Rêveberiya Xweser a Bakur û Rojhilatê Sûriyeyê الإدارة الذاتية لشمال وشرق سوريا ܡܕܰܒܪܳܢܘܬ݂ܳܐ ܝܳܬ݂ܰܝܬܳܐ ܠܓܰܪܒܝܳܐ ܘܡܰܕܢܚܳܐ ܕܣܘܪܝܰܐ Kuzey ve Doğu Suriye Özerk Yönetimi
Xarici əlaqələr quran Rojava Suriya hökuməti, ümumiyyətlə hər hansı bir dövlət və ya təşkilat tərəfindən rəsmi səviyyədə muxtar olaraq tanınmır.[21] AANES digər partiyalar və təşkilatlarla dialoqlarda universal demokratik, davamlı, muxtar plüralist, bərabər və feminist siyasətlərinə görə geniş şəkildə dəstəklənir.[22][23][24][25]Suriyanın şimal-şərqi polietnikdir. Burada böyük etnik kürd, ərəb və aysor əhalisi, o cümlədən nisbətən daha kiçik türkman, erməni, adıq və yezidi icmaları yaşayır.[26][27][28]
Region idarəsinin tərəfdarları onun rəsmi olaraq sekulyar bir muxtariyyət olduğunu bildirirlər.[29][30][31] Onlara görə, Rojava mərkəzsizliyi, gender bərabərliyini,[32][33] ekologiyanın qorunmasını, sosial ekologiyanı və dini, mədəni və siyasi müxtəlifliyə qarşı plüralist tolerantlığı təbliğ edən anarxist, feminist və libertarian sosialist ideologiyaya əsaslanan birbaşa demokratik ambisiyalara malikdir. Həmçinin, onlara görə, bu dəyərlər muxtar regionun konstitusiyasında, cəmiyyətində və siyasətində əks olunur. Bəzi müşahidəçilər Rojavanın müstəqilliyin yox, bütövlükdə federallaşmış bir Suriya üçün bir model olacağını bildirmişdir.[34][35][36][37][38] Region idarəsi avtoritarizm, Suriya hökumətinə dəstək[39] və kürdləşdirmə siyasəti səbəbiylə müxtəlif partizan və qeyri-partizan mənbələr tərəfindən tənqid edilmiş, köçürmə siyasi ittihamları ilə üzləşmişdir.[40] Buna baxmayaraq, AANES Suriyanın ən demokratik sisteminə çevrilmişdir. Regionda birbaşa açıq seçkilər, ümumbəşəri bərabərlik, insan hüquqlarına hörmət, eyni zamanda Suriya daxilində azlıqların və dini hüquqların müdafiəsi müşahidə olunmuşdur.[41][42][43][22][44][45][46]
Regionda yeni bir sosial ədalət anlayışı tətbiq edilmişdir. Bu yanaşma cəzalandırma əvəzinə reabilitasiya və sosial qayğıya diqqət yetirir. Ölüm hökmü ləğv edilmişdir. Həbsxanalarda əsasən İŞİD və digər ekstremist qruplarla əlaqəli terror fəaliyyətində ittiham olunan şəxslər saxlanılır. Bu həbsxanalar region iqtisadiyyatına böyük bir yükdür. Muxtar region siyasi ambisiyalarını demokratik konfederalizmin demokratik Libertarianizm libertarian sosialist ideologiyasına əsaslanan bir koalisiya tərəfindən idarə olunur. Bəzi mənbələrə görə, region azlıqlar, mədəni və dini nümayəndəliklərdə yerli məclislər sistemi vasitəsi ilə kooperativ və bazar müəssisələrini birləşdirən bir iqtisadiyyat modelinə sahibdir. AANES bütün Suriyada ən yüksək orta maaş və həyat səviyyəsinə sahibdir. Maaşlar rejimin nəzarətində olan ərazilərdəkindən iki dəfə çoxdur. Suriya funtunun çöküşündən sonra AANES inflyasiyaya nəzarət etmək üçün maaşları iki qat artırmışdır. Regionda səhiyyə xidməti təqdim edən müstəqil təşkilatlar arasında Kürd Qızıl Aypara Cəmiyyəti,[47] Suriya Amerika Tibb Cəmiyyəti,[48] Azad Birma Mühafizəçiləri[49] və Sərhədsiz Həkimlər[50] var.
2016-cı ildən bəri Türkiyə və Türkiyənin dəstəklədiyi Suriya üsyançı qüvvələri SDQ-ya qarşı bir sıra hərbi əməliyyatlar aparmaqla Rojavanın bir hissəsində nəzarəti qurmuşdur. AANES və SDF muxtar idarəetmənin bütün bölgələrini hər hansı bir təcavüzkarlıqdan müdafiə edəcəyini bildirmişdir.[51][52]
Suriyanın şimalındakı ərazilər kürdlər arasında Qərbi Kürdüstan (kürd.Rojavayê Kurdistanê) və ya sadəcə Rojava (mənası – Qərb) olaraq bilinir.[53][10][54] Bura Kürdüstan regionunun dörd hissəsindən biri hesab olunur.[55] "Rojava" adı beləliklə idarənin kürd kimliyi ilə əlaqələndirilmişdir. Regionun hüdudları genişləndikcə və tədcirən kürd olmayan qrupların, əsasən də ərəblərin üstünlük təşkil etdiyi əraziləri əhatə etdiyi üçün "Rojava" adı rəhbərlik tərəfindən daha az istifadə edilməyə başlamışdır.[56] Buna səbəb muxtar administrasiyanın xaricdən görünüşünü müəyyən bir millət ilə eyniləşdirilməməsinə gətirib çıxarmaq və digər etnik qruplar üçün daha məqbul hala gətirmək ümidi idi. Buna baxmayaraq, region yerli və beynəlxalq müşahidəçilər tərəfindən "Rojava" adlandırılmağa davam etmişdir.[12][57][13][58] Jurnalist Mətin Gürcana görə, "Rojava anlayışı dünya miqyasında tanınan bir markaya çevrilmişdir".[57]
Suriyanın şimal-şərqində yerləşən Cəzirə vilayəti ətrafındakı əraziyə aysorlar Qozarto (klass. süry.ܓܙܪܬܐ) deyirlər. Bura tarixi Assuriya yurdunun bir hissəsidir.[59] Bu regiona Federal Şimali Suriya və Şimali Suriyanın Demokratik Konfederalist Muxtar Əraziləri adıda verilmişdir.[10]
Afrin, Ayn əl-Ərəb (Kobani) və Həsəkə bölgələrində kürdlərin üstünlük təşkil etdiyi ərazilər üçün yerli hökumətin ilk adı 2013-cü ildə qəbul edilmiş "Müvəqqəti Keçid İdarəsi" idi.[10] 2014-cü ildə üç muxtar kantonun elan edilməsindən sonra[60]PYD tərəfindən idarə olunan ərazilərə "Muxtar Regionlar"[10] və ya "Demokratik Muxtar İdarə"[61] ləqəbi verilmişdir. 17 mart 2016-cı ildə Suriyanın şimalındakı idarə Rojava Demokratik Federasiyası – Şimali Suriya (kürd.Federal Demokratik və Rojava – Bakurê Sûriyê; ərəb.الفدرالية الديمقراطية لروج آفا – شمال سوريا; klass. süry.ܕܝܡܩܪܐܛܝܬܐ ܠܓܙܪܬܐ ܒܓܪܒܝܐ ܕܣܘܪܝܐ) adında federal bir hökumət sisteminin qurulduğunu elan etmişdir.[10][62][63][64][65]
Muxtar regionun 2016-cı ilin dekabr ayında yenilənmiş konstitusiyası Şimali Suriyanın Demokratik Federasiyası (kürd.Federaliya Demokratîk a Bakûrê Sûriyê; ərəb.الفدرالية الديمقراطية لشمال سوريا, klass. süry.ܦܕܪܐܠܝܘܬ݂ܐ ܕܝܡܩܪܐܛܝܬܐ ܕܓܪܒܝ ܣܘܪܝܐ) adından istifadə edir.[66][67][68][69]
6 sentyabr 2018-ci ildə Suriya Demokratik Şurası region üçün yeni bir ad qəbul etmişdir. Onlar regionu Şimali və Şərqi Suriya Muxtar İdarəsi (kürd.Rêveberiya Xweser a Bakur û Rojhilatê Sûriyeyê; ərəb.الإدارة الذاتية لشمال وشرق سوريا; klass. süry.ܡܕܰܒܪܳܢܘܬ݂ܳܐ ܝܳܬ݂ܰܝܬܳܐ ܠܓܰܪܒܝܳܐ ܘܡܰܕܢܚܳܐ ܕܣܘܪܝܰܐ; türk.Kuzey ve Doğu Suriye Özerk Yönetimi) adlandırmışdır. Region Fərat, Əfrin və Cəzirə bölgələrini, eləcə də Rəqqə, Mənbic, Təbqa və Deyr əz-Zövr bölgələrindəki yerli mülki məclisləri əhatə edir.[70][1][71]
Regionun əhalisi tarixən çox müxtəlif idi. Son əsrlərdə hansı qrupların çoxluq və ya azlıq təşkil etməsini qərarlaşdıran bir neçə böyük dəyişiklik olmuşdur.[b]Əl-Həsəkə mühafəzəsi tarixən köçəri və oturaq ərəblərin ərazisi idi.[79] Regiondakı kürd əhalisinin əksəriyyəti ora XX əsrdə Anadoludan köçmüşdür.[80]1915-ci ildə başlayan etnik qarşıdurmalar səbəbiylə XX əsrin əvvəllərində burada əhəmiyyətli bir demoqrafik dəyişiklik gerçəkləşmişdir. Bu dövrdə bir çox aysor və erməni Anadoludan Suriyaya qaçmışdır. 1920-ci illərdə Türkiyədəki uğursuz kürd üsyanlarından sonra Suriyanın şimal-şərqinə böyük bir kürd axını olmuşdur. Fransa mandat səlahiyyətlərinin rəhbərliyi 25 min kürdün bu vaxt Suriyaya qaçdığı təxmin edilir.[81] Fransızlar onların mühacirətlərini təşviq etmiş və onlara Suriya vətəndaşlığı vermişdir.[82]
Suriyada Fransa mandatı dövründə regiona yeni gələn kürdlərə mandat səlahiyyətliləri tərəfindən vətəndaşlıq və xeyli hüquqlar verilmişdir.[83] Səlahiyyətlilər parçala və idarə et strategiyasının bir hissəsi olaraq azlıqların muxtariyyətini təşviq etmiş və kürdləri, o cümlədən nüseyri və druz kimi digər azlıq qruplarını davamlı şəkildə yerli silahlı qüvvələrə cəlb etmişdir.[84] Türkiyədən gələn kürd köçünün son əhəmiyyətli dalğası 1945–1961-ci illərə təsadüf edir. Bu, 1954–1961-ci illərdə Əl-Həsəkə mühafəzəsinin əhalisinin 240 mindən 305 minə qədər artmasına güclü töhfə vermişdir.[85] Türkiyədən kürd mühacirətinin gətirdiyi demoqrafik dəyişikliklərə əlavə olaraq, Suriya hökuməti ərəbləşdirmə siyasətini başlatmışdır. Beləliklə, Rəqqə və Hələbdəki daşqınlardan əziyyət çəkən 4 min ərəb ailəsi Əl-Həsəkə mühafizəsində yeni salınan kəndlərə yerləşdirilmişdir.[86][87]
Müasir dövrdə başqa bir dəyişiklik BƏƏS hakimiyyəti dövründə gerçəkləşmişdir. Bu zaman hökumət yerli kürdləri evlərindən didərgin etmiş, Suriyanın şimalına əlavə ərəb əhalisi köçürmüşdür.[86][87] Ən son olaraq, Suriyada vətəndaş müharibəsi zamanı bir çox qaçqın ölkənin şimalına qaçmışdır. İraqdan olan bəzi etnik ərəblər də Suriyanın şimalına qaçmışdır.[88][89][90] Bununla birlikdə, 2018-ci ilin yanvar ayına olan məlumata görə, region idarəsi altında olan ərazidə yalnız iki milyon insanın yaşadığı təxmin edilir. Bəzi mənbələr vətəndaş müharibəsi başlayandan bu günə qədər regionun müharibə dövründə üzləşdiyi iqtisadi çətinliklər səbəbiylə təxminən yarım milyon insanın mühacirət etdiyini qeyd edir.[7] Vətəndaş müharibəsi nəticəsində Suriyanın şimalının etnik tərkibinə dair təxminlər çox müxtəlifdir. Bəzi mənbələr kürdlərin, bəziləri isə ərəblərin əksəriyyəti təşkil etdiyini iddia edir.[91] "Əl-Cəzirə" 2019-cu ilin oktyabr ayında Suriyanın şimal və şimal-şərqində yaşayan 4,5 milyon nəfərlik əhalinin yalnız 10 faizinin kürd olduğunu bildirmişdi.[92]
Kürdlər Suriyanın şimal-şərqində və şimal-qərbində yaşayırlar.[93] Mədəni və dil baxımından İrandilli xalqlardan biri olaraq təsnif edilirlər.[94][95][96] Kürdlər 2010-cu ildə həm Cəzirə, həm də Fərat vilayətlərinin əhalisinin 55%-ni təşkil edirdi.[97]
Şimali Suriyanın müəyyən bölgələrində iki etnik qrup əhəmiyyətli azlığı təşkil edir:
Aysorlar əsasən muxtar regionun Cəzirə bölgəsində yaşayırlar.[104][105][106] Onlar xüsusilə Qamışlı, Əl-Həsəkə, Rəsulayn, Əl-Məlikiyyə və Əl-Qəhtaniyyə kimi şəhər yerlərində, habelə Təll-Təmr bölgəsindəki kəndlərdə yaşayırlar. Ənənəvi olaraq sami dillərindən şimal-qərbi yeni arami dilində danışırlar.
Türkmanlar Əfrin ilə Fərat bölgələri arasında yaşayırlar. ƏzazdənCərablusa qədər olan ərazilərdə regional çoxluq təşkil edirlər. Afrin və Fərat bölgələrində də yaşayırlar.[107][108]
Muxtar region ərazisindəki fərqli dillərə status verir. İdarənin "sosial müqaviləsi"ndə deyilir ki, "Şimali Suriyadakı bütün dillər sosial, təhsil, mədəni və inzibati işlər də daxil olmaqla, həyatın bütün sahələrində bərabərdir. Hər bir xalq öz həyatını və işlərini ana dilindən istifadə edərək təşkil edə bilməlidir".[111] Təcrübədə ərəb və kurmanci dilləri əsasən bütün sahələrdə və əksər rəsmi sənədlərdə istifadə olunur. Süryani dili əsasən Cəzirə bölgəsində, türk və adıq dilləri isə Mənbic bölgəsində istifadə olunur.
Şimali Suriyada danışılan dörd əsas dil aşağıdakılardır:
Şimali Suriyadakı əksər etnik kürdlər və ərəblər sünni İslamı qəbul edirlər. Həmçinin, etnik aysorlar ümumiyyətlə Süryani Ortodoks, Xaldey Katolik, Süryani Katolik və ya Şərq Aysor Kilsəsinin tərəfdarlarıdır. Yezidilik kimi başqa dinlərə bağlı olanlar da var.[114] Regiondakı hakim PYD partiyası və siyasi idarəçilik qətiyyətlə sekulyardır.[31][115]
Bu siyahıya regionun 10 min nəfərdən çox əhalisi olan bütün şəhər və qəsəbələri daxildir. Əhali sayı 2004-cü ildə Suriyada keçirilən əhali siyahıyaalmasına görə verilmişdir.[116]
Açıq boz rənglə vurğulanan şəhərlər qismən Suriya hökumətinin mülki nəzarəti altındadır.[117][118][119][120]
Suriyada vətəndaş müharibəsi başlayandan bəri YPG-yə qarşı insan haqları pozuntusu, müharibə cinayətləri və etnik təmizləmə ittihamları irəli sürülmüşdür. Bunlara Türkiyə ilə sərhəddəki Təl-Əbyəz şəhərininİraq Şam İslam Dövlətindən (İŞİD) alınması və digər əməliyyatlar daxildir. İttihamların bir qismi Türkiyədən və Türkiyənin dəstəklədiyi Suriya üsyançılarından, o cümldən regiondakı müxalif qruplardan gəlmişdir. Həmçinin, digər iddiaları çoxsaylı insan hüquqları təşkilatları, habelə Qərb və regional jurnalistlər səsləndirilmişdir.[122][123][124][125]
"Amnesty International" region rəhbərliyinin "heç bir əsası olmadan qəsdən mülki evləri dağıtdığını, bəzi hallarda bütün kəndləri yandırdığını və onların sakinlərini didərgin saldığını" bildirmişdir. Təşkilat idarənin səlahiyyətlərindən "sui-istifadə etdiyini və beynəlxalq humanitar qanunu həyasızca pozduğunu" əlavə etmişdir. "Amnesty International" mütəxəssisləri döyüş nəticəsində baş verməyən genişmiqyaslı köçürmə və dağıntıya şahid olmuşdur. Təşkilata görə, muxtar idarə tərəfindən əvvəllər İŞİD-in ələ keçirdiyi kəndlərdə mülki şəxslərin qəsdən, koordinasiyalı şəkildə cəzalandırılması kampaniyası aparılmışdır.[126]
İdarə rəhbərliyi siyasi avtoritarizmə görə müxtəlif partizan və qeyri-partizan mənbələr tərəfindən geniş şəkildə tənqid edilmişdir.[127] Muxtar idarənin nəzarət etdiyi ərazilərdə YPG-nin baxış bucağını tənqid edən jurnalistlərin, media orqanlarının və siyasi partiyaların fəaliyyətinin qadağan edlməsi də tənqid edilmişdir.[128][129]
↑"Rojava" (mənası – Qərb) adı 2016-cı ilə qədər regionun PYD hökuməti üçün istifadə edilirdi.[9][10][11] O vaxtdan bəri bu ad yerli və beynəlxalq müşahidəçilər tərəfindən istifadə olunur.[12][13]
↑Lister, 2015. səh. 154: "On 19 July the PYD formally announced that it had written a constitution for an autonomous Syrian Kurdish region to be known as West Kurdistan."
↑Vanly, (1992). səh. 116: "To the east of Kurd-Dagh and separated from it by the Afrin valley lies the western and mountainous part of the Syrian district of Azaz which is also inhabited by Kurds, and a Kurdish minority lives in the northern counties of Idlib and Jerablos. There is reason to believe that the establishment of Kurds in these areas, a defensive site commanding the path to Antioch, goes back to the Seleucid era."
Official figures available in 1961 showed that in a mere seven year period, between 1954 and 1961, the population of al-Hasaka governorate had increased from 240,000 to 305,000, an increase of 27 per cent which could not possibly be explained merely by natural increase. The government was sufficiently worried by the apparent influx that it carried out a sample census in June 1962 which indicated the real population was probably closer to 340,000.
↑Bois, T.; Minorsky, V.; MacKenzie, D.N. Kurds, Kurdistan // Bearman, P.; Bianquis, T.; Bosworth, C. E.; van Donzel, E.; Heinrichs, W. P. (redaktorlar ). Encyclopaedia Islamica. Brill. 2009. The Kurds, an Iranian people of the Near East, live at the junction of more or less laicised Turkey. ... We thus find that about the period of the Arab conquest a single ethnic term Kurd (plur. Akrād) was beginning to be applied to an amalgamation of Iranian or iranicised tribes. ... The classification of the Kurds among the Iranian nations is based mainly on linguistic and historical data and does not prejudice the fact there is a complexity of ethnical elements incorporated in them.
↑Mordechai Nisan, Minorities in the Middle East: A History of Struggle and Self-Expression, p. 180
↑Steven L. Danver, Native Peoples of the World: An Encyclopedia of Groups, Cultures and Contemporary Issues, p. 517
↑Richard T. Schaefer, Encyclopedia of Race, Ethnicity, and Society, p. 107
↑The British Survey, By British Society for International Understanding, 1968, p. 3
↑Farzad Sharifian, René Dirven, Ning Yu, Susanne Niemeier, Culture, Body, and Language: Conceptualizations of Internal Body Organs across Cultures and Languages, p. 268
↑Aztag Daily, 10 February 2000, article edited by Mania Ghazarian and Ashod Sdepanian