Milli bomba — Rejissor Vaqif Mustafayevin filmi.[1]
Film kino sənətindən bəhs edir. Hadisələr 1991-ci ildə baş verir. Yaşlı montajçı(Avtandil Maxaradze) qocaldığı üçün kinostudiyadakı işindən azad olunur. Ancaq o, işini yarımçıq qoymaq istəmir, pul əldə etmək üçün evini satmağa məcbur olur. Lakin evi satın alan bildirir ki, o pulu yalnız rəhmətə gedəndən sonra ala biləcək...
- Azərbaycan filmə 300 min dollar ayırmışdır.
- Valeri Kiçin (Rossiyskaya qazeta) "Qafqaz aksentli rus izi – "bomba" partladılana qədər müsabiqə sakit və sönük keçirdi" sərlövhəli məqaləsində Vaqif Mustafayevin peşəkarlıqla çəkdiyi ekran əsərini yüksək qiymətləndirib. Onun fikrincə, Vaqif Mustafayevin müştərək Azərbaycan-Rusiya məhsulu olan "Milli Bomba"sı artıq göstərilmiş filmlər arasında, şübhəsiz, ən yaxşı və sözsüz, mükafatlara layiq filmdir". V.Kiçin filmi təhlil edərək yazır ki, "ümumiyyətlə, bu film ideyalar kəhkəşanıdır, elə ideyalar ki, onların hər biri heç də az istedadı olmayan müəlliflərin ayrıca filmi üçün kifayət edərdi". Məqalədə deyilir: ""Milli Bomba" xalqların keçmiş "qardaşcasına dostluğuna" yasin oxumaqdır: burada sovet psixologiyasının "əlacsız izi" var və şanlı Bakı sakinləri ilə yanaşı, gürcülər, qazaxlar, taciklər, yəhudilər də görünür. Burada zurna-qaval çalır, buynuzdan şərab və stəkandan acqarına araq içirlər. Filmdə vaxtilə sahmanlanmış məişətin hənirtisi nəzərə çarpır. İndi onları yenidən heç cürə birləşdirə bilmirlər".
- Filmin yaradılması ideyası 1991-ci ildə insanların adət etdikləri ənənəvi həyat tərzinin axarının pozulduğu və insanları yeni həyatla ayaqlaşa bilmədikləri bir dövrdə meydana gəlib.
- Film Elçinin "Mənim ərim dəlidir" pyesinin motivləri əsasında çəkilib.
- Məşhur rus aktyoru Leonid Kuravlyovun filmdə rol aldığı səhnələr montaj zamanı kəsilmiş və filmin son versiyasına daxil olmamışdır.
- 1)2004-cü ildə Smolenskdə(Rusiya) MDB və Baltikyanı Ölkələrin Beynəlxalq "Yeni Kino – XXI Əsr" Kinofestivalı
- 2)Novqorodda(Rusiya) "Gülümsə, Rusiya" Komediya Filmləri Festivalı
- Filmə baş Mükafat verilmişdir.
- 3)2007-ci ildə Varnada(Bolqarıstan) XV Beynəlxalq "Məhəbbət Dəlilikdir" kinofestivalı
- Filmə "Acı Piyalə" Mükafatı verilmişdir.
- 1)2004-cü ildə Moskva(Rusiya) Beynəlxalq Kinofestivalı
- Film "Qızıl Müqəddəs Georgi" Mükafatına namizəd olmuşdur.
- Quruluşçu rejissor : Vaqif Mustafayev[2]
- Ssenari müəllifləri : Elçin, Vaqif Mustafayev
- Quruluşçu operatorlar : Lomer Axvlediani, Cimşer Kristesaşvili
- Quruluşçu rəssam : Ağarəhim Əliyev
- Bəstəkar : Giya Kançeli
- Prodüser : Valeri Ruzin
- Montaj edənlər : Lyubov Xvostova, Nisə Hacıyeva
- Səs rejissoru: İqor Muqanov
- Səs operatoru Vidadi Samanduyev
- Avtandil Maxaradze - montajçı
- Yaşar Nuri - prodüser Əbdülqəni
- Nuriyyə Əhmədova - montajçının arvadı
- Əjdər Həmidov - Məmməd
- Arzu Hüseynov - montajçının oğlu
- Mənsur Məmmədov - Əbdülqəninin atası
- Gülşad Baxşıyeva - Əbdülqəninin arvadı
- Səidə Quliyeva - Əbdülqəninin qızı
- Murad Dadaşov - montajçı (gənc)
- Aysu Əfəndiyeva - montajçının arvadı (gənc)
- Şəfiqə Qasımova - katibə
- Bəhram Bağırzadə - radio aparıcısı
- Arif Qasımov - televiziya işçisi
- Arif Kərimov - televiziya işçisi
- Yana Nikitina - televiziya işçisi
- Kazım Abdullayev - referat
- Mir Teymur Məmmədov - qonşu
- Rafiq Əliyev - həkim
- Atəş Davudov - heykəltaraş
- Tamara Hüseynova - montajçının anası
- Mirzə Babayev - montajçının atalığı
- Əli Məmmədov - montajçı uşaqlıqda
- Dünyamin Hüseynov - kinostudiyanın direktoru
- Valeh Kərimov - Məmmədin atası
- Fatma Mahmudova - Məmmədin anası
- Həsən Məmmədov - epizod
- Adil Əliyev - epizod
- Yuri Rıjkov - epizod
- ↑ Mirzə, H. Öz başımıza salınmalı "Milli bomba": Kinorejissor Vaqif Mustafayev doğru düşündü, əla çəkdi //Olaylar.- 2011.- 4 may.- S. 10.
- ↑ Ayxan. MDB-nin ilk kino festivalı: Tiflisdə keçirilən festivalda Azərbaycanı "Milli bomba" təmsil edib: [Kinorejissor Vaqif Mustafayevin eyni adlı filmi haqqında] //Ekspress.- 2010.- 3 noyabr.- S. 14.
Azərbaycan filmlərinin siyahısı