Mariya Dolina

Mariya İvanovna Dolina (ukr. Марія Іванівна Доліна, rus. Мария Ивановна Долина; 18 dekabr 1922, Omsk vilayəti3 mart 2010, Kiyev) — qadınlardan ibarət 125-ci mühafizəçi borbardmançı aviasiya alayında pilot və eskadron komandirinin müavini olub. İkinci Dünya Müharibəsi illərində ilk növbədə 1-ci Baltik cəbhəsində fəallıq göstərmiş, 18 avqust 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Mariya Dolina
Şəxsi məlumatlar
Doğum tarixi 18 dekabr 1922(1922-12-18)
Doğum yeri
Vəfat tarixi 3 mart 2010(2010-03-03) (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Rusiya Hərbi Hava Qüvvələri
Rütbəsi mayor, kapitan
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "İgidliyə görə" medalı "Stalinqradın müdafiəsinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Köniqsberqin alınmasına görə" medalı
Kiyevin fəxri vətəndaşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sibirin Omsk vilayətinin Şarovka kəndində anadan olan Dolina Ukrayna kəndlilərinin böyük qızı idi. Onun doqquz bacısı var idi.[1][2] 1934-cü ildə Mariyanın atası Rusiya vətəndaş müharibəsində ayağını itirdikdən sonra ailə yenidən Ukraynaya köçmüşdü. Atasının vəziyyətinə görə Dolina bütün ailəni dolandırmalı olmuş, məktəbi tərk edərək fabrikdə işləməyə başlamışdır. Anasının müqavimətinə baxmayaraq, Mariya uçuş klubunda məşq edərək 1940-cı ildə Xerson Uçuş Məktəbini bitirmiş,[2] bundan sonra Engels adına Hərbi Uçuş Məktəbinə daxil olmuşdur. O, 22 iyun 1941-ci ildə Almaniyanın işğalından əvvəl DnepropetrovskNikolayevdə uçuş klublarında təlimatçı vəzifəsində çalışıb.[3]

Dolina hərbi xidmətinə 1941-ci ilin iyulunda başlayıb.[4] O, əvvəlcə Po-2 ilə uçmuş,[5] daha sonra isə 587-ci bombardmançı alayında Petlyakov Pe-2 bombardmançı təyyarəsinin ekipaj üzvü olmuşdur.[6] Dolina daha sonra müvafiq alayda eskadron komandirinin müavini olub.[3]

Mariya ümumilikdə düşmənin sursat anbarlarını, qalalarını, tanklarını, artilleriya batareyalarını, dəmir yolu və su nəqliyyatını bombalayan və Sovet quru qoşunlarına dəstək verən yetmiş iki missiya yerinə yetirmişdir.[3]

Müharibədən sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra Dolina Sovet Hərbi Hava Qüvvələrində bombardmançı aviasiya alayının eskadron komandirinin müavini kimi xidmətini davam etdirib. O, 1975-ci ilə qədər Şyaulyay (indiki Litva) şəhərində, daha sonra isə Riqada (indiki Latviya) yaşayıb və burada Latviya Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib.[7]

İkinci Dünya müharibəsinin başa çatmasının 50-ci ildönümündə Dolina Ukrayna prezidenti Leonid Kuçma tərəfindən mayor rütbəsinə yüksəlmiş, bir çox orta məktəb və pioner dəstələri onun adını daşımışdır.

Dolina 1983-cü ildən 3 mart 2010-cu ildə 87 yaşında ölənə qədər Kiyevdə yaşayıb və 2009-cu ildə Qələbə Günü şənliklərində iştirak edib.[8]

Mükafat və fəxri fərmanlar

[redaktə | mənbəni redaktə et]
  1. Sakaida, 2003
  2. 1 2 Noggle, 1994
  3. 1 2 3 Cottam, 1998
  4. Simonov, Chudinova, 2017. səh. 51
  5. Cottam, 1998. səh. 128
  6. Sakaida, 2003. səh. 9
  7. Noggle, 1994. səh. 122
  8. GUARDS MAJOR MARIYA DOLINA Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine by Henry Sakaida, soviet-awards.com (2002)
  9. 1 2 3 4 5 6 7 Simonov, Chudinova, 2017. səh. 54
  • Kazarinova, Militsa; Polyantseva, Agniya. В небе фронтовом. Сборник воспоминаний советских летчиц-участниц Великой Отечественной войны [In the sky of the frontline. Collection of memoirs of Soviet pilots participating in the Great Patriotic War] (rus). Moscow: Molodaya gvardiya. 1962. OCLC 749039156.
  • Cottam, Kazimiera. Women in War and Resistance: Selected Biographies of Soviet Women Soldiers. Newburyport, MA: Focus Publishing/R. Pullins Co. 1998. ISBN 1585101605. OCLC 228063546.
  • Noggle, Anne. A Dance With Death: Soviet Airwomen in World War II. College Station, TX: Texas A&M University Press. 1994. ISBN 0890966028. OCLC 474018127.
  • Sakaida, Henry. Heroines of the Soviet Union: 1941-45. Osprey Publishing. 2003. ISBN 978-1-84176-598-3.
  • * Simonov, Andrey; Chudinova, Svetlana. Женщины - Герои Советского Союза и России. Moscow: Russian Knights Foundation and Museum of Technology Vadim Zadorozhny. 2017. ISBN 9785990960701. OCLC 1019634607.