Safiyə Sultan (Osmanlıca: صفية بن مصطفى ساني) (13 dekabr 1696, Ədirnə – 15 may 1778, İstanbul) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı.
Safiyə Sultan | |
---|---|
صفية بن مصطفى ساني | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 dekabr 1696 |
Doğum yeri | Ədirnə, Osmanlı imperiyası |
Vəfat tarixi | 15 may 1778 (81 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Süleyman türbəsi, İstanbul |
Atası | II Mustafa |
Həyat yoldaşları |
Maktulzadə Əli Paşa Mirzə Mehmed Paşa Hacı Əbubəkr Paşa |
Uşaqları |
Sultanzadə Bəyazid bəy Zahidə xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Əminə Sultan 1696-cı ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. O əsnada atası II Mustafa Belqrad üzərinə səfərə çıxmışdı. Taxta yeni çıxan atasının üçüncü övladı idi. Böyük bacıları Əminə və Ayşə Sultan kimi, 7 mart 1702-ci ildə uşaq yaşlarında Mərzifonlu Mustafa Paşanın oğlu və Adana sancaqbəyi olan Maktulzadə Əli Paşa ilə nişanlandı. Tamamilə siyasi səbəblərdən baş tutan bu evlilik planı, o əsnada atasının taxtdan endirilməsi və bir müddət sonra vəfat etməsi səbəbilə təxirə salındı. Toy mərasimi 8 may 1710-cu ildə baş tutdu. Bu evlilikdən bir oğlu dünyaya gəldi. Ancaq 1 ay sonra Əli Paşa Diyarbəkir bəylərbəyi oldu və əyalətə göndərildi. Əli Paşanın 1723-cü ildə vəfat etməsiylə Safiyə Sultan 1726-cı ildə Mirzə Mehmed Paşa ilə evləndi. Ancaq 2 il sonra Mehmed Paşa da vəfat etmiş, Safiyə Sultan ikinci dəfə dul qalmışdır.
Kiçik qardaşı Sultan Mahmudun səltənətində 1740-cı ildə son evliliyini Hacı Əbubəkr Paşa ilə etdi və bu evlilik paşanın 1759-cu ildəki ölümünə qədər davam etdi. Bu evlilikdən bir qızı oldu. Son evliliyindən sonra bir daha evlənməyən Safiyə Sultan 15 may 1778-ci ildə vəfat etdi. Cənazəsi Sultan Süleyman türbəsində dəfn edilib.
Qızı Zahidə xanım Sultan (ö. 1790) Hacı Süleyman Paşa ilə evlənmişdir.