Marko Polo - venesiyalı səyyah Marko Polonun Monqol İmperiyasının, xüsusilə Yuan dövlətinin böyük hökmdarı olan Xubilay xanın sarayındakı ilk illəri haqqında çəkilmiş amerikan televiziya serialıdır. Şou 12 dekabr 2014-cü ildə Neftliksdə başlayıb [1] Seriyaların ssenarist və yaradıcısı Con Fuskodur və baş rolda Lorenzo Riçelmidir.[2] İstehsalçı şirkət Weinstein kompaniyasıdır. 2015-ci il yanvarın 7-də Neftliks serialı 10 seriyalıq ikinci sezon üçün uzatdı.[3]
Marko Polo | |
---|---|
ing. Marco Polo | |
Janr | dram filmi |
Rejissor |
|
Rollarda |
|
İstehsalçı ölkə | ABŞ |
Studiya | The Weinstein Company[d] |
Dil | ingilis dili |
İlk çıxış tarixi | 12 dekabr 2014-cü il |
Növü |
dram tarixi fantaziya |
Mövsüm sayı | 1 |
Seriya sayı | 10 |
Davametmə müddəti | 51-60 dəqiqə |
IMDb | ID2189461 |
netflix.com/wimovie/7030… |
Serialın çəkilməsi ilk olaraq Starzda başladı. Starz 2012-ci ilin yanvarından seriyaların çəkilməsinə başladı.[7] Çində serialın çəkilməsinə cəhd uğursuz alınanda proyekt Weinstein Komaniyasına geri verildi.[2] Neftliks 90 milyon dollar xərclə 10 seriyalıq sezon çəkdi.[8] Proyekt 2014-cü ilin yanvarında Neftliks kanalında rəsmi olaraq elan edildi. Yakim Roninq və Espen Sendberg icraçı prodüser kimi fəaliyyət göstərdilər və pilot seriyanın ("The Wayfarer") və ikinci seriyanın ("The Wolf and the Deer) rejissorluğunu etdilər.[9] Seriyalar İtaliyada, Qazaxıstanda və Malayziyadakı Pinewood Studiyasında çəkildi.[9]
Dublyor Cu Kun şounu döyüş xoreoqrafı Bret Çanla birlikdə işləməyi planlayırdı. Ancaq Bret Çan Malayziya Hava Yolları reys 370 qəza edərkən öldü.[10]
Xubilay xanın arvadı Kraliça Çabi rolu üçün hazırlaşarkən Coan Çen Cak Vezefordun Monqol Kraliçalarının Gizli Tarixi kitabını oxudu. Çünki o, performansının həmin dövrün mədəniyyətini əks etdirməsini istəyirdi.[11]
Seriyanın nömrəsi |
Sezonda seriyanın nömrəsi |
Adı | Rejissor | Ssenarist | Çıxış tarixi |
---|---|---|---|---|---|
1 | 1 | The Wayfarer | Joachim Rønning & Espen Sandberg | John Fusco | 12 dekabr 2014 |
2 | 2 | The Wolf and the Deer | Joachim Rønning & Espen Sandberg | John Fusco | 12 dekabr 2014 |
3 | 3 | Feast | Alik Sakharov | Michael Chernuchin | 12 dekabr 2014 |
4 | 4 | The Fourth Step | Alik Sakharov | Brett Conrad | 12 dekabr 2014 |
5 | 5 | Hashshashin | Daniel Minahan | Patrick Macmanus | 12 dekabr 2014 |
6 | 6 | White Moon | Daniel Minahan | Dave Erickson | 12 dekabr 2014 |
7 | 7 | The Scholar's Pen | David Petrarca | Michael Chernuchin | 12 dekabr 2014 |
8 | 8 | Rendering | John Maybury | Brett Conrad | 12 dekabr 2014 |
9 | 9 | Prisoners | David Petrarca | Patrick Macmanus | 12 dekabr 2014 |
10 | 10 | The Heavenly And Primal | John Maybury | John Fusco | 12 dekabr 2014 |
Rotten Tomatoesda şou 4.6/10 ortalama reytinqlə 26 şərhə əsaslanaraq 27% reytinq aldı.[12] Metacriticdə şou tənqidçilərdən 21 şərhdə 100 baldan 48 aldı.[13]