Şahzadə Marqaret Rouz (ing. Margaret Rose; 21 avqust 1930[1][2][…] – 9 fevral 2002[1][2][…]) — Kral VI Corc və ana kraliça Elizabet Bouz-Layonun kiçik qızı və kraliça II Elizabetin kiçik və yeganə bacısı idi.
Marqaret | |
---|---|
ing. Princess Margaret | |
Şəxsi məlumatlar | |
Doğum adı |
Princess Margaret Rose of York Y Dywysoges Margaret Rose of York |
Doğum tarixi | 21 avqust 1930[1][2][…] |
Vəfat tarixi | 9 fevral 2002[1][2][…] (71 yaşında) |
Vəfat səbəbi | insult |
Atası | VI Georq[3][4] |
Anası | Yelizaveta Bouz-Layon[3][4] |
Uşaqları | 2 |
|
|
Təltifləri | |
royal.uk/princess-margar… | |
Vikianbarda əlaqəli mediafayllar |
Şahzadə Marqaret 1930-cu ilin 21 avqustunda, saat 21:22-də anasının ata-baba yurdu olan[5] Şotlandiyanın Qlamis qəsrində anadan olub[6] və kral ailəsində məhəbbətlə Marqot kimi tanınıb.[7] Kilsə qeydiyyatında onun nömrəsinin on üç olmaması üçün doğumunun qeydiyyatı bir neçə gün gecikdirilib.[8] Marqaret 30 oktyabr 1930-cu ildə Bukinqem sarayının şəxsi kapellasında Kenterberi arxiyepiskopu Kosmo Lanq tərəfindən vəftiz olunmuşdur.[9]
Doğulduğu zaman Marqaret Britaniya taxtının dördüncü varisi idi. Onun atası olan York hersoqu (daha sonralar Kral VI Corc) Kral V Corc və Kraliça Mariyanın ikinci oğlu idi. Anası Elizabet Bouz-Layon əvvəlcə ikinci qızına Ann Marqaret adını vermək istəmiş, lakin Kral V Corc Ann adını deyil, alternativ ad olan Marqaret Rozu bəyənmişdir.[10]
Marqaret bacısı Elizabetlə birlikdə Şotland mürəbbiyə Merion Krouford tərəfindən təhsil almışdır. Marqaretin təhsilinə əsasən anası nəzarət edir və Randolf Çörçilin sözlərinə görə "heç vaxt öz qızlarını gözəl davranışlı gənc xanımlar kimi yetişdirmək məqsədi daşımırdı."[11]