Maseru — Lesotonun paytaxtı, eyniadlı bölgənin inzibati mərkəzi. Cənubi Afrika Respublikası ilə sərhəddin yaxınlığında, Kaledon çayının sahilində yerləşir. Bu Lesotonun ən iri şəhəridir; 2006-cı il məlumatına görə 227 800 nəfər əhalisi vardır. 1869-cu ildən şəhər Britaniya protektoratının, 1966-cı ilən isə müstəqil Lesoto dövlətinin paytaxtıdır. Sesoto dilindən tərcümədə şəhərin adı "qırmızı qumluq" deməkdir.
Şəhər 1869-cu ildə I Moşveşve tərəfindən salınıb.
Şəhəri CAR ilə Kaledon çayı üzərindəki körpü birləşdirir. CAR tərəfindən Lesoto pataxtına ən yaxın şəhər sərhəddən 18 kilometr məsafədə olan Ledibrand şəhəridir. Maseru dəniz səviyyəsndən 1600 metr yüksəkilikdədir, ərazisi 138 km2
-dir.
2006-ci il məlumatına görə əhalisi 227 800 nəfərdir, ölkə əhalisinin 10 %, şəhər əhalisinin isə yarısını təşkil edir.[1] Müstəqillik elan edilən 1966-cı ildə onunəhalisi 28 000 min nəfər idisə, 1986-cö ilə o əhali 110 minə qalxdı.
Maserudan 18 kilometr cənub qərbdə , Mazendo qəsəbəsinin yanında I Moşveşve adına Beynəlxalq Aeroport yerləşir.
Maseru ölkənin əsas iqtisadi və mədəni mərkəzidir. Yeyinti , emal, aqrar sahə və yüngül ənaye müəssisələri vardır.