Marvel Kinematoqrafiya Kainatı: Üçüncü faza

Marvel Kinematoqrafiya Kainatının Üçüncü fazasıMarvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası.

Üçüncü faza
ing. Marvel Cinematic Universe Phase Three
Fazanın ilk filmi Kapitan Amerika: Vətəndaş müharibəsi
Fazanın ilk filmi Kapitan Amerika: Vətəndaş müharibəsi
Janr superqəhrəman filmi
Rejissorlar
Prodüserlər
Ssenari müəllifləri
  • Ceyms Qann[d]
  • Kristofer Markus[d]
  • Stefen Makfili[d]
  • Pol Radd[d]
  • Nikol Perlman[d]
İstehsalçılar
Distribütorlar
İlk baxış tarixi 2016
Büdcə

Ümumi (11 film):

$2,294–2,403 milyard
Gəlir

Ümumi (11 film):

$13,505 milyard
Ölkələr ABŞ ABŞ
Dil ingilis dili
İl 2016–19
Əvvəlki film Marvel Kinematoqrafiya Kainatı: İkinci faza
Sonrakı film Marvel Kinematoqrafiya Kainatı: Dördüncü faza
Rəng rəngli
Üçüncü faza[1][2]
Sıra Azərbaycanca adı Orijinal adı Rejissor(lar) Ssenarist(lər) Prodüser İlk baxış
13 Kapitan Amerika: Vətəndaş müharibəsi Captain America: Civil War Antoni Russo və Coe Russo Kristofer Markus və Stefen Makfili Kevin Fayqi ABŞ ABŞ

6 may 2016

14 Doktor Strenc Doctor Strange Skott Derrikson Skot Derrikson, Robert Karqill və Con Spaits ABŞ ABŞ

4 noyabr 2016

15 Qalaktika mühafizəçiləri 2 Guardians of the Galaxy Vol. 2 Cems Qunn ABŞ ABŞ

5 may 2017

16 Hörümçək-adam: Evə qayıdış Spider-Man: Homecoming Con Vatts Con Vatts, Conatan Qoldstein, Con Fransis Deley, Kristofer Ford, Kris Makkenna və Erik Sommers Kevin FayqiEmi Paskal ABŞ ABŞ

7 iyul 2017

17 Tor: Raqnarök Thor: Ragnarok Taika Vaititi Kristofer Yost, Kreiq Kayli və Stefani Folsom Kevin Fayqi ABŞ ABŞ

3 noyabr 2017

18 Qara pantera Black Panther Rian Kuqler Coe Robert Kole və Rian Kuqler ABŞ ABŞ

13 fevral 2018

19 Qisasçılar: Sonsuzluq savaşı Avengers: Infinity War Antoni Russo və Coe Russo Kristofer Markus və Stefen Makfili ABŞ ABŞ

27 aprel 2018

20 Qarışqa-adam və Eşşək arısı Ant-Man and the Wasp Peyton Rid Kris Makkenna, Erik Sommers, Andreu Berrer, Paul Rudd və Qabriel Ferrari ABŞ ABŞ

6 may 2018

21 Kapitan Marvel Captain Marvel Anna Boden və Rian Flek Meq Lifauvi, Nikole Perlmen və Ceneva Robertson ABŞ ABŞ

8 mart 2019

22 Qisasçılar: Final Avengers: Endgame Antoni Russo və Coe Russo Kristofer Markus və Stefen Makfili ABŞ ABŞ

26 aprel 2019

23 Hörümçək-adam: Evdən uzaqda Spider-Man: Far From Home Con Vatts Kris Makkenna və Erik Sommer Kevin FayqiEmi Paskal ABŞ ABŞ

2 iyul 2019

Kapitan Amerika: Vətəndaş müharibəsi (2016)

[redaktə | mənbəni redaktə et]

Sakoviada Altronun Qisasçılar tərəfindən məğlub edilməsindən təxminən bir il sonra Stiv Rocers, Nataşa Romanova, Sem Uilson və Vanda Maksimova Brok Rumovun labarotoriyadan bioloji silah oğurlamasının qarşısını almaq üçün Laqosda əməliyyat hazırlayırlar. Tutulan Rumlov özünü partladaraq Rocersi öldürmək istəyir. Amma düyməyə basmamış Maksimova telekinez bacarıqlarını istifadə edərək partlamanı başqa istiqamətə çevirir. Bununla da yaxınlıqda yerləşən binada yaşayan bir neçə Vakandalı insanı yanlışlıqla öldürür. Hadisə mətbuatda ciddi təsir göstərir. Həmin anda ABŞ Dövlət Departamentindən Taddeus Ross Qisasçılara BMT-nin hazırladığı Sakovia müqaviləsini təqdim edir. Toni Stark Altronun yaranmasında və Sakoviada səbəb olduğu dağınıtlarda iştirakına görə dövlət nəzarəti altında qalmağın tərəfindədir. Komandanın digər lideri[3][4] Stiv Rocers isə siyasətçilərdən daha çox şəxsi mühakiməsinə güvəndiyini bildirərək sövdələşməni rədd edir. Filmin əsas mövzusu 2006-cı ildə məhdud sayda nəşr edilən Vətəndaş müharibəsi komiksinə əsaslanır.[5]

2014-cü ilin yanvar ayında Antoni və Coe Russo üçüncü Kapitan Amerika filminə rejissorluq etmək üçün yenidən müqavilə imzaladılar. İlk iki filmdə olduğu kimi Kris Evans Kapitan Amerika roluna, Kevin Fayqi prodüserliyə, Kristofer MarkusStefen Makfili isə ssenari yazmağa davam etdilər. 2014-cü ilin oktyabr ayında filmin adının rəsmi olaraq Kapitan Amerika: Vətəndaş müharibəsi olduğu açıqlandı. Filmdə Robert Dauninin də Toni Stark / Dəmir adam olacağı bilindi. Üçüncü dönəmin ilk filmi olan Kapitan Amerika: Vətəndaş müharibəsinin çəkilişləri 2015-ci ilin aprel ayında Atlantada başladı və 2015-ci ilin avqust ayında bitdi. Filmin premyerası 12 aprel 2016-cı ildə Hollivudda baş tutdu. 27 apreldə dünya üzrə, 6 mayda isə ABŞ üzrə ilk baxışa çıxarıldı.

Filmdə 2017-ci ildə solo filmi çıxan Tom Holland (Piter Parker / Hörümçək-adam) və 2018-ci ildə solo filmi çıxan Çadvik Bosemen (Tiçalla / Qara pantera) kinematoqrafiya kainatında ilk dəfə təqdim edilmişdir. Uilliam Hart 2008-ci il istehsalı İnanılmaz Halkda canlandırdığı Tunderbolt Ross rolunu ABŞ Dövlər Departamentinin başçısı olaraq filmdə yenidən canlandırmışdır.[6] Russo qardaşları Qara panteranın Stiv Rocers və Baki Bernersə Vakandaya sığınmalarına icazə verdiyi "post-credits" səhnə üçün Vakandanın görünüşü və dizaynı mövzusunda Qara panteranın rejissoru Rian Kuqlerdən kömək aldığını açıqlamışdır.[7]

Doktor Strenc (2016)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Doktor Strenc (film, 2016)

Nyu-York şəhərində yaşayan uğurlu, varlı və təkəbbürlü neyrocərrah Stiven Vinsent Strenc avtomobil qəzası keçirir və əllərindəki sinirlər ciddi şəkildə zədələnir. Qəzanın nəticəsində cərrahlıq edə bilməyəcək vəziyyətə düşür. Strenc beldən aşağısının iflic olmasına baxmayaraq ayaqlarını inanılmaz şəkildə yenidən istifadə edə bilən Conatan Panqborn adlı xəstə haqqında məlumatlar öyrənir. Tibetdə yaşan və bütün yaraları sağalda bilən "Ancient One" adlı sehrbazın olması onun üçün yeni ümüd mənbəyi olur.[8]

2010-ci ilin iyun ayında Tomas Dean DonnelliYoşua Oppeneimer Doktor Strenc komiksinə aid film ssenarisi yazmaq üçün işə gətirildilər. Fayqi 2013-cü ilin yanvar ayında Doktor Strenc filminin Üçüncü dönəmin hissəsi olacağını təsdiqlədi. 2014-cü ilin iyun ayında rejissorluğa Skott Derrikson seçildi. 2014-cü ilin dekabr ayında Benedikt Kamberbetçin Strenc rolunu canlandıracağı, Con Speitsin isə ssnearist olacağı açıqlandı. 2015-ci ilin dekabr ayında Robert Karqillin filmdə ortaq ssenarist olduğunu açıqlandı. Aprel ayında isə Skott Derriksonun ssenaridə üçüncü şəxs olacağı açıqlandı. İlk çəkiliş mərhələsi 2014-cü ilin iyun ayında başladı. Əsas çəkilişlər isə 2015-ci ildə Nepalda başladı və çəkiliş 2016-cı ilin aprel ayında Nyu-Yorkda sona çatdı. Doktor Strencin premyerası 13 oktyabr 2016-cı ildə Honkonqda baş tutdu. Film 25 oktyabr 2016-cı ildə Birləşmiş Krallıqda, 4 noyabrda isə ABŞ-da ilk baxışa çıxarıldı.

Derrikson filmdəki hadisələrin "təxminən" bir il davam etdiyini və "MCU-nun qalan hissəsinə uyğun olaraq" bitdiyini açıqladı.[9] Həmçinin Doktor Strenc zamanı manipulyasiya edə bilən mistik əşya "Eye of Agamotto"-nu (Aqamottonun gözü) kinematoqrafiya kainatında ilk dəfə göstərdi və bu əşyanın Sonsuzluq daşlarının beşincisi olan Zaman daşı olduğu ortaya çıxdı. "Post-credits" səhnədə Tor: Raqnarökun mövzusu ilə əlaqəli olaraq Strenc və Torun uzun müddətdir itkin düşmüş Odin haqqında danışdıqları dialoq vardır. Səhnə Tor: Raqnarokun rejissoru Taika Vaititi tərəfindən çəkilmişdir.[10]

Qalaktika mühafizəçiləri 2 (2017)

[redaktə | mənbəni redaktə et]

Qalaktika mühafizəçiləri kainatda səyahət edərək qalaktikanı qorumaq adlı fərqli macəraya başlayırlar. Komanda Piter Quillin atası haqqında daha çox məlumat əldə etməsinə və yeni düşmənlərlə savaşmasına kömək edir.[11]

2014-cü ilin iyul ayında Qalaktika mühafizəçilərinin köməkçi ssenaristi Nikole Perlmenin Ceyms Qunnun davam filminə ssnaristlik və rejissorluq etmək üçün geri qayıdacağı açıqlandı.[12][13] Kris Prett Piter Quill / Star-Lord roluna komandanın digər üzvləri ilə birlikdə geri qayıtdı. Aktyor heyətinə Mantis rolu ilə Pom Klementieff və Eqo rolu ilə Kurt Russell də qatıldı. Filmin adının 2015-ci ilin iyun ayında Qalaktika mühafizəçiləri 2 olduğu açıqlandı.[14] Çəkilişlər 2016-cı ilin fevral ayında Atlantanın Pinevud ərazisində başladı və 2016-cı ilin iyun ayında başa çatdı. Filmin premyerası 10 aprel 2017-ci ildə Tokioda baş tutdu. Film 5 may 2017-ci ildə ABŞ-da ilk baxışa çıxarıldı.

Filmdəki hadisələr 2014-cü ildə gerçəkləşən Qalaktika mühafizəçilərindəki hadisələrdən iki-üç ay sonra baş verir.[15] "Post-credits" səhnədə Adam Varlok rolu kinematoqrafiya kainatında ilk dəfə göstərilmişdir.[16] Qunn Varlokun gələcəkdəki Qalaktika mühafizəçiləi filmlərində də görünəcəyini və Marvel Kinematoqrafiya Kainatının kosmik tərəfinin "olduqca vacib hissəsi" olacağını bildirdi.[17]

Hörümçək-adam: Evə qayıdış (2017)

[redaktə | mənbəni redaktə et]

Məktəbli Piter Bejamin Parker superqəhrəman olduğunu kəşf etməyə başlamışdır. 2016-cı ildə Qisasçılar komandası ilə yaşadığı təcrübədən sonra Toni Starkın nəzarətində xalası ilə yaşadığı məhəlləyə geri qayıdır. Normal yaşama geri qayıtmağa cəhd etsədə "məhəllənizin dost canlısı Hörümçək-adamı"ndan dah çoxu olduğunu Starka sübut etmək istəyir.[18]

9 fevral 2015-ci ildə Sony PicturesMarvel Studios Kevin FayqiEmi Paskalın ortaq prodüseri olduğu Hörümçək-adam filminin çıxarılacağını elan etdi. Həmçinin Sony Pictures-in filmin haqlarına sahib olmağa, filmi bazara çıxarmağa, distribütorliyinə və son idarəsini əlində saxlamağına davam edəcəyini açıqladı.[19] Fayqi 2015-ci ilin aprel ayında başrolun Piter Parker olacağını təsdiqlədi və Marvelin ən az 2014-cü ilin oktyabr ayından bəri (Üçüncü dönəmin filmlərinin siyahısını açıqladıqları vaxt) MCU-ya Hörümçək-adamı əlavə etmək üçün çalışdıqlarını açıqladı. Fayqi həmçinin "Hörümçək-adam Üçüncü dönəm planlarımızda həmişə var idi. Müqavilə müsbət və ya mənfi şəkildə gedə bilərdi. Bu səbəblə rəsmi müqavilə imzalanana qədər heç bir şey açıqlamadıq." açıqlamasını etmişdir.[20] 2015-ci ilin iyun ayında Tom Holland Hörümçək-adam roluna, Con Uatts isə rejissorluğa gətirildi.[21] Sonrakı ay Con Fransis DaleyYonathan Qoldsteinin ssenari üçün işə gətirildikləri açıqlandı.[22] Ssneari üçün Uatts, Kristofer Ford, Kris MakkennaErik Sommers də əlavə işlərdə iştirak etdilər. 2016-cı ilin aprel ayında filmin adının Hörümçək-adam: Evə qayıdış olduğu açıqlandı.[23] Çəkilişlər 2016-cı ilin iyun ayında Atlantanın Pinevud ərazisində başladı və 2016-cı ilin oktyabr ayında başa çatdı. Hörümçək-adam: Evə qayıdışın premyerası 28 iyun 2017-ci ildə Hollivudda baş tutdu. Film Birləşmiş Krallıqda 5 iyulda, ABŞ-da isə 7 iyulda ilk baxışa çıxarıldı.

Fayqi 2016-cı ilin aprel ayında əvvəlki MCU filmlərindəki personajların bu filmdə görünəcəyini açıqladı. Qısa müddət sonra Robert Dauninin Toni Stark / Dəmir adam rolu ilə filmin heyətinə qatıldığı açıqlandı.[24] Con Favreau Heppi Hoqan, Qvinet Peltrou Pipper Potts və Kris Evans Stiv Rocers / Kapitan Amerika rollarını yenidən canlandırdılar.[25][26][27]

Tor: Raqnarök (2017)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Tor: Raqnarök (film, 2017)

Mjollnir olmadan başqa planetdə əsir qalan Tor bacısı Helanı və yaxınaşan Raqnaröku dayandırmaq üçün Asqarda vaxtında qayıtmağa çalışır.[28]

Marvel 2014-cü ilin yanvar ayında yeni Tor filmini istehsal etdiyini və film üçün Kreiq Kayli və Kristofer Yostu ssnarisliyə işə gətirdiyini açıqladı.[29] 2014-cü ilin oktyabr ayında filmin adının Tor: Raqnarok olduğu dəqiqləşdi. 2015-ci ilin oktyabr ayında Tayki Vaytiti Tor:Raqnarokun rejissorluğu üçün müqavilə imzaladı. Hemsvort, Hiddlston, ElbaHopkins Tor, Loki, Heimdall və Odin rollarını yenidən canlandırdılar. Əlavə olaraq Keyt Blanşett Hela rolu ilə heyətə qatıldı. İngilis rok qrupu Led Zeppelinin Skandinav mifalogiyası mövzusu haqqında olan "Immigrant Song" adlı mahnısı filmdə istifadə edildi.[30] Çəkilişlər 2016-cı ilin iyul ayında Avstraliyanın Village Roadshow studialarında başladı və 2016-cı ilin sonunda başa çatdı. Tor: Raqnarokun premyerası 10 oktyabr 2017-ci ildə Los-Anecelesdə baş tutdu. Film dünya üzrə 24 oktyabr 2017-ci ildə Birləşmiş-Krallıqda, ardınca 3 noyabr 2017-ci ildə ABŞ-da ilk baxışa çıxarıldı.

Filmdəki hadisələr 2013-cü ildə çəkilən Tor: Qaranlıq dünyada gerçəkləşən hadisələrdən dörd il sonra, Qisasçılar: Altron dövründəki hadisələrdən isə iki il sonra, Kapitan Amerika: Vətəndaş müharibəsiHörümçək-adam: Evə qayıdış filmləri ilə təxmini olaraq eyni anda gerçəkləşir.[31] Mark RuffaloBenedikt Kamberbetç Brus Benner / Halk və Stefen Strenc / Doktro Strenc rollarını təkrar canlandırdılar.[10] "Post-credits" səhnədə Qisasçılar: Sonsuzluq savaşı filmi ilə əlaqəli olan Tanosun kosmik gəmisi "Sanctuary II" kinematoqrafiya kainatında ilk dəfə görünmüşdür.[32][33]

Qara pantera (2018)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qara pantera (film, 2018)
Qara panteranın rejissoru Rian Kuqler

Atasının ölümündən sonra Vakanda kralı olan Tiçalla haqqı olan taxta sahib çıxmaq üçün təcrid olunmuş şəkildə yaşayan və texnologiya cəhətdən irəlidə olan xalqına krallıq etmək üçün geri qayıdır. Tiçallanın əsl kral olub, olmadığı Vakandanın və bütün dünyanın taleyini təhlükə qarşısında qoyan böyük müharibəyə girəndə bilinəcək. Xəyanət və təhlükələr ilə qarşı-qarşıya qalan kral düşmənləri məğlub etmək və xalqının təhlükəsizliyini təmin etmək üçün müttəfiqləri ilə birlikdə bütün gücünü istifadə etməyə qərar veirir.[34]

Sənədli film prodüseri olan Mark Bailey ilk əvvəl 2011-ci ilin yanvarında Qara pantera rolu üzrə ssenari yazmaq üçün işə gətirildi. 2014-cü ilin oktyabr ayında film rəsmi olaraq açıqlandı və Çadvik Bosemenın Tiçalla / Qara pantera rolunu canlandıracağı elan olundu. 2016-cı ilin yanvarında Rian Kuqlerin rejissor olacağı, bir ay sonra isə Coe Robert Kolenin ssenarist olacağı Marvel tərəfindən açıqlandı. Fayqi 2016-cı ilin aprelində rejissor Kuqlerin filmin ssenarisində iştirak etdiyini bildirdi. Çəkilişlər 2017-ci ilin yanvarında Atlantada yerləşən Screen Gems studiolarında başladı və 2017-ci ilin aprelində başa çatdı. Qara panteranın premyerası 29 oktyabr 2018-ci ildə Los-Ancelesdə baş tutdu. Film 16 fevral 2018-ci ildə ABŞ-da ilk baxışa çıxarıldı.

Filmdəki hadisələr Kapitan Amerika: Vətəndaş müharibəsində gerçəkləşən hadisələrdən bir həftə sonra baş verir.[35] Florense Kasumba, Endi Serkis, Martin FrimenCon Kani əvvəlki MCU filmlərində canlandırdıqları Eyo, Ulisses Klaue, Everett Ross və Tiçaka rollarını yenidən canlandırdılar.[36] "Post-credits" səhnədə Sebastian Stenin canlandırdığı Baki Berners rolu ilə Şurinin arasında olan dialoq vardır.[37]

Qisasçılar: Sonsuzluq savaşı (2018)

[redaktə | mənbəni redaktə et]

Qisasçılar Tanosun bütün Sonsuzluq daşarını toplamağının qarşısını almaq üçün Qalaktika mühafizəçiləri ilə güclərini birləşdirir.[38]

Film 2014-cü ilin oktyabr ayında Qisasçılar: Sonsuzluq savaşı - hissə 1 olaraq elan edildi.[39] Marvel 2015-ci ilin aprel ayında Anotni və Coe Russonun filmin rejissoru olacağını, may ayında isə Kristofer MarkusStefen Makfilinin ssenarini yazacağını açıqladı.[40][41] Marvel 2016-cı ilin iyulunda filmin adının sadəcə Qisasçılar: Sonsuzluq savaşı olaraq qısaldıldığını açıqladı.[42] Coş Brolin Tanos rolunu yenidən canlandırdı.[43][44] Digər MCU filmlərdə yer alan aktyorlar da həmin rollarını yenidən canlandırdılar. Çəkilişlər 2017-ci ilin yanvarında Atlantada başladı[45][46] və 2017-ci ilin iyuluna qədər davam etdi.[47] Əlavə çəkilişlər Şotlandiyada aparıldı.[48] Qisasçılar: Sonsuzluq savaşının premyerası 23 aprel 2018-ci ildə Los-Ancelesdə baş tutdu.[49] Film 27 aprel 2018-ci ildə dünya üzrə bazara çıxarıldı.[50]

Filmdəki hadisələr Kapitan Amerika: Vətəndaş müharibəsindəki hadisələrdən iki il sonra baş verir.[51] "Post-credits" səhnədə Nik Furinin Kapitan Marvel nişanı olan cihaza təhlükə siqnalı göndərməsi göstərilir.[52]

Qarışqa-adam və Eşşək arısı (2018)

[redaktə | mənbəni redaktə et]

Skott Lenq ata vəzifəsi ilə Qarışqa-adam arasındakı tarazlığı saxlamağa çalışır. Bu vaxtda da Hopi van Dayni və Dr. Henk Pim Skotta yeni tapşırıq təqdim edirlər.[53]

Qarışqa-adam və Eşşək arısı ilk dəfə 2015-ci ilin oktyabrında elan edildi. Peyton Ridin 2015-ci ilin noyabrında etdiyi açıqlama ilə ilk filmdə olduğu kimi bu filmdə də rejissor olacağı və Paul RuddEvancelin Lillinin Skott Lenq / Qarışqa-adam və Hopi van Dayni / Eşşək arısı rollarını yenidən canlandıracaqları təsdiqləndi. 2015-ci ilin dekabrında Andreu Berrer, Qabriel Ferrari və Ruddun filmin ssenarisində yer alacaqları açıqlandı. 2017-ci ilin avqustunda Kris MakkennaErik Sommersin də ssenariyə töhfə verdikləri ortaya çıxdı. 2017-ci ilin fevralında Mişel Douqlasın Henk Pim rolunu yenidən canlandıracağı açıqlandı. 2017-ci ilin iyul ayında Mişelle Pfeifferin də Ceynt van Dayni rolu ilə heyətə qatılacağı açıqlandı. Çəkilişlər 2017-ci ilin avqustunda Atlantada başladı. Əlavə çəkilişlər San-Fransiskoda aparıldı və 2017-ci ilin noyabrında başa çatdı. Stefen Broussard filmin prodüserliyini öz üzərinə götürdü. Qarışqa-adam və Eşşək arısının premyerası 2018-ci il 25 iyunda Hollivudda baş tutdu. Film 6 iyul 2018-ci ildə ABŞ-da bazara çıxarıldı.

Filmdəki hadisələr Kapitan Amerika: Vətəndaş müharibəsindən iki il sonra və Qisasçılar: Sonsuzluq savaşı ilə təxminən eyni vaxtda baş verir.[54][55] "Post-credits" səhnədə Hopi van Dayni, Henk Pim və Ceynt van Dayninin Sonsuzluq savaşında gerçəkləşən hadisələrin nəticəsində parçalanıb toz olmaları yer alır.[56]

Kapitan Marvel (2019)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Kapitan Marvel (film, 2019)

Dünya iki yad planetin arasındakı qalaktikalararası münaqişənin mərkəzində qaldıqdan sonra Kerol Denvers qalaktikanın ən güclü qəhrəmanlarından biri olan Kapitan Marvelə çevrilir.[57]

2013-cü ilin mayında The Hollywood Reporter Marvelin Xanım Marvel ssenarisi hazırladığını elan etdi.[58] 2014-cü ilin oktyabrında Marvel filmin adının Kapitan Marvel olacağını və başrol personajın Kerol Denver olacağını açıqladı.[39] 2015-ci ilin aprelində Nikole PerlmenMeq Lifauvinin ssenarist olduqları açıqlandı.[59] 2016 San Diego Comic-Conda Bri Larsonun Kerol Denvers rolunu canlandıracağı təsdqiləndi.[60] Samuel Cekson, Dcimon Hounsou, Li PasiKlark Qreqq müvafiq olaraq Nik Furi, Korat, Ronen the Accuser və Fil Koulson rollarını yenidən canlandırdılar.[61][62] Filmdə həmçinin Stiv Rocers rolunda Kris Evans, Nataşa Romanova rolunda Skarlet Yohansson, Ceyms Rouds rolunda Don Çidl və Brus Benner rolunda Mark Ruffalo yer alır. 2017-ci ilin aprelində Anna BodenRian Flek rejissor olaraq işə gətirildi.[63] İlkin mərhələ çəkilişlər 2018-ci ilin yanvarında,[64][65] əsas çəkilişlər isə martda Los-Ancelesdə başladı[66] və iyulda başa çatdı.[67] Film 8 mart 2019-cu ildə ilk baxışa çıxarıldı.[68]

Filmdəki hadisələr 1995-ci ildə baş verir.[69] "Post-credits" səhnədə filmin üçüncü pərdəsində Qusinin Furinin masasındakı Tesseraktı udduqdan sonra onu requrgitasiya etdiyi göstərilir.[70]

Qisasçılar: Final (2019)

[redaktə | mənbəni redaktə et]

Qisasçılar: Sonsuzluq savaşı filmində Tanosun etdiyi hərəkət nəticəsində kainatdakı həyatın yarısı məhv olduqdan sonra, qalan Qisasçılar və onların müttəfiqləri son bir mövqedə insanları geri qaytarmaq üçün yenidən toplaşmalıdırlar.[71]

Filmin adı 2014-cü ilin oktyabrında Qisasçılar: Sonsuzluq savaşı - bölüm 2 olaraq elan edildi.[39] 2015-ci ilin aprelində Antoni və Coe Russonun rejissor olacağı və mayda Kristofer MarkusStefen Makfilinin ssenarini yazacağı açıqlandı.[40][40] Marvel 2016-cı ilin iyulunda filmin adının dəyişəcəyini açıqladı[42] və filmin adı 2018-ci ilin dekabrında Qisasçılar: Final olaraq dəyişdi.[72] Coş Brolin Tanos rolunu yenidən canlandırdı.[43][44] Digər MCU filmlərdə yer alan aktyorlar da həmin rollarını yenidən canlandırdılar. Çəkilişlər 2017-ci ilin avqustunda Atlantada başladı[73] və 2018-ci ilin yanvarında başa çatdı.[74] Film 26 aprel 2019-cu ildə ilk baxışa çıxarıldı.[72]

Filmdəki hadisələr Sonsuzluq savaşında gerçəkləşən hadisələrdən üç həftə sonra, 5 il irəli getmədən əvvəl başlayır.[75] "Post-credits" səhnə yoxdur.[76] Amma filmdə ilk MCU filminə geri qayıdış olaraq jenerikin sonunda döyülən Dəmir adam kostyumunun səsi və Hörümçək-adam: Evdən uzaqda üçün tizer fraqmanı vardır.[77] Filmdə Robert Dauni və Kris Evans rollarını sonuncu dəfə canlandırmışdılar.[78][79]

Hörümçək-adam: Evdən uzaqda (2019)

[redaktə | mənbəni redaktə et]
Hörümçək-adam: Evdən uzaqda filminin rejissoru Con Vatts

Piter Parker dostları ilə birlikdə Avropaya məktəb səyahətinə çıxır. Xaricidə olarkən, Elementallerlə savaşmaq üçün Qvintin Bek ilə komanda qurmağı üçün Nik Furi tərəfindən işə gətirilir.[80][81]

Sony Pictures 2016-cı ilin dekabrında Hörümçək-adam: Evə qayıdışın davam filmini planladı.[82] Bir il sonra Vattsın filmə rejissorluq etmək üçün geri qayıdacağı təsdiqləndi.[83] İlk filmin ssenaristlərindən olan Kris MakkennaErik Sommers ssenarini yazmaq üçün geri qayıtdılar.[84] Holland 2018-ci ilin iyun ayının sonlarında filmin adını Hörümçək-adam: Evdən uzaqda olaraq açıqladı.[85] Çəkilişlər 2018-ci ilin iyulunda İngiltərədə başladı[86]Çexiya, Venesiya[87]Nyu-York şəhərində[88] davam etdi. Çəkilişlər 2018-ci ilin oktyabrında bitdi.[89] Hörümçək-adam: Evdən uzaqdanın qala gecəsi 26 iyun 2019-cu ildə Hollivudda baş tutdu.[90] Film 2 iyul 2019-cu ildə ABŞ-da ilk baxışa çıxarıldı.[91]

Filmdəki hadisələr Qisasçılar: Finaldan səkkiz ay sonra baş verir.[92] Cekson və Kobie Smulders əvvəlki MCU filmlərindəki kimi müvafiq olaraq Nik Furi və Maria Hill rollarını yenidən canlandırırlar.[93] "Post-credits" səhnədə Talos rolunda Ben Mendelson və Soren rolunda Şaron Blinn Kapitan Marvel filmindəki rollarını təkrar canlandırdılar.[94]

  1. Sitat səhvi: Yanlış <ref> teqi; :27 adlı istinad üçün mətn göstərilməyib
  2. "'Spider-Man: Far from Home' Will End Phase 3 of Marvel Cinematic Universe, Not Begin Phase 4, Says Marvel's Kevin Feige". web.archive.org. 20 apr 2019. Archived from the original on 20 April 2019. İstifadə tarixi: 15 July 2022.
  3. "15 Avengers Leaders, Ranked From Worst To Best". CBR. 12 sen 2017. 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  4. "Get Ready to Assemble: Marvel's Top 10 Leaders". Marvel Entertainment. 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  5. "Captain America: Civil War (2016) | Cast, & Characters | Marvel". web.archive.org. 17 iyl 2018. Archived from the original on 2018-07-17. İstifadə tarixi: 2022-07-15.
  6. Fowler, Matt. "William Hurt Teases a "Much Different" General Ross for Captain America: Civil War". IGN. 24 iyn 2015. 2015-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  7. "Captain America: Civil War: Black Panther Credit Sequence". web.archive.org. 11 may 2016. Archived from the original on 11 May 2016. İstifadə tarixi: 15 July 2022.
  8. "Doctor Strange (2016) | Cast, Villains, Release Date | Marvel". web.archive.org. 17 iyl 2018. Archived from the original on 2018-07-17. İstifadə tarixi: 2022-07-15.
  9. "Doctor Strange: 12 revelations from director Scott Derrickson". Empire. 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  10. 1 2 November 05, Anthony Breznican Updated; EDT, 2016 at 12:00 PM. "'Doctor Strange' Spoilers: Secrets and Easter Eggs from the New Marvel Movie". EW.com. 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  11. "Guardians of the Galaxy Vol. 2". 5 may 2017. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022 – IMDb vasitəsilə.
  12. Graser, Marc; Graser, Marc. "James Gunn to Write, Direct 'Guardians of the Galaxy' Sequel". 25 iyl 2014. 2014-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  13. "James Gunn Will Write, Direct 'Guardians of the Galaxy' Sequel (Video)". 25 iyl 2014. 2014-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  14. Khatchatourian, Maane; Khatchatourian, Maane. "'Guardians of the Galaxy' Sequel Gets Title". 29 iyn 2015. 2015-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  15. "Where does Guardians of the Galaxy Vol. 2 fit into the MCU timeline?". 4 may 2017. 30 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  16. "Guardians Of The Galaxy Vol. 2 Post-Credits Scenes Explained". web.archive.org. 17 iyl 2020. Archived from the original on 2020-07-17. İstifadə tarixi: 2022-07-15.
  17. Sciretta, Peter. "Exclusive: Adam Warlock Was Originally A Major Character In 'Guardians Vol. 2'; Will Be In 'Guardians 3'". SlashFilm.com. 20 apr 2017. 21 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  18. "Spider-Man: Homecoming (2018) | Cast, & Release Date | Marvel". web.archive.org. 17 iyl 2018. Archived from the original on 2018-07-17. İstifadə tarixi: 2022-07-15.
  19. "Sony and Marvel's Spider-Man deal may create one universe, but two worlds - The Verge". web.archive.org. 20 iyn 2017. Archived from the original on 2017-06-20. İstifadə tarixi: 2022-07-15.
  20. "Exclusive: Marvel's Spider-Man Reboot is NOT an Origin Story". web.archive.org. 16 apr 2015. Archived from the original on 23 April 2015. İstifadə tarixi: 15 July 2022.
  21. "'Spider-Man: Homecoming' Director Jon Watts on Vulture and Sequels | Variety". web.archive.org. 3 apr 2017. Archived from the original on 3 April 2017. İstifadə tarixi: 15 July 2022.
  22. "Back To Walley World: The Griswolds Go On 'Vacation' Again". 2015-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  23. "Marvel and Sony's Spider-Man Reboot is Officially Spider-Man: Homecoming". web.archive.org. 17 okt 2020. Archived from the original on 2020-10-17. İstifadə tarixi: 2022-07-15.
  24. Kit, Borys; Kit, Borys. "Robert Downey Jr. Joins 'Spider-Man: Homecoming'". 21 apr 2016. 3 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  25. "New "Spider-Man: Homecoming" trailer teases Iron Man, Captain America". www.cbsnews.com. 2017-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  26. Kroll, Justin; Kroll, Justin. "Jon Favreau to Reprise 'Iron Man' Role in 'Spider-Man: Homecoming' (EXCLUSIVE)". 1 sen 2016. 2016-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  27. Acuna, Kirsten. "'Spider-Man: Homecoming' features the return of a character we never thought we'd see again — and it's all the better for it". Insider. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  28. "Thor: Ragnarok (2017) | Cast, Release Date, Characters | Marvel". web.archive.org. 17 iyl 2018. Archived from the original on 2018-07-17. İstifadə tarixi: 2022-07-15.
  29. "Marvel Hires One of Its Own Executives to Co-Write 'Thor 3'". 29 yan 2014. 2014-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  30. "How 'Thor: Ragnarok' for Marvel got the rights to a Led Zeppelin song - Business Insider". web.archive.org. 6 noy 2017. Archived from the original on 2017-11-06. İstifadə tarixi: 2022-07-15.
  31. D'Alessandro, Anthony; D'Alessandro, Anthony. "'Thor: Ragnarok' Trailer Stomps Into Hall H With Battling Superheroes – Comic-Con". 23 iyl 2017. 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  32. "'Thor: Ragnarok': How That Mid-Credits Scene Sets Up 'Avengers: Infinity War'". web.archive.org. 22 fev 2018. Archived from the original on 2018-02-22. İstifadə tarixi: 2022-07-15.
  33. "Sanctuary II | Marvel Cinematic Universe Wiki | FANDOM powered by Wikia". web.archive.org. 16 apr 2019. Archived from the original on 16 April 2019. İstifadə tarixi: 15 July 2022.
  34. "Black Panther (2018) | Cast, Release Date, Characters | Marvel". web.archive.org. 17 iyl 2018. Archived from the original on 2018-07-17. İstifadə tarixi: 2022-07-15.
  35. "Black Panther: Marvel confirms Andy Serkis, releases plot summary". web.archive.org. 28 yan 2017. Archived from the original on 2017-01-28. İstifadə tarixi: 2022-07-15.
  36. "'Black Panther': Forest Whitaker Joins Chadwick Boseman | Variety". web.archive.org. 8 okt 2016. Archived from the original on 2016-10-08. İstifadə tarixi: 2022-07-15.
  37. "What the Black Panther End Credit Scenes Mean for the MCU | Time". web.archive.org. 17 fev 2018. Archived from the original on 2018-02-17. İstifadə tarixi: 2022-07-15.
  38. February 10, Anthony Breznican; EST, 2017 at 09:31 PM. "The Guardians of the Galaxy (and Spider-Man) Will Meet the Avengers in 'Infinity War'". EW.com. 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  39. 1 2 3 "avengers | GamesRadar+". gamesradar. 2014-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  40. 1 2 3 "Arxivlənmiş surət". 2015-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  41. "Arxivlənmiş surət". 2015-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  42. 1 2 "Marvel Surprise: 'Avengers: Infinity War' Won't Be Split Into 2 Movies". 29 iyl 2016. 2016-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  43. 1 2 "Josh Brolin Joins Marvel's 'Avengers' Sequels as Villain Thanos". 30 may 2014. 2 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  44. 1 2 "'Avengers: Infinity War' Announced For 2018-19 in Two Parts". ScreenRant. 28 okt 2014. 2014-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  45. "Doctor Strange IMAX Preview Teases a Marvel Multiverse". ComingSoon.net. 11 okt 2016. 2016-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  46. "Avengers: Infinity War And Sequel Set To Begin Filming Monday". Marvel. 2017-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  47. July 14, Nick Romano; EDT, 2017 at 03:48 PM. "'Avengers: Infinity War' Has Wrapped Filming". EW.com. 2017-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  48. Donohoe, Graeme. "Marvel gets ready to shoot blockbuster in Glasgow and Edinburgh". Daily Record. 8 yan 2017. 2017-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  49. "Robert Downey Jr. Offering Chance To Attend 'Avengers: Infinity War' World Premiere". Marvel. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  50. March 01, Anthony Breznican; EST, 2018 at 03:39 PM. "'Avengers: Infinity War' release date moves up a week". EW.com. 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  51. "Avengers: Infinity War: Russo Brothers on Action, Tone, Influences". Collider. 15 mar 2018. 15 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  52. April 27, Chancellor Agard; EDT, 2018 at 08:00 AM. "'Avengers: Infinity War': Here's what the post-credits scene means". EW.com. 2018-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  53. "Ant-Man And The Wasp | Trailer & Official Movie Site". 2015-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15 – www.marvel.com vasitəsilə.
  54. "PSA: 'Ant-Man and the Wasp' Takes Place Before 'Avengers: Infinity War'". web.archive.org. 29 apr 2018. Archived from the original on 29 April 2018. İstifadə tarixi: 15 July 2022.
  55. "Ant-Man and the Wasp Set Visit: Everything We Learned About Marvel's Upcoming Sequel". web.archive.org. 19 iyn 2018. Archived from the original on 2018-06-19. İstifadə tarixi: 2022-07-15.
  56. "Ant-Man and the Wasp's post-credits scenes, explained - Vox". web.archive.org. 6 iyl 2018. Archived from the original on 2018-07-06. İstifadə tarixi: 2022-07-15.
  57. "Production Underway on Marvel Studios' 'Captain Marvel'". Marvel Entertainment. 2018-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  58. Bond, Borys Kit,Paul; Kit, Borys; Bond, Paul. "Marvel Cliffhanger: Robert Downey Jr.'s $50 Million Sequel Showdown". 7 may 2013. 17 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  59. "Nicole Perlman & Meg LeFauve to Write Marvel's 'Captain Marvel' | News | Marvel.com". web.archive.org. 21 apr 2015. Archived from the original on 1 April 2016. İstifadə tarixi: 15 July 2022.
  60. "Arxivlənmiş surət". 2016-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  61. July 07, Anthony Breznican; EDT, 2017 at 01:54 PM. "Samuel L. Jackson Will Bring Nick Fury to 'Captain Marvel'". EW.com. 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  62. Couch, Aaron; Couch, Aaron. "'Captain Marvel' Rounds Out Cast With Familiar Marvel Names". 26 mar 2018. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  63. Kroll, Justin; Kroll, Justin. "'Captain Marvel' Finds Directors in Anna Boden, Ryan Fleck (EXCLUSIVE)". 19 apr 2017. 16 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  64. "Captain Marvel Set Photos Reveal Brie Larson in Costume". Collider. 25 yan 2018. 2018-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  65. Buchanan, Kyle. "Kevin Feige on the Future of Marvel's Female Characters". Vulture. 16 fev 2018. 2018-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  66. "Captain Marvel Set Video Confirms Start of Production". CBR. 20 mar 2018. 7 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  67. "Captain Marvel Wraps Principal Photography". CBR. 7 iyl 2018. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  68. "Marvel Studios Phase 3 Update | News | Marvel.com". web.archive.org. 10 okt 2015. Archived from the original on 2016-07-08. İstifadə tarixi: 2022-07-15.
  69. "記憶を失ったミステリアスな女性ヒーロー<キャプテン・マーベル>登場‼『キャプテン・マーベル』日本版予告解禁‼|キャプテンマーベル|マーベル公式". web.archive.org. 9 noy 2018. Archived from the original on 2018-11-09. İstifadə tarixi: 2022-07-15.
  70. March 08, Devan Coggan; EST, 2019 at 02:52 PM. "Those 'Captain Marvel' post-credits scenes, explained". EW.com. 2019-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  71. "Disney and Marvel Studios Reveal Official 'Avengers: Endgame' Synopsis". Marvel. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  72. 1 2 Truitt, Brian. "It's finally here! Watch the first trailer for Marvel's newly titled 'Avengers: Endgame'". USA TODAY. 2018-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  73. "Avengers 4 Filming Has Begun!". ComingSoon.net. 10 avq 2017. 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  74. "Avengers 4 Wraps Filming; Russo Brothers Go to Post-Production". Collider. 11 yan 2018. 2019-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  75. "Avengers: Endgame Creates Marvel's Biggest Timeline Problem Yet (Seriously)". ScreenRant. 27 apr 2019. 27 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  76. "Does 'Avengers: Endgame' Have a Post-Credits Scene?". Time. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  77. Alexander, Julia. "Avengers: Endgame is adding a post-credits scene". The Verge. 10 may 2019. 10 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  78. "The Russo Brothers Reveal Tony Stark's Future in the MCU". CBR. 12 may 2019. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  79. Patches, Matt. "Avengers: Endgame writers on bringing Captain America to this moment". 24 apr 2019. 14 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  80. Aliaga, Victor. "Spider-Man: Far From Home Trailer Description". IGN. 8 dek 2018. 2018-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  81. Boucher, Geoff; Boucher, Geoff. "'Spider-Man: Far From Home' Trailer: NYC's Hometown Hero Takes On Europe". 15 yan 2019. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  82. D'Alessandro, Anthony; D'Alessandro, Anthony. "'Spider-Man: Homecoming 2' Shoots Web Around Independence Day 2019; 'Bad Boys 4' Moves To Memorial Day". 10 dek 2016. 2016-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  83. "Kevin Feige Confirms Jon Watts as Spider-Man: Homecoming 2 Director". ScreenRant. 9 dek 2017. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  84. Vlessing, Borys Kit,Etan; Kit, Borys; Vlessing, Etan. "Jake Gyllenhaal in Talks to Star in 'Spider-Man: Homecoming' Sequel". 21 may 2018. 16 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  85. Patches, Matt. "Tom Holland just revealed the full title of Spider-Man 2". 23 iyn 2018. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  86. "First Spider-Man: Far From Home Set Photos Surface". CBR. 2 iyl 2018. 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  87. read, Gina Carbone-3 min. "'Spider-Man: Far From Home' Is Now Filming in Venice". www.moviefone.com. 2018-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  88. "Tom Holland Wraps Spider-Man: Far from Home Venice Shoot with New Set Video". MovieWeb. 3 okt 2018. 2018-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  89. "Spider-Man: Tom Holland Announces Far From Home Has Wrapped". ScreenRant. 17 okt 2018. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  90. "Tune in the 'Spider-Man: Far From Home' Red Carpet Live Stream on June 26". Marvel Entertainment. 2019-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  91. "Spider-Man: Far From Home Release Date Moves Up 3 Days". ScreenRant. 17 apr 2019. 17 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  92. "When Is Spider-Man: Far From Home Set? How Long After Endgame?". ScreenRant. 4 iyl 2019. 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  93. Buchanan, Kyle. "Spider-Man: Far From Home Adds Samuel L. Jackson, Cobie Smulders". Vulture. 7 avq 2018. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  94. Nast, Condé. "That Spider-Man: Far From Home End of Credits Reveal, Explained". Vanity Fair. 2 iyl 2019. 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.