Məmməd Nəsirli

Məmməd Nəsir oğlu Nəsirli (d.24. 10. 1911, Naxçıvan ş. - ö.1979, Bakı) — etnoqraf.

Məmməd Nəsirli
Məmməd Nəsir oğlu Nəsirli
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Elm sahəsi etnoqraf
Elmi dərəcəsi tarix elmləri namizədi
  • 1933-1946-cı illərdə orduda xidmət etmiş, Xalxin-Qol döyüşlərində və Böyük Vətən müharibəsi (1941-45) cəbhələrində vuruşmuşdur.
  • 1951-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir
  • 1954-cü ildə SSRİ EA Etnoqrafiya İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir.
  • 1954-cü ildə Azərbaycan Milli EA Tarix Muzeyində, sonralar isə Tarix İnstitutunda çalışmışdır.[1]
  • 1960-cı ildə Tarix elmləri namizədi olmuşdur.

Respublikanın ilk etnoqraflarından olan Məmməd Nəsirli Azərbaycan, o cümlədən Naxçıvan etnoqrafiyasının öyrənilməsi sahəsində çox iş görmüşdür.

  • Məmməd Nəsirli ilk dəfə olaraq Azərbaycan yaşayış evləri və məskənlərinin tipologiyası məsələlərini tədqiq etmiş.
  • “Nax. MSSR-in xalq yaşayış məskənləri və yaşayış evləri” (B., 1959)
  • “Azərbaycan SSR Şəki-Zaqatala zonası əhalisinin yaşayış evləri” (B., 1975)[1]

Ekspedisiyalar zamanı topladığı zəngin materiallar əsasında “Məskənlər və yaşayış evləri” mövzusu üzrə tarixi-etnoqrafik atlas hazırlamışdır. Bir sıra ümumittifaq və respublika elmi məclislərində məruzələr etmişdir.

  1. 1 2 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 199. ISBN 5-8066-1468-9.