III Xoyski hökuməti

III Xoyski hökuməti və ya Üçüncü hökumət kabinetiAzərbaycan Xalq Cümhuriyyətinin sayca 3-cü, Fətəli xan Xoyskinin başçılığı ilə 26 dekabr 1918 tarixindən 14 mart 1919-cu ilədək fəaliyyət göstərmiş koalisiya hökuməti.[1]

III Xoyski hökuməti

Formalaşdırılma tarixi 26 dekabr 1918
Buraxılma tarixi 14 mart 1919
Hökumətin tərkibi
Hökumət başçısı Fətəli xan Xoyski
Nazir sayı 15
Hakim partiya Müsavat Partiyası
Digər məlumatlar
Müxalif partiyalar İttihad Partiyası
Əhrar Partiyası
Müxalifət liderləri Qara bəy Qarabəyov
Aslan bəy Qardaşov

Azətrbaycan Xalq Cümhuriyyəti Parlamenti işə başladıqdan sonra, Fətəli xan Xoyski parlamentdən hökumət kabinetinin istefasını qəbul etməsini xahiş etdi. Parlamentin bu istəyi qəbul etməsindən sonra, yeni hökumət kabinetinin qurulması da Fətəli xan Xoyskiyə tapşırıldı. Həsən bəy Ağayevlə məktublaşmalarından məlum olur ki, Fətəli xan Xoyski bu istəyi Həsən bəy Ağayevin çox saylı xahişindən sonra qəbul etmişdir.

Dekabrın 26-da Fətəli xan Xoyski üçüncii hökumət kabinəsinin proqramı və tərkibi barədə parlamentdə çıxış etdi. Müzakirələrdən sonra parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi.[2] Yeni kabinədə xalq səhiyyəsi naziri postu müvəqqəti olaraq dövlət nəzarəti naziri Məmmədhəsən Hacınskiyə, əmək naziri postu isə müvəqqəti olaraq poçt və teleqraf naziri Aslan bəy Səfikürdskiyə həvalə edildi.[3]

Vəzifəsi Adı Başlama tarixi Bitmə tarixi Fraksiya (Partiya)
Nazirlər Şurasının sədri

Fətəli xan Xoyski
26 dekabr 1918
14 mart 1919
Bitərəflər fraksiyası
Daxili İşlər naziri

Xəlil bəy Xasməmmədov
26 dekabr 1918
14 mart 1919
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Dövlət nəzarəti naziri

Məmmədhəsən Hacınski
26 dekabr 1918
16 yanvar 1919
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası

Əliağa Həsənov
16 yanvar 1919
14 mart 1919
Bitərəflər fraksiyası
Ədliyyə naziri

Teymur bəy Makinski
26 dekabr 1918
14 mart 1919
Bitərəflər fraksiyası
Əkinçilik və dövlət əmlakı naziri

Xosrov bəy Sultanov
26 dekabr 1918
14 mart 1919
Müsavat və bitərəflər fraksiyası
Bitərəf
Əmək naziri

Aslan bəy Səfikürdski
26 dekabr 1918
14 mart 1919
Sosialistlər fraksiyası
Ərzaq naziri

Konstantin Lizqar
26 dekabr 1918
14 mart 1919
Slavyan-rus Cəmiyyəti fraksiyası
Hərbi nazir

Səməd bəy Mehmandarov
26 dekabr 1918
14 mart 1919
Fraksiyasız
Xalq səhiyyəsi naziri

Məmmədhəsən Hacınski
26 dekabr 1918
?
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası

Yevsey Gindes
?
14 mart 1919
Slavyan-rus Cəmiyyəti fraksiyası
Xarici işlər naziri

Fətəli xan Xoyski
26 dekabr 1918
14 mart 1919
Bitərəflər fraksiyası
Maarif və dini etiqad naziri

Nəsib bəy Yusifbəyli
26 dekabr 1918
14 mart 1919
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Maliyyə naziri

İvan Protasov
26 dekabr 1918
14 mart 1919
Slavyan-rus Cəmiyyəti fraksiyası
Poçt və teleqraf naziri

Aslan bəy Səfikürdski
26 dekabr 1918
14 mart 1919
Sosialistlər fraksiyası
Sosial təminat naziri

Rüstəm xan Xoyski
26 dekabr 1918
14 mart 1919
Bitərəf
Ticarət və sənaye naziri

Mirzə Əsədullayev
26 dekabr 1918
14 mart 1919
Bitərəflər fraksiyası
Yollar naziri

Xudadat bəy Məlik-Aslanov
26 dekabr 1918
14 mart 1919
Fraksiyasız

Fətəli xan Xoyskinin təşkil etdiyi Hökumət kabinəsi ilə əlaqədar olaraq general Tomson bəyan etdi: "[1]

" Fətəli xan Xoyski başda olmaqla yeni koalisiyalı Hökumətin təşkili ilə əlaqədar elan edirəm ki, müttəfiqlərin komandanlığı bu Hökuməti Azərbaycan ərazisində yeganə legitim yerli hakimiyyət orqanı kimi tanıyır və onu tamamilə müdafiə edir. "

Məmmədhəsən Hacınskinin Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransına getməsi ilə əlaqədar 1919 il yanvarın ikinci yarısından dövlət nəzarəti naziri vəzifəsini Əliağa Həsənov icra etmişdir.

Ölkədə möhtəkirliyin və qiymətlərin artdığı, əhalinin bir qisminin sürətlə varlandığı, digər qisminin isə var-yoxdan çıxdığı bir şəraitdə Parlamentdə müxalifətdə olan İttihad, Əhrar, Sosialistlər fraksiyalarının üzvləri hökuməti bu işdə fəaliyyətsizlikdə təqsirləndirməyə başladı. 1919 ilin yanvar-fevral aylarında keçirilən parlament iclaslarında onlar tərəfindən Fətəli xan Xoyski hökuməti kəskin surətdə tənqid edilirdi. Fevralın 5-də onlara geniş və çox əhatəli cavab verən Fətəli xan Xoyski deyirdi:

" "Siz bunu bilməlisiniz ki, Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir. Biliniz, indi elə vaxtdır ki, nəinki bez və çit, hətta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız gedər. Belə mühüm zamanda Hökumət işlərini Tağıyev fabrikasının bezi ilə ölçmək olmaz. "

Fətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur.

1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır.[4]

  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti. ISBN 9952-417-14-2.
  1. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. (stenoqrafık hesabat), c.1–2, B., 1998
  2. Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Aдpec-календары Aзepбaйджанской Pecnyблики нa 1920 год, Б., 1920
  3. Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты (PDF). Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 379. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
  4. Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998.