Mahir Süleymanlı

Mahir Tahir oğlu Süleymanlı (28 fevral 1995, Bakı) — Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Milli Məclisinin VII çağırış deputatı[1], Gəncləridman, Müdafiə, təhlükəsizlikkorrupsiya ilə mübarizə komitələrinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvü, Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri[2]

Mahir Süleymanlı
Süleymanlı Mahir Tahir oğlu
Vəzifədədir
2024-cü ildən
Seçki dairəsi2024 — 56 saylı Şabran- Xaçmaz seçki dairəsi
Şəxsi məlumatlar
Doğum tarixi 28 fevral 1995(1995-02-28) (29 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Atası Tahir Süleymanov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süleymanlı Mahir Tahir oğlu 28 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 3 övladı var. Tanınmış ictimai-siyasi xadim, sabiq deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun[3] oğludur.

2000–2011-ci illərdə Şabran rayon Tofiq Abbasov adına 1 nömrəli orta məktəbdə təhsil almışdır. Gənc yaşlarından Vətənə, xalqa, dövlətə sadiq olan Mahir Süleymanlı ölkəmizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dövlətçiliyin qorunması ilə bağlı ülvi arzularını gerçəkləşdirmək üçün 2011-ci ildə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinə daxil olmuş və 2015-ci ildə bu ali məktədə bakalavr təhsilini uğurla başa vurmuşdur.

2015–2016-cı illərdə hərbi xidmətdə olmuşdur.

Hərbi xidmətdən sonra ixtisas biliklərini daha da dərinləşdirmək üçün ali təhsilini ikinci pillə üzrə davam etdirərək, 2016–2018-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində beynəlxalq hüquq, insan hüquqları ixtisası üzrə magistr təhsili almışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Magistr təhsili aldığı dövrdə (2016–2018-ci illər) BDU-nun rektorluğunda hüquqşünas kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən 2024-cü ilin sentyabr ayına qədər əmək fəaliyyətini Azərbaycan Respublikası Milli Məclisinin Aparatında davam etdirən Mahir Süleymanlı "İnzibati və hərbi qanunvericilik", "Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik" və "İcra hakimiyyəti orqanları ilə əlaqələr" şöbələrində məsləhətçi və böyük məsləhətçi vəzifələrində çalışmışdır. Dövlət qulluğu müşaviridir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2013-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Mahir Süleymanlı 2019–2022-ci illərdə YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin Siyasi Şurasının və İdarə Heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir. Hələ tələbə olduğu dövrlərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəaliyyətində yaxından iştirakına və göstərdiyi xidmətlərə görə təşəkkürnamələrlə təltif olunmuşdur. 1 sentyabr 2024-cü ildə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə YAP tərəfindən 56 saylı ŞabranXaçmaz seçki dairəsindən namizədliyi irəli sürülmüşdür və seçicilərin yüksək etimadı ilə Parlamentə üzv seçilmişdir.[4] Hazırda Milli Məclisin ən gənc deputatıdır.[5]

2024-cü il oktyabrın 8-də Azərbaycan - Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[6]

  1. https://az.wikipedia.org/wiki/Azərbaycan_Milli_Məclisinin_VII_çağırış_deputatları
  2. https://meclis.gov.az/news-dep.php?id=830&lang=az
  3. "Arxivlənmiş surət". 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-01.
  4. "Arxivlənmiş surət". 2024-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-01.
  5. https://lent.az/xeber/siyaset/yeni-parlamentin-en-yasli-ve-en-genc-deputati-kimdir-40615928
  6. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]