Bu məqalə ABŞ tarixinə aiddir |
Amerika Birləşmiş Ştatları tarixi |
---|
Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar.[1] Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu.[2] Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu.
Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı. Oliqosen dövründə kərgədana oxşar Titanotheres Cənubi Dakotada üstünlük əldə etmişdi. Bu müddətdən sonra Pleystosen epoxasına qədər ABŞ-nin iqlimi soyudu və buzlaqlar yayıldı. Qılınc dişli pişiklər, tüklü mamontlar, mastodonlar və vahiməli itlər quruda gəzişirdi. İnsanlar Sibir və Alyaska arasında olan torpaq körpü vasitəsi ilə buraya gəldi və bu heyvanların ovlanaraq nəslinin kəsilməsinə səbəb oldular.
Məlum olan ən qədim Eukariotlar Kembridən əvvəlki dövrdə, təxminən 1.4 milyard il əvvəl Bek Sprinq, Kaliforniya ərazisində yaşamışdılar. Bunlar fotosizntezedici orqanizmlər olublar və oksigen istehsal edirdilər. Bek Sprinq eukariotları və digər Kembridən əvvəlki dövr fotosintezediciləri oksigen ifraz edərək hazırda dünyamızda nəfəsalmağa şərait yaratmışdılar. Kembridən əvvəlki dövrə aid göy-yaşıl yosunlar günümüzə qədər Yuxarı Miçiqan yarımadasında yerləşən Yuxarı gölün sahilində qorunaraq qalıblar. Fosillərdə qalan ilk eukariotların qeydləri mürəkkəb çox nüvəlilərin sübutu ilə yaxından əlaqəlidir. Nevadada milyon illər əvvələ aid olan süxurlar soxulcanlara aid fosil izlərini saxlamışdır. Digər mürəkkəb Kembridən əvvəlki dövr canlıları Cənubi Karolina və Arizonada qalmışdı.
Kembdridən əvvəlki dövrü Fanerozoy izlədi. Paleozoy erasının təşkil edən ən əhəmiyyətli dövr Kembrdir. Həmin vaxt qitələr fərqli halda idi və indiki ilə müqayisədə daha kiçik idilər. ABŞ-nin cənub-şərq hissəsi Cənubi Amerika və Afrika ilə bitişik idi və şimal yarımkürəsinin qütb enliyində yerləşirdi. Qərb ştatları ekvatora yaxın yerləşmişdirlər.
Kembri dövrünə aid məlum olan bütün canlılar suda yaşadıqları üçün ABŞ-nin dəniz s əviyyəsindən yuxarı olan bütün əraziləri canlılardan məhrum idi. Kembri fosillərində ən çox rast gəlinən canlı Trilobitlərdir. Yuta ərazisində Elrathianı xüsusilə qeyd etmək lazımdır. Süngərəbənzər arxeosiatlar Nevadada üstünlük təşkil edirdi. Həmçinin braxipodlar, ilbizlər və süngərlər əhəmiyyətli Kembri heyvanları idi. Şimali Amerika ətrafında dəniz səviyyəsi Kembrinin sonunda aşağı düşdü. Dayaz sulardakı ekosistemin məhv olduğu güman edilir. Kembri kütləvi nəsil kəsilməsi ilə sonlandı. Dünya miqyasında braxipodlar və ilbizlər bioloji müxtəlifliklərinin çox hissəsini itidilər, süngərlərin fəsilələrinin yarısı və dövrün Tribolitlər ailəsinin təxminən 75%-i məhv oldu.
Dəniz təkrar yüksəldikdə qitənin bir çox hissəsi su altında qaldı.