Elizabet Bouz-Layon

Elizabet Bouz-Layon (ing. Lady Elisabeth Bowes-Lyon, 4 avqust 1900, London – 30 mart 2002, London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı, VI Georqun həyat yoldaşı və kraliça 1936–1952. Kraliça Elizabet (ing. Queen Elizabeth) kimi Hindistannın axırıncı imperatriçası (1936–1948), beş Qvineyanın lord-protektoru (1978–2002).

Elizabet Bouz-Layon
ing. Elisabeth Bowes-Lyon
11 dekabr 1936-cı ildən – 6 fevral 1952-ci ilədək
Şəxsi məlumatlar
Doğum adı The Honourable Elizabeth Angela Marguerite Bowes-Lyon
Doğum tarixi
Doğum yeri London
Vəfat tarixi (101 yaşında)
Vəfat yeri London
Vəfat səbəbi ağciyər iltihabı
Həyat yoldaşı VI Corc
Uşaqları qızları: II ElizabetMarqaret
Ailəsi Vindzorlar sülaləsi
Dini Xristian

İmzanın şəkli
royal.uk/queen-elizabeth…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Kraliça II Elizabetin anası. Həyat yoldaşının vəfatından sonra adaşı qızı ilə dəyişiklik olmasın deyə Böyük Britaniyada ona Ana Kraliça deyirdilər (ing. Queen Mother).

O, 100 ildən çox yaşamış ingilis kral ailəsinin iki üzvündən biridir. Digəri 1901–2004-cü illərdə yaşamış hersoginya Alisa Qloster (qızlıq soyadı Monteqyu) olmuşdur. O, həmçinin üç əsrdə (XIX, XXXXI əsrlər) yaşamış az sayda məşhur insanlardan biridir.

İkinci dünya müharibəsində kral və kraliça alman faşizminə müqavimətin simvollarına çevrilirlər. Kraliça ölkəni övladları ilə tərk etməyin əleyhinə çıxır və bu məsələ bir əfsanəyə çevrilir. Londonun bombardımanı zamanı onlardan biri kral Bukingem sarayına düşür, ancaq zərər yetirmir.

VI Corcun 1952-ci ildə vəfatından sonrakı həyatı[redaktə | mənbəni redaktə et]

Həyat yoldaşı VI Corcun 1952-ci ildə vəfatından sonra ana kraliça Şotlandiyaya, qəsrlərin birinə köçür. Cıdır yarışlarına maraq göstərir, bir neçə yürüş atı alır. Sonradan yenidən paytaxta qayıdaraq, ictimai fəaliyyətini davam etdirir.

Kral VI Corc, ABŞ-nin ictimai-siyasi xadimi Eleanor Ruzvelt və kraliça Elizabet, London, 23 oktyabr 1942-ci il

Son illərdə Britaniya kral ailəsində bir sıra uğursuzluqlar baş verir. Nəvələrinin ailəsində bir-birinin ardınca boşanma gedir. Şahzadə Diana avtomobil qəzasınada həlak olur.

Məhz bu dövrlərdə məhz ana kraliça ailənin mənəvi dayaq yerinə çevrilir, onun mövcudluğu ailənin bürövlüyünü qoruyub saxlayır. Onun ən sevimli nəvəsi vəliəhd Çarlz bir dəfə onun haqqında deyir: "O, həyatsevərliyin, yumorun, insansevərliyin, daxili sakitliyin, ən əsası incə zövqün maraqlı nümunəsidir…"

Onun ad günləri, xüsusilə də 2000-ci ildə 100 illik yubileyi milli bayram kimi qeyd edilirdi. O, həmişə diqqət mərkəzində olurdu, xeyriyyə tədbirlərində iştirak edirdi, vacib idman yarışlarına gedirdi.

Ana kraliça həmişə cəmiyyətdə populyar olubdur. Kral ailəsinin tənqidinə və monarxiyanın lüzumluluğuna dair diskussiyalara baxmayaraq ona daima böyük hörmət olubdur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Bradford, Sarah, The Reluctant King: The Life and Reign of George VI, New York: St Martin's, 1989
  • Forbes, Grania, My Darling Buffy: The Early Life of The Queen Mother, Headline Book Publishing, 1999, ISBN 9780747273875
  • Hogg, James, The Queen Mother Remembered, BBC Books, 2002, ISBN 0563362146
  • Howarth, Patrick, George VI, Century Hutchinson, 1987, ISBN 0091710006
  • Goldman, Lawrence (May 2006) "Elizabeth (1900–2002)", Oxford Dictionary of National Biography, Oxford University Press, doi:10.1093/ref:odnb/76927, retrieved 1 may 2009 (Subscription required)
  • Longford, Elizabeth, The Queen Mother, Weidenfeld & Nicolson, 1981
  • Roberts, Andrew, The House of Windsor, London: Cassell and Co., 2000, ISBN 0304354066
  • Shawcross, William, Queen Elizabeth The Queen Mother: The Official Biography, Macmillan, 2009, ISBN 9781405048590
  • Vickers, Hugo, Elizabeth: The Queen Mother, Arrow Books/Random House, 2006, ISBN 9780099476627

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbələr[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]