Meğri silsiləsi

Meğri silsiləsi (erm. Մեղրու լեռնաշղթա) və ya Mığrı-Güney silsiləsiErmənistanın cənubundan başlayaraq Azərbaycanın Zəngilan rayonu ərazisinə qədər uzanan dağ silsiləsi. Silsilə Zəngəzur silsiləsondən başlayaraq Oxçuçayın qərb sahillərinə və cənub-şərqdə Araz çayına qədər uzanır. Ənhündür nöqtəsi Baqassar dağıdır (3256 m). Şimal hissəsi Sikax qoruğu ərazisindədir. Silsilə subtropik iqlimə malikdir. Qışda daimi küləklər müşahidə edilir. Silsilənin uzunluğu 46 km təşkil edir.

Meğri silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Zəngəzur dağları
Mütləq hündürlüyü 3256 m
Yerləşməsi
30°03′ şm. e. 46°18′ ş. u.
Ölkələr
Meğri silsiləsi xəritədə
Meğri silsiləsi
Meğri silsiləsi

Sulksilə qranit və qranodioritlərdən təşkil olunmuşdur. Şimal yamaclarında 1200 – 1800 m arası palıd yayılmışdır. 3200 metrə qədər isə subalp və alp çəmənlikləri yayılmışdır[1][2]

Meğri silsiləsi cənubdan isti hava kütlələrinin (İran), şərqdən rütübətli hava (Xəzər dənizi) kütlələrinin təsirinə məruz qalır. Silsilə Ermənistanın cənubunda mülayim-isti iqlimin formalşmasıma təsir göstərir[3]

  1. "Wikimapia — Let's describe the whole world!". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-21.
  2. "Meğri silsiləsi / Kiçik Qafqaz". 2014-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-21.
  3. PlusNinety.ru — Природоохранные территории Армении Arxivləşdirilib 2013-10-02 at the Wayback Machine (rus.)