Malik ibn Nəbi (ərəb. مالك بن نبي; 1905[1][2][…], Qüsəntinə, Qüsəntinə vilayəti[d] – 31 oktyabr 1973[1][3], Əlcəzair) — Əlcəzair yazıçısı və filosofu.
Malik ibn Nəbi | |
---|---|
ərəb. مالك بن نبي | |
Doğum tarixi | 1905[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 1973[1][3] |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | filosof, yazıçı, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Malik ibn Nəbi Əlcəzairdə dünyaya gəlmişdir. Orta təhsilini öz ölkəsində müvəffəqiyyətlə bitirmiş, həmin yaşlarında islami tədqiqatlara başlamışdır. 1930-cu ildə Parisə getmiş və oradakı Ali Texnika Məktəbinə girmişdir. Bu məktəbi mühəndis olaraq bitirdikdən sonra müstəmləkəçilərin köləsi kimi bir mühəndislik vəzifəsini icra etməkdənsə, kasıb və cahil qalmış qardaşları, məmləkətinin sadə adamları ilə çiyin-çiyinə sərbəst işləməyi seçmişdir.
Marselə köçmüş, əlcəzairli həmyerlilərinin yanına gedərək onlarla birlikdə ağır şərtlər altında işləmiş və bir tərəfdən də onlara islami həqiqətləri çatdırmağa çalışmışdır. Gündüzləri iş zamanı müsəlman qardaşlarını maarifləndirməyə çalışan Malik bin Nəbi gecələrini və boş vaxtlarını islam və islam xalqları haqqında düşünmək və tədqiqat aparmaqla keçirirdi.
1940-cı ilin sonlarına doğru Marseldəki mühacir əlcəzairlilərin təhsil almaları üçün bir təhsil mərkəzi açmağa müvəffəq oldu. Burada gecə-gündüz işləyərək bir çox din qardaşının islami biliklərini inkişaf etdirdi, onları müstəmləkə həyatından xilas olmanın tək yolunun, islami prinsiplərə qayıtmaq və dini haqqı ilə tətbiq etmək olduğu xüsusunda tamamən razı salmağa müvəffəq oldu. Ətrafında topladığı gənc müsəlmanları gözəl şəkildə tərbiyə etdikdən sonra hər birini bir bölgəyə göndərərək müsəlmanları oyandırmaqla vəzifələndirdi.
1946-cı ildə ilk kitabı olan "Quran möcüzəsi" adlı əsərini nəşr etdi. İman və elm ilə əlaqəli məsələləri geniş şəkildə tədqiq etdiyi bu əsərini, o zamanlar müstəmləkəçilərin təbliğatları altında əzilən müsəlmanlara bir əl kitabı kimi təqdim etdi.
Daha sonra yazıçılıq fəaliyyətini daha yaxşı dəyərləndirə bilmək üçün Parisə getdi və bir tərəfdən də müxtəlif ölkələrdən təhsil almaq üçün gələn gənclərə konfranslar verərək islami oyanış ab-havası yaratmağa müvəffəq oldu.
Müstəmləkəçi fransızların bütün əngəllərinə və hiylələrinə baxmayaraq gəncliyə islam davasını qazandırmaq üçün bitməz-tükənməz enerji və eyni zamanda inanılmaz cəsarətlə çalışan Malik bin Nəbi, 1956-cı ildə Parisdən ayrılaraq Qahirəyə getmişdir. Sonra da fikirlərinin boşluqda qalmasına razı olmadığını və həqiqətən də islam davasının bir sıravi əsgəri olduğunu isbat etmək üçün dərhal Əlcəzair Milli Qurtuluş Cəbhəsinə daxil oldu. Mübarizəsini ara vermədən davam etdirdi, nəhayət azadlığına qovuşan məmləkətinin imdadına çatmaq üçün 1963-cü ildə Əlcəzairə döndü.
Uzun illər boyunca ali təhsil müdiri vəzifəsini icra etdi. 1964-dən etibarən mümkün olan hər yerdə mədəniyyət mərkəzləri, təhsil qurumları açdıraraq və olduqca mükəmməl kitabxanalar qurduraraq universitet tələbələrinin və ali məktəb gəncliyinin istifadəsinə təqdim etmişdir.
Malik bin Nəbi bir tərəfdən gəncliyin təhsil və tədrisi üçün çalışıb müxtəlif mərkəzlər açdırırkən, digər tərəfdən müharibə meydanındakı kimi istər məmləkətin daxilində, istərsə də xaricində ara vermədən konfranslar vermişdir. Əlcəzairdə vermiş olduğu ən mühüm konfranslardan bir neçəsi bunalrdır: "İdeologiya haqqında", "Mədəniyyətlər və mədəniyyətimiz", "Mədəniyyət nədir və nə deyildir?" (1963), ideoloji müharibə mövzusunda "Keçid mərhələ nə deməkdir?" (1970).
Malik bin Nəbi həmin vaxtlar tez-tez islam ölkələrindən dəvətlər alır və getdiyi hər yerdə qəzetlərin haqqında münaqişə etdikləri konfranslar verirdi. Liviya, Orta Şərq, ABŞ və Avropadakı müsəlman gənclik quruluşlarının dəvətlisi kimi universitet gənclərinə bu müasir zəmanədə müsəlmanların nə etmələrini açıq bir şəkildə izah etdi. Şamda vermiş olduğu son konfransından birinin adı belədir: "XX əsrin son rübündə müsəlmanın vəzifəsi".
Malik ibn Nəbi 31 oktyabr 1973-cü ildə 68 yaşında vəfat edib.