Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nuakşot — Mavritaniyanın paytaxtı.
Nuakşot | |
---|---|
18°05′08″ şm. e. 15°58′42″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 7 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
crn.mr/fr/ crn.mr/index.php |
|
Vikianbarda əlaqəli mediafayllar |
Nuakşot Qərbi Afrikanın şimal-qərbində yerləşən Mavritaniya İslam Respublikasının paytaxtı olmaqla bərabər, həm də ölkənin ən böyük şəhəridir. Bərbər dilindən tərcümədə "Küləklər diyarı" mənasını verən Nuakşot şəhəri Atlantik okeanının sahili boyunca uzanır. Şəhərin mərkəzi sahildən təqribən 5 km aralıda yerləşir.
Müasir Mavritaniya ərazisi uzun müddət müxtəlif iri dövlətlərin tərkibində olmuşdur. Burada əsasən köçəri xalqlar yaşadığından ölkə ərazisində heç bir şəhər olmamışdır. XIX əsrdə fransızlar Mavritaniyanı öz koloniyalarına çevirmişlər. Fransız müstəmləkəçiliyi dövründə ölkə indiki Seneqal ərazisindın idarə edildiyi üçün Mavritaniya müstəqilliyini əldə etdiyi zaman qarşıda paytaxtın seçilməsi problemi dururdu. Odur ki, əsası XX əsrin əvvəlində qoyulmuş və əvvəllər kiçik balıqçı qəsəbəsi olan Nuakşot 1957-ci ildən tikilməyə başlamış və 1960-cı il noyabrın 28–də ölkənin paytaxtı elan edilmişdir. Hər il 28 noyabr - Müstəqillik günü milli bayram kimi qeyd olunur. Qeyd etmək lazımdır ki, bu şəhər heç bir xüsusi və diqqətəlayiq cəhəti ilə seçilmir. 1973-cü ildən başlayaraq şəhər bölgələrə ayrılmış və 1986-cı ildə bölgələrin sayı doqquza çatdırılmışdır. Hazırda şəhər 53 rayon və 208 kommunaya bölünür.
Ölkənin ən iri şəhəri və eyni zamanda mədəni və iqtisadi mərkəzi olan Nuakşot demək olar ki, iki hissəyə ayrılıb: qədim və müasir. Qədim hissə hələ də "ksar" adlanır. Bu söz ərəb dilindən tərcümədə "möhkəmləndirilmiş şəhər" deməkdir. Belə ki, burada fransız hərbi postunun qarşısında mavrların yaşadığı kiçik kənd olmuşdur. Ksar paytaxta daxil edilsə də, öz xarici görkəmini saxlaya bilib. Şəhərin bu hissəsində evlər gildən tikilmiş və daxili həyətlərə malikdirlər. Yeni şəhər isə daha müasir görünüşə malikdir. Burada küçələr asfalt döşənmiş və iki-üç mərtəbəli evlərlə əhatələnmişdir. Nadir hallarda çoxmərtəbəli evlərə də rast gəlmək mümkündür. Burada müasir ictimai və yaşayış binalarının memarlığı mavritaniya memarlığının ənənəvi elementləri ilə vəhdət təşkil edir. Bütün şəhər demək olar ki, milli ənənəvi üslubda inşa edilmiş iki mərtəbəli evlərdən ibarətdir. Bu evlərin fonunda avropa üslubunda inşa edilmiş ictimai və inzibati binalar ayrıca seçilir: Milli Məclis, Ədliyyə sarayı, Prezident iqamətgahı və s.
Nuakşotda yerli xalqların tarixi və mədəniyyəti ilə tanış edən Milli muzey və eyni zamanda Xalça mərkəzi də mövcuddur. Şəhərində ən maraqlı yerlərindən biri Atlantik okeanının sualtı dünyasını təəssüratını yaradan nəhəng akvariumdur.
Şəhərdə əsas göstəricilər şəhərin mərkəzi iri küçələrində yerləşir. Bu cəhətdən iki minarəli baş məscid ibadətgah olmaqla yanaşı, həm də əvəzsiz orientir rolu oynayır. Şəhərin tam mərkəzində yerləşməklə onu iki yerə bölən bu məscid Səudiyyə Ərəbistanından olan vəsait hesabına inşa edilmişdir.
Paytaxtda Mədən işi və sənayesi direksiyası, Qida, metal və ağac emalı sənayesi, dəniz limanı və Beynəlxalq aeroport, Elmlər İnstitutu, Milli İnzibati Məktəb (1966), Mərkəzi ictimai kitabxana, Milli kitabxana, Pedaqoji institut (1971) və universitet (1983), fəaliyyət göstərir. İslam Tədqiqatı İnstitutunda isə Quran dəyərləri, İslam hüququ və tarixi öyrədilir.
Liman şəhəri olan Nuakşotda əhalinin əsas gəlir mənbəyi balıqçılıq və xırda baş heyvandarlıqdır. De Peş portu əsas balıqçılıq limanlarındandır. Liman daxili ticarət, ixracat və xırda balıqçılığın inkişafında vacib rol oynayır. Bazarlardakı balıq piştaxtaları Mavritaniyanın sahil sularının zənginliyinin əsas göstəricisidir.
Şəhərin iqlimi səhra və tropikdir, axar çay yoxdur. Buna görə də şəhərin bitki örtüyü az sayda səhra növləri ilə təmsil olunur. Səhradan daim isti, quru küləklər əsdiyi üçün şəhərdə yağıntı çox az olur.
Nuakşotun turistləri cəlb edən çimərlikləri onun iqtisadi inkişafında əvəzedilməz rol oynayır. Turizm infrostrukturu kifayət qədər inkişaf etmişdir. Eyni zamanda ölkə ərazisindən beynəlxalq Paris–Dakar rallisi marşrutu keçir. Bu da önəmli mərasim də ölkəyə turistlərin diqqətini cəlb edən məqamlardandır.
Mavritaniyanın əhalisi 2,511 milyon nəfərdir ki, onun da 600 minə yaxını paytaxt əhalisinin payına düşür. Əhalinin 75%-i ərəb və bərbərlərdən ibarətdir. Qalan hissə isə neqroid irqinin nümayəndələridir (voloflar, tukulerlər, soninkelər). Ölkədə rəsmi din islamdır, əhalinin də 99,6%-i müsəlmandır. Burada islam VIII əsrdən yayılmağa başlamışdır. Qeyd edək ki, əhalinin 0,1 faizi yerli inanclara etiqad edir (fetişizm, animalizm, təbiət qüvvələri və s.). XVI-XVII əsrlərdə yayılmağa başlayan xristianlıq isə kiçik bir icmanın inancını təşkil edir. Rəsmi dil isə ərəb və fransız dilləridir.
Təhsil səviyyəsinin son göstəricisi bütün əhalinin 41,7%-ni təşkil edir (51,8% kişi və 31,9% qadın). 2002–ci ilin mart ayında Nuakşotda elm və texnologiya üzrə ikinci Afrika sammiti və yenə həmin ilin mayında paytaxtda Beynəlxalq kitab salonu keçirilmişdir. Burada ərəb ölkələrindən 97 nəşriyyat iştirak etmişdir. Əslində bu ölkədə təhsil səviyyəsini qaldırmaq məqsədilə keçirilən tədbirlər sırasına daxildir. Paytaxtda yerləşən nəşriyyatlarda qəzetlər ərəb və fransız dillərində nəşr olunur. Misal olaraq: hökumət qəzeti "Al-Chaab" (azərb. "Xalq"), həftəlik müstəqil qəzet "Nouakchott-Info" (azərb. "Nuakşot–İnfo") və s. Mavritaniya informasiya agentliyi də 1975–ci ildən Nuakşotda fəaliyyət göstərir.
Mavritaniyanın digər ərazilərinə nisbətən o qədər də qədim və tarixi olmayan Nuakşot Mavritaniyanın müasir inkişafında başlıca rol oynayır. Onun İslam mədəniyyəti paytaxtı seçilməsi də bu cəhətdən vacib məqamlardandır.