyam edəndə Allah şiələrimizin qulaq və gözlərini elə iti edəcək ki, onlarla Qaim arasında qasid olmayacaq. Durduğu yerdən şiələrlə danışacaq və onlar onun sözlərini eşidəcək, onu görəcəklər."[12]

Şeyx Səduq Mehdi haqqında yazır :

Allahın Peyğəmbəri (s): "Məni haqq olaraq müjdəçi kimi göndərənə and olsun ki, o qeybdə olanda onun imam olması əqidəsində möhkəm duranlar qırmızı kükürddən də az tapılarlar."[13]

İmam Sadiq (ə) qeybə çəkilmənin səbəbi barəsindəki sualın cavabında buyurmuşdur: "Sizə faş etmək icazəmiz olmayan səbəbə görə." Abdullah ibn Fuzeyl nəql edir ki, dedim: "Bəs onda qeybə çəkilməyin fayda və hikməti nədir? Buyurdu: "Onun qeybə çəkilməsinin hikməti ondan qabaqkı ilahi höccətlərin qeybə çəkilmələrinin hikmətidir. Onun hikməti ancaq onun zühurundan sonra məlum olacaq…Qeybə çəkilmək Allahdan (Onun işlərindən) olan bir iş, Allahın sirlərindən biri və Allahın qeyblərindəndir. Allahın hikmət sahibi olmasını bildikdən sonra Onun bütün işlərinin hikmət əsasında olmasını anlayırıq, hətta onların hikmətlərinin sirləri bizə məlum olmasa belə!"[14]

Şeyx Müfid Mehdi haqqında yazır :

İmam Həsən əl-Əskəri (ə) özündən sonra öz övladını canişin qoydu. O, hələ də diridir və İlahi dövlətin qurulmasının intizarındadır. (İlahi Onun fərəcini tezləşdir və bizi də Onun köməkçilərindən qərar ver!) İmam Həsən əl-Əskəri (ə) övladının səadətli mövludunu gizlədirdi və heç kəsi onun zühurundan xəbərdar olmasını qoymurdu. Çünki vəziyyət çox çətin idi. Belə ki, xəlifə ciddi cəhdlə onu axtarır və hər hansı vasitə ilə olur olsun onu tapmağa çalışırdı. Həmin vaxtlarda şiələrin Əbu Məhəmmədin (ə) (İmam Həsən əl-Əskərinin (ə)) oğlunun intizarında olması geniş yayıldı. Buna görə də İmam Həsən əl-Əskəri (ə) öz övladını camaatın gözü qarşısına gətirmirdi və o, dünyadan gedəndən sonra yaxınlarından başqa heç kəsin İmam Mehdi (ə.f) haqqında məlumatı yox idi.

İmam Həsən əl-Əskəri (ə) dünyadan gedəndən sonra onun zahirdə varisi olmadığına nəzər saldıqda, qardaşı Cəfər ibn Əli (əl-Kəzzab) onun tərəkəsini (qoyub getdiyi malı, irsi) zəbt etdiyini, Həzrətin (ə) kənizlərini həbs, zövcələrini də əsir etdiyini görürük. O, İmam Həsən Əskərinin (ə) belə bir övladının olmasına inananlara, onun zühurunun intizarında olanlara və onun zəmanəsinin imamı olmasına etiqad edənlərə qarşı nalayiq sözlər deyirdi. Onları azdırmağa çalışır və qorxudaraq aralarında pərakəndəlik salmaq istəyirdi. O Həzrətin (ə) qohumları həbs, əsirlik, təhdid, həqarət ə zillət səbəbinə çox zərər gördülər. Amma bununla belə, xəlifə öz məqsədinə çata bilmədi və İmamın (ə) o əziz övladına toxuna bilmədilər.

Cəfər əl-Kəzzab İmamın (ə) irsini ələ keçirərək çalışırdı ki, şiələrin qarşısında İmamın (ə) mövqeyini ələ keçirsin. Lakin heç kəs onun iddiasına diqqət etmir və onun imamətini qəbul etmirdi. Sonda xəlifənin yanına gedib ondan istədi ki, onu qardaşının yerinə təyin etsin. Bu məqama yetişmək üçün xeyli pul xərclədi və bu hədəfə yetişmək üçün bütün mümkün vasitələrdən istifadə etdi. Lakin nəticəsi olmadı və heç bir şey əldə edə bilmədi.[15]

Əllamə Məclisi Mehdi haqqında yazır :

İmam Baqir (ə) "Haqsız yerə öldürülən məzlum şəxsin sahibinə bir ixtiyar verdik. (Şəriətin bu hökmləri ilə) artıq ona kömək olunmuşdur" (İsra, ayə 33) ayəsinin təfsirində buyurmuşdur: "Allah (İslam Peyğəmbərini) Əhməd, Məhəmməd və Mahmud, İsanı Məsih adlandırdığı kimi, Mehdini Mənsur (kömək olunmuş) adlandırmışdır."[16]

İmam Əskəri (ə) o Həzrətdən sonra olacaq ilahi höccət və imam barəsindəki suala cavab verərkən buyurmuşdur: "Oğlum Məhəmməd. Məndən sonra imam və höccət odur. Kim onu tanımadan ölsə cahiliyyət ölüsü kimi ölüb. Bilin! Onun qeybə çəkilməsi olacaqdır. Nadanlar bu barədə sərgərdan qalarlar və batil əhli məhvə düçar olarlar. (Onun zühuru üçün) vaxt təyin edənlər yalan deyərlər. O həmin qeybdən sonra zühur edər. Sanki mən Nəcəfdə onun başı üzərində dalğalanan ağ bayraqları görürəm."[17]

Allahın Peyğəmbəri (s): "O uşağın qeybə çəkilməsindən başqa çarə yoxdur." Soruşdular: "Nə üçün, ey Allahın Peyğəmbəri? Buyurdu: "Öldürülməkdən qorxusu vardır."[18]

İmam Mehdi (ə): "Mən qeybdə olan zaman məndən bəhrələnmək günəş buludun arxasında gözlərdən gizlin olanda ondan bəhrələnmək kimidir. Ulduzlar göy əhlinin əmin-amanlıq amili olduğu kimi mən də yer əhlinin əmin-amanlıq amiliyəm.[19]

İmam Rza (ə): "Həqiqətən fərəc ümidsizlikdən sonra gələr."[20]

İmam Sadiq (ə): "And olsun Allaha ki, bu iş (imamın zühuru) sizlər tamamilə ümidsizləşdikdən, xeyr, and olsun Allaha (sizin yaxşılarınızla pisləriniz) bir-birindən seçiləndən sonra sorağınıza gələcəkdir."[21]

İmam Səccad (ə): "Fərəc intizarını çəkməyin özü ən böyük qurtuluşlardandır."[22]

İmam Əli (ə): "Xətib həlakətə düçar olanda, zəmanənin imamı gözlərdən gizlinə çəkiləndə və bir dəstə qəlblər şad, bir dəstə qəlblər isə qəmgin olanda arzusu olanlar məhv olar, dağılanlar bir-birlərindən ayrılar və sayları az – üç yüz nəfər və ya çox olan möminlər qalarlar. Həmin möminlərin kənarında "Bədr" günü Allahın Peyğəmbərinin (s) kənarında döyüşmüş, öldürülməmiş və ölməmiş bir dəstə döyüşər."[23]

İmam Sadiq (ə): "Kim bu iş sahibinin (imam Zamanın zühurunun) intizarını çəkən halda ölsə, Qaimlə birlikdə onun xeyməsində olmuş kimidir. Xeyr! Bəlkə hətta Allahın Peyğəmbərinin (s) kənarında qılınc çalan şəxs kimidir."[24]

İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: "Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən "Ğəriq" duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək." (İbn Sənan nəql edir ki,) dedim: "Ğəriq" duası necədir? Buyurdu: Deyirsən: يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِك "Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!" Mən dedim: يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ وَ الأَبْصارِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ" "Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri və düşüncələri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!" Buyurdu: "Əlbəttə, ki, Allah-taala qəlb və düşüncələri haldan hala salandır. Amma sən mən deyən kimi de: " يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ" "Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!"[25]

İmam Sadiq (ə): "Qaim iki dəfə qeybə çəkilər: Bir dəfə qısa və bir dəfə uzun müddətli. Birinci dəfə qeybə çəkiləndə onun yerini ancaq o Həzrətin xas şiələri bilərlər. İkinci qeybdə isə onun yerindən o Həzrətin din yoldaşlarının xaslarından başqa heç kəsin xəbəri olmaz."[26]

Rəsulullah (s) buyurdu : İmamınız aranızda olduğu halda Məryəm oğlu (İsa əleyhissəlam) nazil olan vaxt halınız necə olacaq?[27]

Rəsulullah :

"Ümmətimdən hər zaman Qiyamət gününə qədər haqq yolunda vuruşan bir dəstə olacaqdır. İsa ibn Məryəm enəcək və müsəlmanların əmiri ona deyəcək: "namazımızı qıldır" O (İsa) deyəcək: "Xeyr. Sizlərdən bəziniz digərlərinə əmirdir. Bununla Allah bu ümməti üstün etmişdir."[28]

Bizə Müsəddəd xəbər verdi, Onlara Ömər ibn Abid xəbər veribmiş. Bizə Əbu Bəkir, yəni İbni Ayaş xəbər verdi. (H), bizə Müsəddəd xəbər verdi, bizə Süfyandan Yəhya xəbər verdi (H). Bizə Əhməd ibn İbrahim xəbər verdi. Bizə Ubeydullah ibn Musa xəbər verdi.

Bizə Zaidə xəbər verdi. (H) Bizə Əhməd ibn İbrahim xəbər verdi, mənə Ubeydullah ibn Musa Fıtri-dən xəbər verdi, dedi. (Rəvayətlərdəki) məna eynidir. Bunların Hamısı Asım-dan, Asım, Zir-dən o da Abdullah (ibn Məsud (r.ə.)) vasitəsilə Rəsulullah (s) -dan rəvayət etmişdir :

Rəsulullah (s) belə buyurmuşdur :

"Dünyada sadəcə bir gün qalsa, -Zaidə, hədisində belə dedi — Allah o günü uzadar ta — sonra sonra bütün ravilər ittifaq etdilər. — O gün Məndən və ya Əhli Beytimdən, adı adıma, atasının adı atamın adına uyğun gələn bir adam göndərər"

Fitr hədisində belə bir əlavə vardır :

O şəxs "dünyayı, zülümlə dolduğu kimi, ədalətlə dolduracaqdır" Süfyan hədisində belə dedi. Ərəblərə adı adıma uyğun gələn, Əhli beytimdən biri hakim olmadıqca dünyanın sonu olmayacaq, — Vəya Getməyəcəkdir.

Əbu Davud deyir ki, Ömər və Əbu Bəkirin (rəvayətləri) Süfyan-ın (rəvayətinin) eynisidir, (yəni son əlavə, bunların rəvayətində də vardır[29][30]."[31]

Əli (ibn Əbu Talib) (r.ə.)-dən; Rəsulullah (s)-in belə buyurduğu rəvayət edilmişdir.

Dünyanın ömründən sadəcə bir gün qalsa belə, Allah (c.c.) mənim Əhli Beytimdən bir adam göndərəcəkdir. O dünyayı, (daha əvvəl) zülümlə dolduğu kimi, ədalətlə dolduracaqdır."[32][33][34]

Ümmü Sələmə (r.ə.) belə demişdir : Rəsulullah (s)-i belə buyurarkən eşitdim :

"Məhdi mənim ailəmdən, Fatimə-nin oğullarındandır."[35]

Abdullah ibn Cəfər belə demişdir :

Əbul Məlhi, Əli ibn Nüfeyli-ni tərifləyərkən və onun yaxşılığını söyləyərkən eşitdim."[36]

… Əbu Səid Əl Xudri (r.ə.)-dən rəvayət edildiyinə görə, Rəsulullah (s) belə buyurmuşdur :

" Məhdi mən (im nəslim) dəndir. O açıq alınlı və incə burunludur. Dünyayı zülümlə dolduğu kimi ədalətlə dolduracaq və yeddi il hökm sürəcəkdir."[37][38][39]

Rəsulullah (s)-ın xanımı Ümmü Sələmə (r.ə.)-dən Rəsulullah (s)-ın belə buyurduğu rəvayət edilmişdir.

"Bir xəlifə öləndə münaqişə çıxacaq. Mədinəlilərdən birisi, Mədinədən çıxıb, Məkkəyə qaçacaq. (Amma) Məkkəlilərdən bəzi insanlar, onu (olduğu yerdən) çıxarıb, istəmədiyi halda (Kəbədə) Rükun ilə Məaqmi İbrahim arasında ona beyət edəcəklər. Şamlılar da Onun üzərinə bir ordu göndərəcək, amma o ordu Məkkə ilə Mədinə arasındakı Beyda deyilən yerdə yerə batacaq.(20) İnsanlar bunu görəndə, (Şamın və İraqın xeyirli saleh qulları) ona gəlib, (21) beyət edəcək. Sonra Qureyşdən, dayıları Kəlb (qəbiləsindən) dən olan bir adam çıxıb, o beyət edənlər üzərinə bir ordu göndərəcək. Lakin beyət edənlər, Bəni Kəlb-lininin göndərdiyi orduya qalib gələcəklər. Bu ordu Kəlb-in göndərdiyi ordudur, (o vaxt) Kəlb-in qənimətində hazır olmayana heyf !… Xəlifə olan zat (Məhdi) malı bölüşdürəcək. İnsanlardan bir qismi, Peyğəmbərlərinin sünnəti ilə əməl edəcək, İslamiyyət yer üzünə tamamilə yerləşəcək. (Məhdi) yeddi il qalıb, sonra vəfat edəcək və Müsəlmanlar onun (cənazə) namazını qılacaqlar."[40]

Əbu Davud deyir ki :

"Bəziləri Hişam-dan rəvayətlə, doqquz il" bəziləri də "yeddi il" dedi."[41][42]

Bizə Harun ibn Abdullah xəbər verdi, bizə Həmmair-dən nəqlən Əbdussaməd xəbər verdi. Həmmam da Katadə Əbul Xəlil-dən bu hədisi rəvayət etdi.

"Bir xəlifə öləndə münaqişə çıxacaq. Mədinəlilərdən birisi, Mədinədən çıxıb, Məkkəyə qaçacaq. (Amma) Məkkəlilərdən bəzi insanlar, onu (olduğu yerdən) çıxarıb, istəmədiyi halda (Kəbədə) Rükun ilə Məaqmi İbrahim arasında ona beyət edəcəklər. Şamlılar da Onun üzərinə bir ordu göndərəcək, amma o ordu Məkkə ilə Mədinə arasındakı Beyda deyilən yerdə yerə batacaq.(20) İnsanlar bunu görəndə, (Şamın və İraqın xeyirli saleh qulları) ona gəlib, (21) beyət edəcək. Sonra Qureyşdən, dayıları Kəlb (qəbiləsindən) dən olan bir adam çıxıb, o beyət edənlər üzərinə bir ordu göndərəcək. Lakin beyət edənlər, Bəni Kəlb-lininin göndərdiyi orduya qalib gələcəklər. Bu ordu Kəlb-in göndərdiyi ordudur, (o vaxt) Kəlb-in qənimətində hazır olmayana heyf !… Xəlifə olan zat (Məhdi) malı bölüşdürəcək. İnsanlardan bir qismi, Peyğəmbərlərinin sünnəti ilə əməl edəcək, İslamiyyət yer üzünə tamamilə yerləşəcək. (Məhdi) doqquz il qalıb, sonra vəfat edəcək və Müsəlmanlar onun (cənazə) namazını qılacaqlar."[43][44]

Bizə İbnül Müsənna xəbər verdi, Bizə Əmr ibn Asım xəbər verdi. Bizə Əbül Avam xəbər verdi. Bizə Katadə Əbul Xəlil-dən, O Abdullah ibn Xalis-dən, o da Ümmü Sələmə (r.ə.) vasitəsilə Rəsulullah (s)-dən bu hədisi rəvayət etdi.

"Bir xəlifə öləndə münaqişə çıxacaq. Mədinəlilərdən birisi, Mədinədən çıxıb, Məkkəyə qaçacaq. (Amma) Məkkəlilərdən bəzi insanlar, onu (olduğu yerdən) çıxarıb, istəmədiyi halda (Kəbədə) Rükun ilə Məaqmi İbrahim arasında ona beyət edəcəklər. Şamlılar da Onun üzərinə bir ordu göndərəcək, amma o ordu Məkkə ilə Mədinə arasındakı Beyda deyilən yerdə yerə batacaq.(20) İnsanlar bunu görəndə, (Şamın və İraqın xeyirli saleh qulları) ona gəlib, (21) beyət edəcək. Sonra Qureyşdən, dayıları Kəlb (qəbiləsindən) dən olan bir adam çıxıb, o beyət edənlər üzərinə bir ordu göndərəcək. Lakin beyət edənlər, Bəni Kəlb-lininin göndərdiyi orduya qalib gələcəklər. Bu ordu Kəlb-in göndərdiyi ordudur, (o vaxt) Kəlb-in qənimətində hazır olmayana heyf !… Xəlifə olan zat (Məhdi) malı bölüşdürəcək. İnsanlardan bir qismi, Peyğəmbərlərinin sünnəti ilə əməl edəcək, İslamiyyət yer üzünə tamamilə yerləşəcək. (Məhdi) doqquz il qalıb, sonra vəfat edəcək və Müsəlmanlar onun (cənazə) namazını qılacaqlar."[45][46]

Ümmü Sələmə (r.ə.) Rəsulullah (s)-dan (Məkkə ilə Mədinə arasında) batırılacaq olanların qısasını xəbər verib (belə davam etdi) : " Ya Rəsulullah, bu orduya istəməyərək zorla götürülən nə olacaq ? dedim. Rəsulullah (s) :

O briləri ilə birlikdə o da batırılacaq, amma Qiyamət günü niyyətinə görə dirildilər", buyurdu."[47][48][49]

Əbu İshaq-dan rəvayət edildiyinə görə ;

Hz. Əli (r.ə.) oğlu Həsən-ə baxıb belə demişdir :

" Mənim bu oğlum Rəsulullah (s)-dan isimləndiyi kimi seyiddir. Onun sülbündən, adı Nəbimizin adından olan, ona yaradılışda yox, xasiyyətdə bənziyən bir adam gələcəkdir."

Hz. Əli hekayəni zikr etdi, " Dünyayı Ədalətlə dolduracaq…" dedi.

Harun belə dedi : Bizə Əmr ibn Əbu Qeys, Mutarrıf ibn Tarif-dən, o Əbu Həsən-dən, o da Hilal ibn Əmr-dən belə dediyini rəvayət etdi :

Mavəraənnəhr-də əl Haris ibn Hərras[50] adında bir adam çıxacaq. Onun (ordusunun) qarşısında Mənsur deyilən birisi olacaq, Qureyş-in Rəsulullah (s)-a imkan verdiyi kimi ali Muhamməd-ə (Xilafətinə) imkan verəcək — və ya hazırlayacaq. Hər möminin ona yardım etməsi və ya dəvəti qəbul etməsi vacibdir."[51][52]

Abdullah ibn Məsud (r.ə.)-dən rəvayətə görə, Rəsulullah (s) belə buyurdu : "Əhli Beytimdən ismi ismimə bənzəyən bir şəxs Ərəblərin rəhbərliyinə keçib (onların) idarəsini əlinə almayana qədər dünyanın sonu gəlməyəcəkdir."[53]

Abdullah ibn Məsud (r.ə.)-dən rəvayətə görə, rəsulullah (s) belə buyurdu : "Əhli beytimdən ismi ismimə bənzər bir şəxs iş başına keçəcəkdir." Asım deyir ki : Əbu Salih, Əbu Hüreyrə-nin belə söyədiyini bizə dedi : "Dünyanın bir günlük ömrü qalmış olsa belə o kimsənin başa keçməsi üçün Allah o günü uzadar."[54]

Əbu Səid əl Xudri (r.ə.)-dən rəvayətə görə belə demişdir : Peyğəmbərimizdən sonra bir hadisə çıxacağından qorxduq və Rəsulullah (s)-dan soruşduq, buyurdu ki : "Ümmətimin arasında Məhdi çıxacaqdır, beş və ya yeddi və ya doqquz (şübhə edən ravi Zeyd-dir) yaşayacaqdır. Əbu Səid deyir ki : "Bu müddət nədir ?" deyə soruşduq. Rəsulullah (s) "İldir" buyurdu, və belə davam etdi : "Bir kimsə o Mehdiyə gələcək və Ey Mehdi mənə ver, mənə ver deyəcək Mehdi də onun paltarının ətəyi ilə daşıyabiləcəyi qədər ətəyini dolduracaqdır."[55]

Abdullah (ibn Məsud) (r.ə.) söyləmişdir :

Biz bir dəfə Rəsulullah (s) — ın yanında ikən Haşimi oğullarından bir dəstə gənc bizə doğru gəldilər. Sonra Peyğəmbər (s) onları görəndə (mübarək) gözlərinə yaş doldu və rəngi dəyişdi. Abdullah demişdir ki : Bunun üstündən mən :

(Ya Rəsulullah !) Sənin (mübarək) üzündə arzulamadığımız (yəni bizi kədərləndirib, narahat edən) bir dəyişikliyi bir müddətdir görürük, dedim. O da :

Biz elə bir Əhli Beytik ki, Allah bizim üçün axirəti dünyaya tərcih etmişdir. Mənim Əhli beytim, şübhəsiz məndən sonra bəla, qaçırılma və sürgünə uğrayacaq. Nəhayət bərabərində qara bayraqlar olan bir qövm şərq tərəfdən gələcək və xeyir (hökmdarlıq) istəyəcəklər. Lakin istəkləri yerinə yetirilməyəcək. Bunun üstündə savaşacaqlar və onlara (Allah tərəfindən) yardım ediləcək. Bundan sonra istədikləri (hökmdarlıq) özlərinə veriləcək. Lakin özləri bunu qəbul etməyib əmirliyi Əhli Beytimdən bir adama təqdim edəcəklər. Bu (Əmir) də insanlar yer üzünü daha əvvəl zülümlə doldurduqları kimi, yer üzünü ədalətlə dolduracaqdır. Artıq sizdən kim o günə yetişərsə qar üstündə iməkləmək surətilə də olsa onlara çatsın (qatılsın), buyurdu."[56]

Əbu Səid Xudri (r.ə.)-dən rəvayət olunduğuna görə ; Peyğəmbər (s) belə buyurmuşdur :

Ümmətim içində əl Məhdi olacaqdır. (Aranızda qalmağı) qısa tutularsa (qalacağı vaxt) yeddi (il)dir. Qısa tutulmazsa (qalacağı vaxt) doqquz ildir. Mənim ümmətim o dövürdə elə bir rahatlıq tapacaq ki, o günə qədər onun muslini kəsinliklə tapmamışdır. Yer, yemişini (ərzaq məhsulların) verəcək və İnsanlardan heç bir şey gizlətməyəcək (verməməzlik etməyəcək)dir. Mal da o gün çox yığılmış olacaqdır. Adam qalxıb da Ya Məhdi ! Mənə (mal) ver, deyəcək. Məhdi də "Al", deyəcəkdir."[57]

"… Səvban (r.ə.)-dən rəvayət edildiyinə görə ; Rəsulullah (s) belə buyurdu, demişdir :

Sizin xəzinənizin yanında üç insan zidd düşəcək (mübarizə aparacaq). Üçü də bir xəlifənin övladıdır. Sonra (xəlifəlik) bunların heç birinə (qismət) olmayacaq. Daha sonra şərq tərəfdən qara bayraqlar (daşıyan ordu) çıxacaq və heç bir qövmün öldürə bilmədiyi bir formada sizləri öldürəcəklər.

Siz o (ordunun başında) gələni görəndə qar üzərində iməkləmək sürətilə də olsa (gedib) ona beyət edin."[58]

"… Əli (r.ə.)-dən rəvayət olunduğuna görə ; Rəsulullah (s) belə buyurdu, demişdir :

Əl-Məhdi, bizdən, Əhli Beyt-dəndir. Allah onu bir gecədə islah edər (yəni tövbəsini qəbul edər və ya hikmətlərlə zənginləşdirər)."[59]

"… Səid ibn əl-Müsəyyəb (r.ə.) belə demişdir :

Biz (möminlərin anası) Ümmü Sələmə (r.ə.)-in yanında idik. Bir ara Məhdi mövzusunda müzakirə elədik. Bunun üstünə Ümmü Sələmə (r.ə.) :

Mən, Rəsulullah (s)-dən eşitdim, buyurdu ki :

Məhdi, (qızım) Fatimənin vələd (nəsl) indəndir."[60]

"… Ənəs ibn Malik (r.ə.)-dən ; Belə demişdir :

Mən, Rəsulullah (s)-dən eşitdim, buyurdu ki : Biz Əbdulmüttəlibin övladları cənnət əhlinin böyükləriyik. Mən, Həmzə, Əli, Cəfər, Həsən, Hüseyn və Məhdi."[61]

"… Abdullah ibn əl-Haris ibn Cəzil əz-Zübeydi (r.ə.)-dən rəvayət edildiyinə görə ; Rəsulullah (s) :

Şərqdən bir dəstə insan çıxacaq və Məhdi üçün şərait hazırlayacaq, buyurdu. O, Məhdi-nin hökmdarlığını nəzərdə tutur. "[62][63]

Allahın Peyğəmbəri (s): "Mehdi mənim nəvələrimdən biridir ki, üzü ay kimi nurludur."[64]

Allahın Peyğəmbəri (s): "Ümmətimin sonuncusunun içində Mehdi qiyam edəcək. Allah ona yağış əta edəcək, yer otunu bitirəcək, malı tam və kamil şəkildə verəcək, heyvan və dördayaqlılar artacaq və ümmət başıuca və əzəmətli olacaq."[65]

Allahın Peyğəmbəri (s): "Yer üzü zülm və düşmənçiliklə dolmayınca Qiyamət bərpa olmayacaq. Həmin vaxt mənim Əhli-Beytimdən biri qiyam edəcək və o, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq."[66]

Allahın Peyğəmbəri (s): "Ümmətimin sonuncusunun içində Mehdi qiyam edəcək. Allah ona yağış əta edəcək, yer otunu bitirəcək, malı tam və kamil şəkildə verəcək, heyvan və dördayaqlılar artacaq və ümmət başıuca və əzəmətli olacaq."[65]

وهو أبو محمد العلوي العسكري وهو أحد الأئمة الاثني عشر على مذهب الامامية ، وهو والد محمد الذي يعتقدونه المنتظر بسرداب سامرا وكان مولده سنة اثنتين وثلاثين ومائتين

İmamiyyə məzhəbinin on iki imamından biri olan Əbu Məhəmməd əl-Ələvi əl-Əsgəri də bu ildə vəfat etmişdi. O, Samirra sərdabına girən və imamiyyə məzhəbinə görə bir gün zühur edəcəyinə inanılan Məhəmmədin atası idi. İmam əl-Əsgəri 232-ci ildə dünyaya gəlmişdi.[67]

أولاد الإمام العسكري علیھ السلام أما الحسن العسكري الامام فله إبنان وبنتان أما الابنان فأحدهما صاحب الزمان عجل الله فرجه الشريف

İmam Həsən əl-Əsgəri əleyhissalamın övladları: Həsən əl-Əsgəri imamdır, onun 2 oğlu və 2 qızı var idi. Oğullarından biri "Sahib əz-Zaman"dır, Allah şərəfli zühurunu təcil etsin.[68]

محمد بن الحسن بن علي بن محمد بن علي بن موسى بن جعفر بن محمد بن علي بن الحسين بن علي بن أبي طالب وكنيته أبو عبد الله وأبو القاسم وهو الخلف الحجة صاحب الزمان القائم والمنتظر والتالي وهو آخر الأئمة ، وقال : ويقال له ذو الإسمين محمد وأبو القاسم قالوا : أمه أم ولد يقال لها صقيل

Əbu Məhəmməd b. Həsən (əl-Əsgəri) b. Əli (ən-Nəqi) b. Məhəmməd (ət-Təqi) b. Əli (ər-Rza) b. Musa (əl-Kazım) b. Cəfər (əs-Sadiq) b. Məhəmməd (əl-Baqir) b. Əli (əs-Səccad) b. Hüseyn (əş-Şəhid) b. Əli (əl-Mürtəza) b. Əbu Talib (ə)-dır və künyələri Əbu Abdullah və Əbul Qasim və O əl-Xələff əl-Höccət və Sahib əz-Zaman, Qaim əl-Müntəzər və sonuncu imamdır.[69]

المنتظرالشريف أبو القاسم محمد بن الحسن العسكري ابن علي الهادي ابن محمد الجواد ابن علي الرضى ابن موسى الكاظم ابن جعفر الصادق ابن [ ص: 120 ] محمد الباقر ابن زين العابدين بن علي بن الحسين الشهيد ابن الإمام علي بن أبي طالب ، العلوي الحسيني .خاتمة الاثني عشر سيدا

Əl-Müntəzər əş-Şərif Əbul-Qasim Məhəmməd b. Həsən (əl-Əsgəri) b. Əli (ən-Nəqi) b. Məhəmməd (ət-Təqi) b. Əli (ər-Rza) b. Musa (əl-Kazım) b. Cəfər (əs-Sadiq) b. Məhəmməd (əl-Baqir) b. Əli (əs-Səccad) b. Hüseyn əş-Şəhid b. İmam Əli b. Əbu Talib əl-Ələvi əl-Haşimi, 12 Seyyidin sonuncusu.[70]

الحسن بن علي بن محمد بن علي الرضا بن موسى بن جعفر الصادق. أبو محمد الهاشمي الحسيني أحد أئمة الشيعة الذين تدعي الشيعة عصمتهم. ويقال له الحسن العسكري لكونه سكن سامراء، فإنها يقال لها العسكر. وهو والد منتظر الرافضة. توفي إلى رضوان الله بسامراء في ثامن ربيع الأول سنة ستين، وله تسع وعشرون سنة. ودفن إلى جانب والده. وأمه أمة.) وأما ابنه محمد بن الحسن الذي يدعوه الرافضة القائم الخلف الحجة، فولد سنة ثمان وخمسين، وقيل: سنة ست وخمسين. عاش بعد أبيه سنتين ثم عدم، ولم يعلم كيف مات. وأمه أم ولد. وهم يدعون بقاءه في السرداب من أربعمائة وخمسين سنة، وأنه صاحب الزمان، وأنه حي يعلم علم الأولين والآخرين، ويعترفون أن أحد لم يره أبداً، فنسأل الله أن يثبت علينا عقولنا وإيماننا

Həsən b. Əli b. Məhəmməd b. Əli ər-Rza b. Musa b. Cəfər əs-Sadiq, Əbu Məhəmməd əl-Haşimi əl-Hüseyni, Şiənin imamlarından biridir, (Şiələr) ona Əsgəri deyirlər. O Rafizilər "Müntəzər" imamlarının atasıdır. O (r.a) Samirrada vəfat etdi, atasının yanında dəfn edilib. Onun (imam Həsən Əsgərinin) oğlu Məhəmməd b. Həsənə gəldikdə isə, Rafizilər onu "Qaim", "əl-Xələf əl-Höccət" deyə adlandırırlar. O hicrətin 258-ci ilində dünyaya gəlmişdir, bəziləri 255 demişdir.[71]

جعفر بن علي بن محمد بن علي بن موسى بن جعفر بن محمد بن علي بن الحسين بن علي بن أبي طالب الحسيني أخو الحسن الذي يقال له العسكريوهو الحادي عشر من الأئمة الإمامية ووالد محمد صاحب السرداب

Cəfər b. Əli (ən-Nəqi) b. Məhəmməd (ət-Təqi) b. Əli (ər-Rza) b. Musa (Kazım) b. Cəfər (əs-Sadiq) b. Məhəmməd (Baqir) b. Əli (əs-Səccad) b. Hüseyn (əş-Şəhid) b. Əli (əl-Mürtəza) əl-Haşimi. Həsən əl-Əsgərinin qardaşıdır. Həsən əl-Əsgəri imamiyyə (məzhəbinin) imamlarından biri və "Sərdabə sahibi" Məhəmmədin atasıdır.[72]

  1. "əl-Füsulül-Mühimmə", səh. 310
  2. Cərh və tə’dil hədis elminin terminlərindəndir.
  3. İbn Xəldun, "Əl-Müqəddimə," səh. 311–312.
  4. "Əl-Müqəddimə," səh. 322.
  5. "Ədalət carçısı", səh. 30–49
  6. "Əl-Müqəddimə," səh.311.
  7. "Əl-Müqəddimə," səh.327.
  8. 1388 hicri, № 3, "Camiətül-İslamiyyə" jurnalı, Mədinə.
  9. "Mehdi Pişvayi, "İmam Məhdi əleyhissəlamın həyatı", tərc.: Mais Ağaverdiyev, "Moce-elm", 2003, səh. 20-22". 2012-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-17.
  10. "El Kafi", cilt 1 : "Uslul-u Kafi", kitab 4 : "Huccet", bab 126 : "Sahib-uz Zaman (Mehdi aleyhisselam)ın hayatı", hadis 1-(1350) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine.
  11. Əllamə Kuleyni,"əl Kafi", c.8, səh.227, hədis 288
  12. Əllamə Kuleyni, "əl Kafi", c.8, səh.241, hədis 329
  13. Şeyx Səduq, "Kəmalud-din", c.1, səh.288, hədis 7
  14. Şeyx Səduq, "Kəmalud-Din", səh.482, hədis 11
  15. Şeyx Müfid, "əl İrşad fi Mərifəti Hucəcillah ala əl İbad", c. 2, səh. 336; Dar əl-Mufid, Beyrut, 1414/1993; təhqiq: Alul-beyt müəssisəsi
  16. Əllamə Məclisi, "Biharul Ənvar", c.51, səh. 30, hədis 8
  17. Əllamə Məclisi, "Biharul Ənvar", c.51, səh.160, hədis 7
  18. Əllamə Məclisi, "Biharul Ənvar", c.52, səh.90, hədis 1
  19. Əllamə Məclisi, "Biharul Ənvar", c.52, səh.92, hədis 7
  20. Əllamə Məclisi, "Biharul Ənvar", c.52, səh.110, hədis 17
  21. Əllamə Məclisi, "Biharul Ənvar", c.52, səh.111, hədis 20
  22. Əllamə Məclisi, "Biharul Ənvar", c.52, səh.122, hədis 2
  23. Əllamə Məclisi, "Biharul Ənvar", c.52, səh.137, hədis 42
  24. Əllamə Məclisi, "Biharul Ənvar", c.52, səh.146, hədis 69
  25. Əllamə Məclisi, "Biharul Ənvar", c.52, səh.149, hədis: 73
  26. Əllamə Məclisi, "Biharul Ənvar", c.52, səh.155, hədis 10
  27. "Buxari, "Səhihi Buxari" , (39.) Kitabul Ənbiya , (51.) İsa ibn Məryəm (ə)-ın enməsi babı , hədis 119 (3265)". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-02.
  28. "Müslim, "Səhihi Muslim" , c.1, (1.) Kitabul-İman , (71.) İsa ibn Məryəmin peyğəmbərimiz Məhəməmməd (s)-in şəriəti ilə hökm edərək enməsinin bəyanı babı, hədis 156". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-02.
  29. Tirmizi, "Sünəni Tirmizi", "Fitən", 52.
  30. "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/399–400
  31. Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4282-ci hədis
  32. Əhməd ibn Hənbəl, 1–299, III −28,37
  33. "Sünen-i Ebu Davud Terceme ve Şerhi", "Şamil Yayınevi": 14/401–402.
  34. Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4283-cü hədis
  35. Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4284-cü hədis
  36. "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/402.
  37. Əhməd ibn Hənbəl, "Əl Müsnəd", c. 2, səh. 291, 111–117.
  38. "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/403–404.
  39. Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4285-ci hədis
  40. Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4286-cı hədis
  41. Əhməd ibn Hənbəl 6/316.
  42. "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/404–405
  43. "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/406.
  44. Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4287-ci hədis
  45. "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/408.
  46. Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4288-ci hədis
  47. Müslim, "Səhihi Müslim", "Fitən" 4.
  48. "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/408–409.
  49. Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4289-cu hədis
  50. Avnul Mabud-da bu ad Əl Haris Hərras formasındadır. Bu vəziyyətdə əl Haris adı Hairas-da peşəsi olur ki, əkinçi deməkdir
  51. "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/410
  52. Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4290-cı hədis
  53. Tirmizi, "Sünəni Tirmizi", (34.) "Fitən" kitabı, (52) 2230-cu hədis
  54. Tirmizi, "Sünəni Tirmizi", (34.) "Fitən" kitabı, (52) 2231-ci hədis
  55. Tirmizi, "Sünəni Tirmizi", (34.) "Fitən" kitabı, (53) 2232-ci hədis
  56. İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4082-ci hədis
  57. İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4083-cü hədis
  58. İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4084-cü hədis
  59. İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4085-ci hədis
  60. İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4086-cı hədis
  61. İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4087-ci hədis
  62. İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4088-ci hədis
  63. "Sünen-i İbni Mâce" Tercemesi ve Şerhi, "Kahraman" Yayınları: 10/345–350.
  64. Mövla Əli Möttəki Hindi, "Kənzul Ummal", hədis 38666
  65. 1 2 Mövla Əli Möttəki Hindi, "Kənzul Ummal", hədis 38700
  66. Mövla Əli Möttəki Hindi, "Kənzul Ummal", hədis 38691
  67. "İbni Əsir, "əl Kamil fit Tarix", c. 7, səh. 226–228". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
  68. "Fəxri ər-Razi, "Şəcərəh Mübarəkəh…", səh. 78-79". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
  69. "Sibt ibn Cövzi, "Təzkirətul Xəvvas", səh. 383". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
  70. Zəhəbi, "Siyər", c. 13, səh. 119–120 [ölü keçid]
  71. "Zəhəbi, "Tarix əl-İslam", c. 19, səh. 113". 2011-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
  72. "İbni Həcər əl-Əsqəlani, "Lisan əl-Mizan", c. 2, səh. 119, 493-cü ravi". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.

Haqqında yazılan kitablar

[redaktə | mənbəni redaktə et]
  • Muhammed bin İbrahim Numani, "Gaybet-i Numani"
  • Şeyx Tusi, "Əl-Qeybət".
  • Mehdi Pişvayi, "İmam Məhdi əleyhissəlamın həyatı", tərc.: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 25 səh.
  • Əhməd ibn Həcəri Məkki, (azərb. "Gözlənilən Məhdinin əlamətləri"‎).
  • Əli ibn Hüsaməddin əl-Möttəki, "Kitəb-ul Burhan fi Əlamət-il Məhdiyy-il Axir əz-Zəman".
  • Cəlaləddin əs Süyuti, "Kitəb-ul Arf-il Vərdi fi Əxbar-il Məhdi" (Türkiyə, İstanbul, Süleymaniyə kitabxanası, "Carullah 1494/3, səh. 76–133)
  • Cəlaləddin əs-Süyuti, "Cəm-ul Cəvami".
  • Cəlaləddin əs-Süyuti, "İqdidurar fu Əxbar-il Məhdiyy-il Müntəzar".
  • Cəlaləddin əs-Süyuti, "Kitəb-ul Kəşf an Mücavazəti Həzihil Ümməti əl-Əlf"
  • Mehdi Pişvayi, "İmam Məhdi əleyhissəlamın həyatı", tərc.: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 25 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]