Milliyətçi tarixşünaslıq

Milliyətçi tarixşünaslıqtarixşünaslığın siyasi legitimlik və mədəni kimliyə dair inanclar toplusu olan milliyətçilik ilə təsirlənmiş forması. Milliyyətçilik Avropada və XIX əsrdən etibarən Avropanın təsiri altına düşmüş keçmiş koloniyalarda tarixi yazı üçün əhəmiyyətli bir çərçivə təmin etmişdir. Bir qayda olaraq, rəsmi məktəb dərslikləri milliyətçi modelə əsaslanır və əsas diqqət milliyətçilik qüvvələrinin meydana çıxması, sınaqları və uğurları üzərində qurulur.[1]

XVIII və XIX əsrlər milliyətçi ideologiyaların meydana çıxması ilə nəticələnmişdir.[2][3][4] Con Breuilli qeyd etmişdir ki, "milliyətçiliyin tarixi əsası onun peşəkar akademik tarixi yazının yaranması ilə sıx əlaqələri ilə necə möhkəmlənmişdir".[5] Fransa inqilabı zamanı adi insanları qallar ilə eyniləşdirən milli kimlik hazırlanmışdı. Almaniyada İohann Qottfrid HerderYohann Qotlib Fixte kimi tarixçilər və humanistlər bu alman millətinin parçalanmış dövlətlərini birləşdirmək üçün siyasi hərəkatın əsasına çevrilən alman millətinin dil və mədəni kimliyini müəyyən etmişdilər.[6]

XIX əsr tarixçilərinin səyləri həm yeni milli dövlətlərin formalaşdırılmasına, həm də artıq mövcud olanların genişlənməsinə haqq qazandırmaq üçün intellektual əsaslar yaratmışdir.[7] Georq İqgersin qeyd etdiyi kimi, bu tarixçilər çox vaxt son dərəcə tərəfkeş idilər və "arxivə daxil olaraq onların milliyətçi və sinfi ön mülahizələrini dəstəkləyəcək və beləliklə də onlara elmi nüfuz aurası verəcək sübutlar tapmağa gedirdilər".[8] Pol Lourens də eyni fikirdədir və qeyd etmişdir ki, tarixçilər "çox vaxt hələ mövcud olmayan dövlətlərin millilik və siyasi müstəqillik iddiaları üçün tarixi əsas yaratmağa çalışırdılar".[9]

  1. Umut Özkirimli, Umut. (2005). Contemporary Debates on Nationalism: A Critical Introduction. Basingstoke: Palgrave Macmillan. p.180.
  2. Gellner, Ernest. Nations and Nationalism. Ithaca: Cornell University Press. 1983. ISBN 0-8014-9263-7.
  3. Anderson, Benedict. Imagined Communities: Reflections on the Origin and Spread of Nationalism (2nd). London: Verso. 1991. ISBN 0-86091-546-8.
  4. Hobsbawm, Eric. Nations and Nationalism since 1780. Cambridge: Cambridge University Press. 1992. ISBN 0-521-43961-2.
  5. Breuilly, John. Introduction: Concepts, Approaches, Theories // Breuilly, John (redaktor). The Oxford Handbook of the History of Nationalism. Oxford: Oxford University Press. 2013. səh. 2. ISBN 978-0-19-876820-3.
  6. Geary, 2002
  7. Vasilev, George. "Methodological nationalism and the politics of history-writing: how imaginary scholarship perpetuates the nation" (PDF). Nations and Nationalism. 25 (2). 2019: 499–522. İstifadə tarixi: 28 June 2024.[ölü keçid]
  8. Lawrence, Paul. Nationalism and Historical Writing // Breuilly, John (redaktor). The Oxford Handbook of the History of Nationalism. Oxford: Oxford University Press. 2013. səh. 716. ISBN 978-0-19-876820-3.
  9. Lawrence, Paul. Nationalism and Historical Writing // Breuilly, John (redaktor). The Oxford Handbook of the History of Nationalism. Oxford: Oxford University Press. 2013. səh. 717. ISBN 978-0-19-876820-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]