Mahir Zeyn

Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين16 iyul; 1981[1], Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir.[2] Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır.

Mahir Zeyn
ماهر زين
Mahir Zeyn Almaniyanın Essen şəhərində xeyriyyə konsertində (2012)
Mahir Zeyn Almaniyanın Essen şəhərində xeyriyyə konsertində (2012)
Ümumi məlumatlar
Doğum adı Mahir Mustafa Zeyn
Doğum tarixi (43 yaş)
Doğum yeri Tərabülüs əş-Şam, Livan
Vətəndaşlığı İsveç İsveç
Milliyyəti Livan
Uşağı 3
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, müğənni, mahnı yazarı[d], mühəndis, aktyor, bəstəkar, yazıçı
Fəaliyyət illəri 2009—h.h.
Janrlar R&B, Solo musiqi, Pop musiqi, Dünya musiqisi, Akustik musiqi, İlahi
Musiqi alətləri Gitara, piano, zərb musiqi alətləri, sintezator.
Albom şirkətləri Awakening Records
Sony Music
Əlaqələri İrfan Məkki, Məsud Kurtiş.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür.[3] Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir.[4]

2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır.[5] İsveçə etdiyi səfərlərdən birində İslamiyyətə bir daha bağlanmış və musiqi prodüserliyindən imtina edərək ilahi tərzində R&B söyləməyə qərar vermiştir.[6]

Müvəffəqiyyətə sıçrayış

[redaktə | mənbəni redaktə et]

Mahir Zeyn 2009-cu ilin yanvar ayında Awakening Records ilə ilk albomu üçün işlərə başlamışdır. Thank You Allah (azərb. Təşəkkür Allah‎) adlı albomu zərb versiyalarının da daxil olduğu ikisi bonus mahnıdan ibarət on beş mahnıyla 1 noyabr 2009-cu ildə satışa çıxmışdır. Qısa müddət sonra da bəzi parçalarının Fransız versiyaları yayımlanmıştır.[7]

Mahir və Awakening Records Facebook, Youtube[8]iTunes kimi media vasitələrindən istifadə edərək albomun təqdimatını etmişdir.[9][10] 2010-cu ilin əvvəllərində musiqisi olduqca böyük maraq doğurmuş və internet vasitəsilə çox sayda izləyici qazanmıştır.[11] 2010-cu ilin sonunda Malayziyada Google axtarış saytında ən çox axtarılan məşhur ad olmuştur.[10] Malayziya eyni zamanda Mahir Zeynin təqdimatlarını ən uğurlu keçirdiyi ölkə hesab edilir. Thank You Allah albomu 2010-cu ilin ən çox satılan albomu olması səbəbiylə Warner Music Malaysia tərəfindən 8 platin val ilə mükafatlanıdırılmışdır.[12] 2011-ci ildə isə, Thank You Allah albomu İndoneziyada Sony Music Indonesia tərəfindən ikiqat platin val ilə mükafatlanıdırılmışdır.[4]

Mahir əsas olaraq İngiliscə mahnı oxuyur, ancaq sonradan populyar mahnılarını başqa dillərdə də ifa etmişdir. Mahnılarından biri olan "Insha Allah"ın məsələn; Hazırda İngilis, Fransız, Ərəb, Türk, Malayİndoneziya versiyaları mövcuddur. Bir digər mahnısı olan "Allahi Allah Kiya Karo" (azərb. "Davamlı olaraq Allahı Zikr Etmək"‎), Urduca ifa edilir və ifa edənlərdən biri də Pakistan təvəllüdlü Kanadalı müğənni İrfan Məkkidir.[9] Mahir həmçinin İrfan Məkkinin ilk albomu olan "I Believe" (azərb. İnanıram‎) adlı albomunda eyni ada malik olan musiqi parçasında yer almışdır.[13]

Əməkdaşlıq, çıxışları və mükafatlar

[redaktə | mənbəni redaktə et]

2010-cu ilin yanvar ayında, Mahir Zeynin "Ya Nabi Salam Alayka" adlı mahnısı Yaxın Şərqin ən böyük radiosu olan Nujoom FM tərəfindən "Ən Yaxşı İlahi" mükafatına layiq görülmüşdür. Bu uğurla Mahir Sami Yusif, Hüseyn əl-CismiMəhəmməd Munir kimi digər məşhur müğənniləri də geridə qoymuşdur.[14]

Mahir Zeynin 2011-ci ilin martında çıxmış "Freedom"[9] adlı musiqisində Ərəb baharı ilə əlaqədar məqamlar vardır.

Mahir Zeyn 2011-ci ildə onislam.net saytı tərəfindən "Müsəlman ulduz" adına layiq görülmüşdür.[15] 2011-ci ilin iyulunda isə İngiltərədə nəşr olunan müsəlman həyat tərzi jurnalı olan Emel tərəfindən jurnalın həmin ay sayının üz qapağı olmuşdur.[16]

Mahir Zeyn İrfan Məkkinin ilk albomu olan "I Believe" adlı albomunda eyni ada malik olan musiqi parçasında yer almışdır.[17]

Mahir Zeyn Insya-Allah adlı İndoneziya TV dramının 40 epizodunda yer almışdır. Şou Malayziyanın peyk kanallarından; Astro OasisMustika HD, 17 iyul 2012 tarixindən etibarən isə İndoneziyanın SCTV kanalında yayımlanmağa başlanmışdır.[18]

Mahir Zeyn 2013-cü ildə Fətullah Gülənin əsərləri əsasında hazırlanmış mahnılardan ibarət "Colors of Peace" layihəsində iştirak etmiş və burada "This Worldly Life" mahnısını ifa etmişdir.[19][20]

Diskoqrafiyası

[redaktə | mənbəni redaktə et]
İl Albom haqqında Sertifikatlar
(Satış miqdarı)
2009 Thank You Allah
  • 8x Platin, Warner Music Malaysia[21]
  • 2x Platin, Sony Music Indonesia[4]
2012 Forgive Me
  • Çıxış: 2 aprel 2012
  • Studiya: Awakening Records
  • Format: CD
  • 4x Platin, Warner Music Malaysia[22]
2016 One
  • Çıxış: 6 iyun 2016
  • Studiya: Awakening Records
  • Format: CD, Digital Download

-

  • 2009: "Palestine Will Be Free"
  • 2010: "Thank You Allah (Alhamdulillah)"
  • 2010: "Insha Allah"
  • 2010: "Allahi Allah Kiya Karo (Canlı)"
  • 2010: "The Chosen One"
  • 2011: "Freedom"
  • 2011: "Ya Nabi Salam Alayka"
  • 2011: "For the Rest of My Life"
  • 2012: "Number One For Me"
  • 2012: "Forgive Me"
  • 2012: "Open Your Eyes"
  • 2012: "So Soon"
  • 2013: "Love Will Prevail"
  • 2013: "Ramadan"
  • 2014: "Muhammad (Pbuh)"
  • 2014: "Nas Teshbehlana"
  • 2014: "One Day"
  • 2015: "A'maroona A'maloona"
  • 2016: "I am Alive" (Atif Aslam ilə)
  • 2016: "By my Side"
  • 2016: "Paradise"
  • 2016: "Peace Be Upon You"
  • 2016: "The Way of Love" (Mustafa Ceceli ilə)
  • 2017: "Close to You"
  • 2017: "Assubhu Bada" (Ərəbcə الصبح بدا)
  • 2017: "Kun Rahma" (Ərəbcə كن رحمة)
Duet
  • 2011: "I believe" (İrfan Makki & Mahir Zeyn) (İrfan Makkinin "I Believe" albomunda)
  • 2011: "Never Forget" (Mesut Kurtis & Mahir Zeyn) (Mesut Kurtis "Beloved" albomunda)
  • 2014: "So Real" (Raef & Mahir Zeyn) (Raef "The Path" albomunda)
  • 2014: "Eidun Saeed" (Mesut Kurtis & Mahir Zeyn) (Mesut Kurtis "Tabassam" albomunda)

Xeyriyyə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 2013-cü ildə Filippindəki[23] qasırğa qurbanlarına ianə[24] köməyi üçün Kanadada Islamic Relief tərəfindən təşkil olunmuş turda iştirak etmişdir. Zeyn Suriya xalqına yardım məqsədiylə Birləşmiş Krallıqda Human Appeal International tərəfindən təşkil olunmuş "Sound of Light" tədbirində[25] çıxış etmişdir.[26] Həmçinin Zeyn öz mahnısı "Love will prevail"i (ərəb və ingiliscə ifa olunub) Suriyalılara həsr edib.
  • Zeyn öz ad gününü 3,9 milyon Facebook fanları ilə, onlardan ABŞ kökənli xeyriyyə təşkilatının[27] Afrikada su çənlərinin tikilməsi üçün maddi yardım[28] etmələrini xahiş edərək qeyd etmişdir. Onun fanları bir neçə həftə ərzində 15.000 $-dan çox pul ödəmişdirlər.
  • Zeyn Londonda Fələstinlilər üçün olan mitinqdə minlərlə iştirakçıların yanında İsrail ordusunun Qəzzadakı[29] hadisələrinə son verməsi üçün səsləndi. Zeyn 2014-cü ilin avqustunda "The Great Wall of China Trek 2014"-də Human Appeal-ın iştirakı ilə 10 gün Qəzzadakı uşaqların içməli su ilə təmin olunması üçün humanitar yardımın yığılmasında iştirak etmişdir.[30][31][32]
  • Zeyn 2014-də növbəti təlimi Nansen Refugee Award Ceremony-də UNHCR (Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı) ilə Livana Suriya qaçqınları ilə vaxt keçirməyə və UNHCR-nın sərhəddəki işlərini[33] görmək üçün getmişdir. Zeyn Cenevrədə Batiment des Forces Motrices üçün mükafatlandırma mərasimində qaçqınlar haqqında "One day" mahnısını səsləndirmişdir.[34][35]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Mahir Zeyn 2009-cu ildə ailə həyatı qurmuşdur.[36]

  1. "Arxivlənmiş surət". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-09.
  2. "Muslim pop megastar Maher Zain sings for Syria aid". BBC News. 13 November 2013. 31 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.
  3. "Maher zain's story". YouTube. 11 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2014.
  4. 1 2 3 Entertainment (2011-08-10). Maher Zain's Hip but Pious Soundtrack to the Arab Spring Arxivləşdirilib 2017-09-02 at the Wayback Machine. The Atlantic retrieved 10 October 2011
  5. Eena Houzyama (2010-10-11). Thank God for Maher Zain Arxivləşdirilib 2012-09-10 at the Wayback Machine. The Malay Mail, retrieved 10 October 2011
  6. Maher Zain Arxivləşdirilib 2017-07-13 at the Wayback Machine. IslamicLyrics Website, retrieved 10 October 2011
  7. Music & Festivals Maher Zain Interview Arxivləşdirilib 2012-03-26 at the Wayback Machine. Time Out Beirut, retrieved October 14, 2011
  8. Admin (2010-11-16). Muslim Singer Maher Zain Arxivləşdirilib 2012-03-13 at the Wayback Machine. NXT News, retrieved October 14, 2011
  9. 1 2 3 Lisa Siregar (2011-05-02). A Portrait of  the Artist As a Young Muslim Arxivləşdirilib 2011-10-01 at the Wayback Machine. Jakarta Globe, retrieved October 14, 2011
  10. 1 2 2011-08-26 Being pious in the heat of modernity. New Straits Time, retrieved October 14, 2011 Arxivləşdirilib avqust 26, 2011, at the Wayback Machine
  11. Sundus Awan (Transcribed) 2010-11-29. Maher Zain Interview Arxivləşdirilib 2011-09-04 at the Wayback Machine. The Muslim Youth Voice Website, retrieved October 14, 2011
  12. News Summary (January 2011). Awakening artist Maher Zain receives 8 platinums Arxivləşdirilib 2016-12-25 at the Wayback Machine. Awakening Worldwide retrieved October 14, 2011
  13. I Believe Lyrics Arxivləşdirilib 2017-07-16 at the Wayback Machine. IslamicLyrics Website, retrieved October 18, 2011
  14. News Summary (January 2010). Maher Zain wins Nugoom FM's Best Song Award Arxivləşdirilib 2014-03-22 at the Wayback Machine. Awakening Worldwide, 2 Eylül 2011 tarihinde erişilmiştir.
  15. "Arxivlənmiş surət". 2012-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-10.
  16. Issue 82 (July 2011). Maher Zain digital issue - OUT NOW! Arxivləşdirilib 2022-04-02 at the Wayback Machine The Emel Website, retrieved 18 October 2011
  17. I Believe Lyrics Arxivləşdirilib 2017-07-16 at the Wayback Machine. IslamicLyrics Website, retrieved 18 October 2011
  18. Maher Zain bintangi sinetron Arxivləşdirilib 2012-06-28 at the Wayback Machine Harian Metro retrieved 26 June 2012
  19. Radikal: Barış için müzikal birlik (In Turkish)
  20. Zaman Online: Savaşın karşısına Hocaefendi’nin şiirlerinden oluşan albümle çıktılar Arxivləşdirilib 2013-03-11 at the Wayback Machine (In Turkish)
  21. Maher Zain receives 8 platinums in Malaysia Arxivləşdirilib 2016-12-25 at the Wayback Machine Awakening Worldwide, retrieved January 2011
  22. "Meet Maher Zain". New Straits Times. Digital Collections DC5: Text Archive. 25 April 2012. 2017-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
  23. "Islamic Relief Canada seeking donations for typhoon victims in Philippines". InsideHalton.com. 5 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2014.
  24. S. QAZI. "Islamic Relief Canada Declared War On Hunger to Support Poor People". push.pk. 21 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 August 2014.
  25. "Sound Of Light Official Website". 15 July 2001 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 August 2014.
  26. "Muslim pop megastar Maher Zain sings for Syria aid". BBC. 13 November 2013. 31 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2014.
  27. "KOBA MENDER COMMUNITY". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-15.
  28. "My Birthday For Clean Water". charitywater.org. Maher Zain. 2014-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-15.
  29. "Maher Zain - Freedom at the London demonstration GAZA protest 19/07/2014". YouTube. 6 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2014.
  30. "Human Appeal: Great Wall of China Trek 2014 with Maher Zain & Omar Regan". 2014-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-15.
  31. "Maher Zain treks through China for Gaza". The Voice of the Cape. 18 August 2014. 18 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2014.
  32. "Maher Zain Instagram". Instagram. 8 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2014.
  33. "Maher Zain's Journey". UNHCR. 13 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 October 2014.
  34. "UNHCR presents Nansen Refugee Award to courageous Colombian women". UNHCR. 29 September 2014. 3 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2014.
  35. "Colombian activists risk their lives to protect women from gang warfare". 8 October 2014. 7 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2014.
  36. "Le chanteur Maher Zain: " Que la paix l'emporte "". Saphirnews. 27 October 2009. 30 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]