Məhtimqulu adına Türkmən Dövlət Universiteti

Məhtimqulu adına Türkmən Dövlət Universiteti (türkm. Magtymguly adyndaky Türkmen döwlet uniwersiteti) — Türkmənistanın ilk və ən böyük universitetlərindən biri. Ali təhsil müəssisəsi Məhtimqulu Fraqinin adını daşıyır.

Məhtimqulu adına Türkmən Dövlət Universiteti
TQU
türkm. Magtymguly adyndaky Türkmen döwlet uniwersiteti
Əvvəlki adı M.Qorki adına Türkmən Dövlət Universiteti
Əsası qoyulub 1950
Tip Dövlət
Rektor B.M.Orazdurdıyeva[1]
Tələbə sayı 5 minə yaxın
Şəhər Aşqabad
Ölkə
Ünvan 744000, Türkmənistan, Aşqabad, Saparmurat Türkmənbaşı prospekti ev 31
Sayt tdu.edu.tm

M.Qorki adına Türkmən Dövlət Universiteti 14 iyul 1950-ci ildə 1931-ci ildən mövcud olan Aşqabad Pedaqoji İnstitutunun yenidən təşkili yolu ilə qurulub. İnstitut aqro-pedaqoji, təşkilati-metodiki və filoloji fakültələrdə mütəxəssislər yetişdirirdi.[3]

1989-cu ildən Avrasiya Universitetlər Birliyinin üzvüdür.[4] 1993-cü ilə qədər rus yazıçısı Maksim Qorkinin adını daşıyırdı.

Türkmənistan müstəqillik qazandığı gündən bu günə qədər türkmən şairi Məhtimqulu Fəraqinin adını daşıyır.[3]

Universitetin dünyanın bir çox tədqiqat mərkəzləri və təhsil ocaqları ilə əməkdaşlıq haqqında beynəlxalq müqavilələri var. Türkmən Dövlət Universiteti Bakı Dövlət Universiteti Lev Qumilyov adına Avrasiya Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İrəvan Dövlət Universiteti, Belarus Dövlət UniversitetiRumıniya Dövlət Universiteti ilə tərəfdaşlıq edir.[3]

Universitetin binası

[redaktə | mənbəni redaktə et]

2007-ci ildə "Buiq" şirkəti Türkmən Dövlət Universitetinin əsas binasını, kitabxana, oxu salonu və ümumi sahəsi 13.500 m² olan akt salonu ilə 40 milyon ABŞ dollarına inşa etmişdir.[5]

Fransız firması "Buiq" TDU ilə müqavilələr çərçivəsində, binaların 45 milyon ABŞ dolları dəyərində yenidən qurulmasını başa çatdırdı. Fransız şirkəti Türkmən Dövlət Universitetinin əsas və 1-ci tədris binalarının fasadını yenidən qurmuşdur.[6]

1 sentyabr 2008-ci ildə Fizika-Riyaziyyat Fakültəsinin binası açıldı. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yeni tədris korpusunun açılış mərasiminə qatılmışdır.[7]

1 sentyabr 2011-ci ildə Coğrafiya Fakültəsinin binası və Fransız şirkəti "Buiq" tərəfindən ucaldılmış iki yataqxana binasının açılışı oldu. Təhsil korpusu TDU-nun əsas korpusuna bitişikdir.[8] Coğrafiya Fakültəsinin binasında 800 tələbə təhsil ala bilər.

Şinzo Abe Universitetin rektoru ilə
  • Riyaziyyat
  • Fizika
  • Kimya-biologiya
  • Coğrafiya
  • Tarix
  • Hüquq
  • Türkmən dili və ədəbiyyatı
  • Xarici dillər və ədəbiyyat

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

İkinci Dünya müharibəsi zamanı Moskva Dövlət Universitetinin bir hissəsi Aşqabad Pedaqoji İnstitutunun təhsil üçün ayrıldığı Aşqabada köçürülmüşdü. Moskva Dövlət Universiteti və Pedaqoji İnstitutunun tələbələri üçün bir çox dərslər birgə keçirilirdi. 1942-ci ildə Moskva Dövlət Universitetinin məzunları arasında Aşqabaddan məzun olan məşhur sovet fiziki Andrey Saxarov da var idi.[9][10]

Universitetin məşhur məzunları

[redaktə | mənbəni redaktə et]
  • Amanniyazov, Kurban Nepesoviç (1932-2015), regional geologiya və neft və qaz geologiyası sahəsində sovet, türkmən və qazax alimi.
  • Atdaev, Batır Taqanoviç, Türkmən dövlət xadimi, Türkmənistanın baş prokuroru.
  • İtsikson, Yuri Efimoviç (1914-1976), jurnalist, ssenari müəllifi.
  • Makarov, İqor Viktoroviç, rusiyalı sahibkar, "ARETI" Beynəlxalq Şirkətlər Qrupunun prezidenti.
  • Orazov, Deryaqeldi Nuryevich, Türkmən siyasətçisi.
  • Rıjkova Lyubov Vladimirovna - rus şairi, nasir, filoloq, ədəbiyyatşünas, leksikoqraf.
  1. "В Баку прошел День Туркменистана". 2014-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  2. 1 2 GeoNames (ing.). 2005.
  3. 1 2 3 "Имя поэта гордо носит старейший вуз страны". 2017-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
  4. "Евразийская ассоциация университетов". 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
  5. "ФРАНЦУЗСКАЯ КОМПАНИЯ «БУИГ» ВОЗВЕДЁТ НОВОЕ ЗДАНИЕ ТУРКМЕНСКОГО ГОСУНИВЕРСИТЕТА И ДВОРЕЦ ПРЕССЫ". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
  6. "Сапармурат Ниязов выделил 45 млн долл. на реконструкцию корпусов и строительство здания факультета госуниверситета". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
  7. "В Туркмении открылись три новые школы и учебный корпус ТГУ им. Махтумкули". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
  8. "В ТГУ им. Махтумкули открыто новое здание географического факультета". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
  9. Евгения Ершова. "Годы войны. Незабываемое (отрывок из воспоминаний)". webkamerton.ru. 17 мая 2011. 2021-07-15 tarixində orijinalından arxivləşdirilib.
  10. "Биография Андрея Сахарова". ria.ru. 09.10.2015. 2016-02-05 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]