Meheli nalburunu

Meheli nalburunu (lat. Rhinolophus mehelyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. Növ tanınmış macar alımı Loyaş Mehelinin şərəfinə adlandırılıb.

Meheli nalburunu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Növün özünə məxsus xüsisiyyəti göz ətrafında parlaq-boz eynəyinin olmasıdır. Bu növ rəng və kütləsinə görə Böyük nalburunKiçik nalburun növlərinə oxşardır. Bədənin uzunluğu 4,9-6,4 sm, quyruğun uzunluğu isə 2,1-3,2 sm olur. Qanadlar arasında məsafə isə 31 sm-dir. Çəkisi 10-23 qram təşkil edir. Bədən rəngləri mavi çalara malik parlaq-boz rəngdədir.

Cənubi Avropada, Şimali Afrikada, Yaxın Şərqdə, Dağıstanda və Zaqafqaziyada yayılmışdır. Azərbaycanda Hirkandan başqa bütün təbii vilayətlərdə aşkar edilsə də, yalnız Kiçik Qafqazda çoxsaylıdır. Qış dövründə 5, yayda 9 məntəqədə tapılmışdır. Bütün iri yığınlar başlıca olaraq 1800 m-ə qədər hündürlükdə dağüstü kserofitlər qurşağına düşür. Qalan rayonlarda və landşaftlarda bu növ nadirdir.

Əsasən yüksək rütbəli müxtəlif yeraltı sığınacaqlarda (mağaralar, tunellər, kəhrizlər) məskunlaşır. Burada onların sayı bir neçədən bir necə yüzə qədər çatır. Bu nalburunların ən böyük yığını onların daim yaşadığı Dağlıq Qarabağın Azıx mağarasında qeydə alınmışdır. Son onilliklərdə koloniyaların sayı kəskin şəkildə azalmışdır. 1966-1969-cu illərdə burada 2000-ə yaxın, 1988-ci ilin fevralında isə cəmi 300 heyvan olmuşdur. Onların sayının bu cür azalması hər şeydən əvvəl aparılan arxeoloji işlər və mağaraya tez-tez girib – çıxanların törətdiyi narahatlıq nəticəsində baş vermişdir. Qış yuxusu dövründə (noyabrdan martın ortalarına qədər) meheli nalburunları Azıx mağarasının tağlarında və ucqar bölmələrin divarlarında 3.5-5 m hündürlükdə sıx kütlə şəklində olurlar. Burada temperatur 10.2-15.00 C səviyyəsində olur. Martda onlar tədricən mağaranın mərkəzi, daha isti hissəsinə keçirlər. Burada onlara qışlama yerlərindən uçub gəlmiş itiqulaq şəbpərələradi uzunqanad yarasalar qoşulur. Apreldən oktyabra qədər nalburunlar başlıca olaraq mərkəzi kamerada yarasaların qarışıq koloniyasının çoxsaylı (15 minə yaxın) tərkibində olurlar. Burada onlar sayca üstün olan uzunqanadlı və şəbpərələr arasında ayrıca adalar əmələ gətirirlər. Balaların böyüməsi və tük dəyişmənin başlanması ilə heyvanların bir hissəsi (200-ə qədər) mağara üzərində yerləşmiş quyuya köçür. Burada onlar quyunun ən isti bölməsi olan üst taxçada yerləşirlər (16-200 C). Mağaranın mərkəzi kamerasında 5 m hündürlükdə yayda temperatur 13.3-15,40 C olur.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0