Məmmədov hökuməti

Müvəqqəti Azərbaycan Hökuməti — Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun istefasından sonra Azərbaycan Ali Sovetinin sədri və Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov tərəfindən qurulmuş müvəqqəti hökumət.

Müvəqqəti Azərbaycan hökuməti

Formalaşdırılma tarixi 6 mart 1992
Buraxılma tarixi 18 may 1992
Hökumətin tərkibi
Dövlət başçısı Yaqub Məmmədov
Ayaz Mütəllibov
Hakim partiya Bitərəflər
Digər məlumatlar
Müxalif partiya Azərbaycan Xalq Cəbhəsi
Müxalifət lider Əbülfəz Elçibəy

5 mart 1992-ci il tarixində Azərbaycan Ali Sovetinin sədrinin birinci müavini Ziyad Səmədzadənin sədrliyi altında Ali Sovetin fövqəladə sessiyası keçirilir. Sessiyada Ali Sovetin sədri Elmira Qafarovanın səhhəti ilə əlaqədər öz vəzifəsindən istefa verdiyi elan olunur.[1] Slə həmin gün Ali Sovetin sədri vəzifəsinə seçkilər keçirilmiş, seçkilərdə iştirak edən deputatların 89,4%-nin səsi ilə bitərəf deputat Yaqub Cavad oğlu Məmmədov Azərbaycan Ali Sovetinin sədri seçilmişdir.[2] [3]

Azərbaycanda baş verən hadisələr fonunda Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibov 6 mart 1992-ci il tarixində öz vəzifəsindən istefa vermişdir.[4] Azərbaycan Respublikası Konstitusiyasının 121–7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədova keçmişdir.[5] Yaqub Məmmədov vəzifəyə keçdiyi zaman mövcud baş nazir Həsən Həsənova Nazirlər Kabinetinin yeni tərkibi haqqında təkliflər hazırlaması üçün 10 gün vaxt vermişdir.[6]

Ayaz Mütəllibovun istefasının ardınca onun baş naziri Həsən Həsənovun rəhbərlik etdiyi Nazirlər Kabineti də, yəni bütövlükdə Azərbaycan hökuməti 6 mart 1992-ci il tarixində istefa vermişdir.[7] 4 aprel 1992-ci il tarixində Ali Sovetin sədri Yaqub Məmmədov tərəfindən imzalanan fərmanla istefası qəbul edilən Nazirlər Kabinetinin müvəqqəti fəaliyyət göstərməsi ilə bağlı qərar qəbul olunmuş, kabinetə müvəqqəti sədrlik Feyruz Mustafayevə tapşırılmışdır.[8]

Vəzifə Adı və soyadı Siyasi partiya Təyin olunma tarixi Azad olunma tarixi
Baş nazir və müavinləri
Azərbaycanın baş naziri
Azərbaycan baş nazirinin birinci müavini
Azərbaycan baş nazirinin müavinləri
Nazirlər
Daxili işlər naziri
Tahir Əliyev
Bitərəf
17 mart 1992[9]
Müdafiə naziri
Rəhim Qazıyev
Azərbaycan Xalq Cəbhəsi
17 mart 1992[10]
  1. "E. M. Qafarova yoldaşın Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI". 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  2. [1][ölü keçid]
  3. "Y. C. Məmmədov yoldaşın Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN Q Ə R A R I". 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  4. "Azərbaycan Respublikasının Prezidenti Ayaz Niyazi oğlu Mütəllibovun istefa verməsi barədə ərizəsinə baxılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN Q Ə R A R I". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  5. "Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək onun səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  6. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi üzrə təklif verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN Q Ə R A R I". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  7. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN Q Ə R A R I". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  8. "Azərbaycan Respublikasının Nazirlər Kabineti haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  9. "T. Y. Əliyevin Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  10. "Azərbaycan Respublikasının müdafiə naziri haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.