Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing. Organisation for the Prohibition of Chemical Weapons) — Mərkəzi Hollandiyanın Haaqa şəhərində yerləşən beynəlxalq təşkilat. Təşkilat, kimyəvi silahların istifadəsinə dair müqaviləyə imza atmış dövlətlərin qaydalara əməl etməsini və kimyəvi silahların istifadəsindən çəkindirilməsi ilə məşğuldur. Eyni zamanda təşkilat aktiv müharibə zonalarında mümkün kimyəvi silahlardan istifadə edilməsi hallarını araşdırır.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı OIAC, OPCW, ОЗХО, ХКТО | |
---|---|
ing. Organisation for the Prohibition of Chemical Weapons | |
Yaranma tarixi | 29 aprel 1997 |
Rəsmi dili | ingilis, fransız, rus, çin, ispan və ərəb |
Mərkəzi | Haaqa, Hollandiya |
Sədr | Əhməd Üzümcü |
Büdcəsi | 71 milyon avro |
Üzvləri |
|
opcw.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının fəaliyyət prinsipləri kimyəvi silahların istifadəsinə dair müqavilə də göstərilmişdir. Əsas orqanın iclası illik keçirilir və bütün üzv dövlət bərabər səsvermə hüququna malikdir. Üzv dövlətlər təşkil edilən görüşlərdə bir nəfər olmaqla nümayəndə və ya Hollandiyada yerləşən səfirliklərinin əməkdaşları hesabına qatılırlar. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının sədri vəzifəsini 2010-cu ildən etibarən Türkiyədən olan nümayəndə Əhməd Üzücü icra edir.
Ölkə | Adı | Fəaliyyətə başlaması |
---|---|---|
Braziliya | Xose Bustani | 13 may 1997 |
Argentina | Rogelio Pfirter | 25 iyun 2002 |
Türkiyə | Əhməd Üzücü | 25 iyun 2010 |