Maksi Lopez

Maksimiliano "Maksi" Qaston Lopez (3 aprel 1984[1][2][…], Buenos-Ayres) — Argentinalı keçmiş peşəkar futbolçu. Meydanda əsasən hücumçu mövqeyində oynayıb.

Maksi Lopez
Ümumi məlumatlar
Doğum tarixi 3 aprel 1984(1984-04-03)[1][2][…] (40 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 186 sm
Çəkisi 81 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maksi Lopez həm Argentina, həm də İtaliya pasportuna malikdir.[3]

Futbolçu El Rubio ("Sarışın") və La Gallina de Oro ("Qızıl Toyuq") ləqəbləri ilə tanınır.[4]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]
López 2011-ci ildə Kataniyada.

Lopez karyerasına 1997-ci ildə "River Pleyt" klubunda başlayıb. "River Pleyt"in heyətində 19 avqust 2001-ci ildə, 17 yaşında "Talleres de Kordoba" ilə oyunda debüt edir. Elə həmin mövsüm o, gənclər komandasında ilə beş mövsüm keçirdikən sonra rəsmi olaraq komandanın əsas heyətinə yüksəlir. Klub ilə 2002, 2003 və 2004-cü illərdə Torneo Klausuranın qalibi olur. Lopez 2005-ci ilin yanvarında İspaniya nəhəngi "Barselona" klubuna keçənə qədər klubda qalır.

"River Pleyt"in heyətində 56 oyuna çıxaraq, 13 qol vurub.

2005-ci ilin yanvarında futbolçu "Barselona"ya keçir, lakin burda uğur qazana bilməyən futbolçu 2006-cı ildə "Malyorka" klubuna icarəyə verilir. "Malyorka"da 25 oyuna meydana çıxaraq 3 qol vurur. 2007-ci ildə Rusiyanın "Moskva FK" klubuna keçir. Futbolçu daha sonra "Qremio", "Kataniya", "Milan", "Sampdoriya", "Kyevo", "Torino", "Udineze", "Vasko Da Qama", "Krotone" kimi klublarda oynayır. Futbolçunun son klubu, İtaliyanın "Sambenedettese" klubu olur.

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Lopez Argentinanın 15, 17 və 20 yaşdan aşağı milli komandalarında çıxış edib.

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
20 May 2018. tarixində yenilənib
Klub Mövsüm Liqa Kubok Beynəlxalq Digər Toplam
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
River Pleyt 2001–02 17 1 2 0 19 1
2002–03 6 1 1 0 7 1
2003–04 17 6 8 1 25 7
2004–05 16 5 3 2 19 7
Toplam 56 13 14 3 70 16
Barselona 2004–05 8 0 2 1 10 1
2005–06 6 0 2 1 1 0 9 1
Toplam 14 0 2 1 3 1 19 2
MalyorkA (icarə) 2006–07 29 3 2 2 31 5
Moskva FK 2007 9 6 9 6
2008 13 3 1 0 14 3
Total 22 9 1 0 23 9
Grêmio (loan) 2009 25 12 9 4 7 1 41 17
Catania 2009–10 17 11 17 11
2010–11 35 8 2 2 37 10
2011–12 14 3 2 2 16 5
2013–14 12 1 1 0 13 1
Total 78 23 5 4 83 27
Milan (loan) 2011–12 8 1 2 1 1 0 11 2
Sampdoria (loan) 2012–13 17 4 1 1 18 5
2013–14 11 1 11 1
Toplam 28 5 1 1 29 6
Kyevo 2014–15 13 1 1 0 14 1
Torino 2014–15 18 8 1 0 4 3 23 11
2015–16 26 4 3 2 29 6
2016–17 16 2 2 1 18 3
Toplam 60 14 6 3 4 3 70 20
Udineze 2017–18 28 2 1 4 29 6
Karyerasında cəmi 361 83 20 16 32 11 7 1 420 111

River Pleyt

  • Torneo Klausura (3): 2001–02, 2002–03, 2003–04

Barselona

Vasko da Qama

  • Taça Quanabara: 2019
  1. 1 2 Maxi López // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Maxi López // FBref.com (çd.).
  3. ""Maxi Lopez al Catania"". Archived from the original on 2012-05-25. İstifadə tarixi: 2022-03-20.
  4. ""LOPEZ, Maximilliano Gastón"". Archived from the original on 2012-11-22. İstifadə tarixi: 2022-03-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]