Maskatın fəthi — Admiral Piri Rəisin komandanlığı altında Osmanlı ordusunun və donnanmasının hərbi əməliyyatı. Ədənin alınması ilə yanaşı, Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) müharibəsi zamanı əsas hadisələrdən biri.[2] Piri rəisin komandanlığı altında olan bu qələbə Portuqaliyanın Hind okeanın şimal-qərb sahilində möhkəmlənməsinin qarşısını aldı.[3]
Maskatın fəthi | |||
---|---|---|---|
Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) | |||
| |||
Tarix | 1552-ci il avqust | ||
Yeri | Maskat, Oman | ||
Nəticəsi | Osmanlıların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
XV əsrin sonlarındakı böyük coğrafi kəşflər, Portuqaliya zadəganlarının və ticarət elitassının güclü fəaliyyəti nəticəsi Portuqaliya dəniz imperiyasının yaradılmasına səbəb oldu. İnfant Gəmiçi Henri tez-tez Portuqaliya imperiyasının qurucusu olaraq adlandırılır. Onun himayəsi altında Portuqaliyalı dənizçilər, Afrika ətrafında dəniz yolu ilə Hindistana çatmaq istəyən yeni torpaqlar kəşf etməyə başladılar. 1497–1499-cu illərdə, Afrika sahilini dolanan Vasko da Qama komandanlığında dörd gəmidən ibarət bir donnanma Hindistan sahillərinə çatdı. Portuqallar onun sahilində bir neçə ticarət məntəqəsi qurdular. Hind okeanında portuqallar Misir Məmlüklərinin maraqları ilə toqquşdular. Bu da Portuqaliya-Misir müharibəsinə gətirib çıxardı.[4] 1505-ci ildə Məmluk donanması Sultan Qansu Ğavriin əmri ilə Portuqaliyaya qarşı kampaniyaya başladı. Donanmanın yaradılmasına dəstək ağac və silah tədarük edən Osmanlı imperiyası tərəfindən təmin edildi.
1506-cı ildə Afonso d'Albukerkunun komandanlığı altında Portuqaliya donanması Ərəbistan yarımadası sahillərinə yaxınlaşdı.[5] 1507-ci ildə d'Albukerku Maskatı bombaladı. Şəhər Səfəvi dövlətinin tabeliyində idi.[6] Lakin Portuqaliyalılar, Hind Okeanının şimal-qərb hissəsini ələ keçirmək məqsədi ilə şəhəri işğal edib, onu öz forpostuna çevirdilər. Portuqallar 1510-cu ildə Hindistan sahillərində Qoanı işğal etdilər. Bundan sonra Portuqaliyalıların yolu Ərəb dənizi və Fars körfəzinə düşdü.[7] 1514–1516-cı illərdə Osmanlı imperiyası, Portuqaliyaya qarşı mübarizədə Məmluk Sultanlığı ilə fəal şəkildə əməkdaşlıq edirdi.[8] Məmlüklərə kömək üçün Osmanlı admiralı Salman Rəis Misirə göndərildi.[9][10]
Osmanlı-Məmlük müharibəsi zamanı Məmluk Sultanlığının süqutundan sonra, Osmanlı imperiyası Hind Okeanında Portuqaliyalılarla mübarizə vəzifəsini öz üzərinə götürdü. 1525-ci ildə Salman Rəisin komandanlığı altında 18 gəmidən ibarət Osmanlı donanması Ədəni ələ keçirməklə Portuqaliyanın bu bölgədəki mövqelərinə ciddi zərbə vurdu.[11] Lakin 1535-ci ildə Diu Portuqaliyalılar tərəfindən tutuldu.
İkinci Portuqaliya-Türk müharibəsi Şərqi Afrikada Adal-Efiopiya müharibəsi çəklində davam etdi. Belə ki, burda yerli müsəlman sultanlıqları arasında Osmanlılar tərəfindən dəstəklənən Adal Sultanlığı xristian Efiopiyası ilə müharibə aparırdı. Portuqaliya bu qarşıdurmaya Efiopiya tərəfində qatıldı.
Osmanlı və Portuqaliya imperiyaları arasındakı birbaşa müharibə 1538-ci ildə Diuyu ələ keçirmək üçün Admiral Hüseyni Paşanın komandanlığı altında 54 gəmidən ibarət Osmanlı donanmasının göndərilməsi ilə başladı. 31 dekabr 1540-cı ildə Estevan da Qamanın komandanlığı altında Portuqaliya donanması Osmanlı donanmasını qarşılamaq üçün Qoadanyola çıxdı. 27 yanvar 1541-ci ildə Portuqaliya donanması Ədəni, sonra Massavanı işğal etdi. 1546-cı ildə şəhər dörd Osmanlı gəmisi tərəfindən bombalandı. 1547-ci ildə Hind Okeanındakı Osmanlı eskadronuna aktiv hərbi əməliyyatlara start verən Admiral Piri Rəis komandanlıq etməyə başladı. 26 fevral 1548-ci ildə o, Ədəni ələ keçirdi. 1552-ci ilin avqustunda Osmanlı donanması Maskata yaxınlaşdı.[6]
Maskat, Hind Okeanının şimal-qərbində Portuqaliyalılar üçün strateji baxımdan əhəmiyyətli məntəqə sayılırdı. Türklər əvvəllər də bir neçə dəfə şəhəri ələ keçirməyə cəhd göstərmişdilər. Ancaq bu cəhdlər zamanı onlar liman-şəhərə sahib çıxmağı bacarmamışdılar.[6]
1552-ci ilin avqustunda Piri Rəis və Seydi Əli Rəisin rəhbərlik etdiyi Osmanlı donanması Köhnə Maskata hücum etdi. Osmanlıların məqsədi Portuqaliyanın Fars körfəzinə girişini əngəlləmək və beləliklə Hind Okeanındakı ticarətə Osmanlı nəzarətini bərpa etmək üçün Muskatı, ardından Hörmuz və Bəhreyn adalarını tutmaq idi. Osmanlı donanması, müxtəlif mənbələrə görə, 4 qalleon, 25 qaler və 850 əsgərdən ibarət idi və ya Dioqo do Kutoya görə, Osmanlılar 15 qaler və 1200 əsgərə malik olmuşdular. Portuqaliya qarnizonu 60 əsgərdən ibarət idi.
Portuqaliyalılar tərəfindən yenicə tikilən Admiral qalası 18 gün mühasirəyə alındı. Belə ki, Osmanlı topçuları dağın təpəsində yerləşən qala istehkamlarını dağıqmaq imkanına malik deyildi. Ərzaq və su çatışmadığı üçün qala qarnizonu və komandiri Juoano-de-Lisboa təslim olmağa razı oldular. Qala ələ keçirildi və divarları dağıdıldı.[6]
Bu qələbənin nəticəsi olaraq türklər Yəmən, Ədən, Ərəbistan sahillərini və Bəsrəyə qədər olan əraziləri tutaraq idarə etməyə başladılar. Bu da Hindistanla ticarət əlaqələrini xeyli asanlaşdırdı və Portuqalların Ərəbistanın daha da içərilərinə irəliləməsinə mane oldu. Osmanlıların Omana sonrakı hücumları fərqli müvəffəqiyyətlə davam etdi. Lakin rəsmi İstanbul Maskatı öz əlində saxlaya bilmədi. 1556-cı ildə okeanda fırtına zamanı Osmanlı ordusu Hind okeanı donanmasını itirdi. Bu itki şəhəri əldə saxlamağa mane törətdi. Üç Osmanlı qalerası 1581-ci ildə yenidən Maskatı ələ keçirdi. Lakin 1588-ci ildə şəhər yenidən Portuqaliyalılar tərəfindən tutuldu.[12].