Mardin Muzeyi — Türkiyənin Mardin şəhərində yerləşən arxeologiya və etnoqrafiya muzeyi.[2]
Mardin Muzeyi | |
---|---|
Əsası qoyulub | 1895[1] |
Açılış tarixi | 2000[1] |
Ölkə | |
Yerləşir | Mardin |
37°18′50″ şm. e. 40°04′05″ ş. u. | |
Vikianbarda əlaqəli mediafayllar |
Mardin vilayətinin tarixi təsirini özündə ehtiva edən Mardin muzeyi böyük tarixi təsiri olan yerlərdən biridir. Mardində Qədim Tunc dövründən Böyük Səlcuqlu dövrünə qədər bir çox sivilizasiyalar hökm sürürdü. Bu səbəbdən onun tarixi infrastrukturu güclüdür. Mardin vilayətinin ərazisində müxtəlif sivilizasiyalara aid tarixi əsərlər var. Bu əsərlər Mardin Muzeyində sərgilənir.
Muzey binası 1895-ci ildə Antakya Suriya Katolik Kilsəsi tərəfindən tikilmişdir.[3]
XX-ci əsrdə bina təkcə dini qurum kimi deyil, həm də müxtəlif xidmətlər üçün istifadə edilmişdir.[4] 1995-ci ildə bina Mədəniyyət Nazirliyi tərəfindən alınmış və bərpadan sonra 2000-ci ildə bəzi əsərlər də Zinciriyə mədrəsəsindən[5] köçürüldükdən sonra "Mardin muzeyi" kimi istifadəyə verilmişdir.
Muzey bölgənin tarixi və mədəni zənginliyini əks etdirən arxeoloji və etnoqrafik kolleksiyalarına malikdir. Qədim Tunc dövründən Böyük Səlcuq İmperatorluğuna qədər bir çox sivilizasiyanın izlərinin qorunub saxlanıldığı tarixi abidədir.
Məryəm ana kilsəsi muzeyin şərq hissəsində yerləşir. Ətrafında Assuriya dövrünə aid evlər var.
Bina əhəndaşından tikilib, 3 mərtəbəlidir və ənənəvi Mardin ev memarlığının xüsusiyyətlərini daşıyır.[2] Binanın hər mərtəbəsi və bölməsi fərqli dizayn edilib. Birinci mərtəbədə qəbul otağı, konfrans zalı, sərgi zalı və istirahət otağı, ikinci mərtəbədə etnoqrafik zal və kitabxana yerləşir, üst mərtəbə inzibati otaqlar və arxeologiya şöbəsi üçün ayrılmışdır.[2]
Mardin Muzeyi tarixi dəyərləri qoruyan bir yerdir. O, təkcə muzey funksiyası ilə məşhur deyil. Eyni zamanda, hər il uşaqları əhatə edən hərtərəfli tədbirləri ilə təhsil aspektini ön plana çıxaran məkandır.
Bina tarixi olsa da, orada nümayiş etdirilən əsərlərin tarixi dəyəri muzeyin özündən daha əhəmiyyətlidir.
Muzeyin arxeoloji kolleksiyalarına Tunc dövrünə, Assuriya, Urartu, Ellinizm, Əhəmənilər, Roma, Bizans, Səlcuq, Artuklu və Osmanlı sülalələrinə aid lövhələr, möhürlər, qablar, heykəlciklər, metal bayraqlar, zərgərlik məmulatları, keramika, dulusçuluq məmulatları, rəngli şüşələr, yağ lampaları, qızıl, gümüş və mis sikkələr daxildir .
Etnoqrafiya bölməsində boyunbağılar, sırğalar, bilərziklər, xalçalar, alınlıqlar, baş örtükləri, eləcə də Mardin və ətraf bölgələrinə aid gümüş tikmə nümunələri, qədim geyim və qılınclar nümayiş etdirilir. Muzeydə həmçinin qəhvə dəstləri (mirra), hamam aksesuarları, təsbehlər, qızdırıcı alətlər və mis qablar sərgilənir.[6]
Mardin Muzeyi şəhərin mərkəzində Cümhuriyyət meydanında Atatürk heykəlinin yanında yerləşir.
Muzey bazar ertəsi ziyarətçilər üçün bağlıdır. Digər günlərdə qış və yay vaxtları fərqlənir. Yay mövsümündə saat 08.00 — 17.00-ə, qışda 09.00— 19.00-a qədər fəaliyyət göstərir.