I Yusifbəyli hökuməti

I Yusifbəyli hökuməti və ya Dördüncü hökumət kabinetiAzərbaycan Xalq Cümhuriyyətinin sayca 4-cü, Nəsib bəy Yusifbəylinin başçılığı ilə 14 aprel 1919 tarixindən 22 dekabr 1919 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər, slavyan-rus cəmiyyəti üzvləri və daşnaklardan ibarət koalisya hökuməti.[1]

I Yusifbəyli hökuməti
I Yusifbəyli hökumətinin üzvləriI Yusifbəyli hökumətinin üzvləri

Formalaşdırılma tarixi 14 aprel 1919
Buraxılma tarixi 22 dekabr 1919
Hökumətin tərkibi
Hökumət başçısı Nəsib bəy Yusifbəyli
Nazir sayı 15
Hakim partiya Müsavat Partiyası
Digər məlumatlar
Müxalif partiya İttihad Partiyası
Müxalifət lider Qara bəy Qarabəyov

Fətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur.

1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır.[2]

1919 il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi:

Vəzifəsi Adı Başlama tarixi Bitmə tarixi Fraksiya (Partiya)
Nazirlər Şurasının sədri

Nəsib bəy Yusifbəyli
14 mart 1919
22 dekabr 1919
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Daxili İşlər naziri

Nəsib bəy Yusifbəyli
14 mart 1919
Oktyabr 1919
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası

Məmmədhəsən Hacınski
Oktyabr 1919
22 dekabr 1919
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Dövlət nəzarəti naziri

Nəriman bəy Nərimanbəyli
14 mart 1919
22 dekabr 1919
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Ədliyyə naziri

Aslan bəy Səfikürdski
14 mart 1919
22 dekabr 1919
Sosialistlər fraksiyası
Xalqçı Partiyası
Əkinçilik və dövlət əmlakı naziri

Aslan bəy Qardaşov
14 mart 1919
22 dekabr 1919
Əhrar fraksiyası
Hərbi nazir

Səməd bəy Mehmandarov
14 mart 1919
22 dekabr 1919
Fraksiyasız
Xarici işlər naziri

Məmməd Yusif Cəfərov
14 mart 1919
22 dekabr 1918
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Maarif və dini etiqad naziri

Rəşid xan Qaplanov
14 mart 1919
22 dekabr 1919
Əhrar fraksiyası
Maliyyə naziri

Əliağa Həsənov
14 mart 1919
22 dekabr 1919
Bitərəflər fraksiyası
Poçt-teleqraf və əmək naziri

Camo bəy Hacınski
14 mart 1919
22 dekabr 1919
Sosialistlər fraksiyası
Xalqçı Partiyası
Portfelsiz nazir

Xoren Amaspür
14 mart 1919
22 dekabr 1919
Erməni fraksiyası
Daşnaksutyun fraksiyası
Səhiyyə naziri

Abram Dastakyan
14 mart 1919
22 dekabr 1919
Daşnaksutyun
Sosial təminat naziri

Viktor Klenevski
14 mart 1919
22 dekabr 1919
Slavyan-rus Cəmiyyəti fraksiyası
Ticarət və sənaye naziri

Ağa Əminov
14 mart 1919
22 dekabr 1919
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Yollar naziri

Xudadat bəy Məlik-Aslanov
14 mart 1919
22 dekabr 1919
Fraksiyasız

Parlamentin 14 aprel tarixli iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın və onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir.[3]

Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı Fəhlə Konfransı tərəfindən hazırlanan tətil şəhəri bürümüşdü. Parlamentin həmin gün keçirilmiş iclasında hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi:

" "Güman edirəm, bu tətilin iqtisadi deyil, siyasi olduğunu, bilməyən yoxdur. Bu tətilin siyasi olduğunu tətil edənlər və tətil etdirmək istəyən adamların özləri də inkar etmirlər. Onlar məclislərində açıq deyirlər ki, biz gərək bütün Rusiyada, o cümlədən də Azərbaycanda Şura Hökuməti təşkil edək. "

1919-cu ilin mayında Şimali QafqazıDağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə AzərbaycanGürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaranmış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hökumətinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu.[4]

Denikin təhlükəsi ilə bağlı Parlament tərəfindən qəbul edilmiş qərarda göstərilirdi ki, mövcud hökumət daxilindən bir heyət seçilməli və həmin heyət ölkənin müdafiəsini təşkil etməlidir. Bununla əlaqədar olaraq 1919-cu il iyunun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə 5 nəfərdən ibarət Dövlət Müdafiə Komitəsi yaradıldı. Komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi, yollar, xarici işlər və ədliyyə nazirləri daxil edildilər.

1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsi fövqəladə vəziyyət haqqında qərar qəbul etdi. Ölkədə Denikin təhlükəsinə qarşı səfərbərlik elan olundu. Həmin il iyunun 27-də Denikin ordusunun hücumundan müdafiə məqsədilə Azərbaycan-Gürcüstan hərbi-müdafiə sazişi imzalandı.[5]

Kabinet və parlament daxili münaqişələrə görə 4-cü kabinet də 22 dekabr 1919-cu il tarixində istefa verdi.

  1. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. (stenoqrafık hesabat), c.1–2, B., 1998
  2. Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998.
  3. Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001
  4. Aдpec-календары Aзepбaйджанской Pecnyблики нa 1920 год, Б., 1920
  5. Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. Azərbaycan Xalq Cümhuriyyəti hökumətləri. ISBN 9952-417-14-2.