Mixail Romm

Mixail İliç Romm (rus. Михаи́л Ильи́ч Ромм; 11 (24) yanvar 1901[1], İrkutsk, Rusiya imperiyası[2]1 noyabr 1971[2][3][…], Moskva[2]) — Sovet kinorejissoru. SSRİ xalq artisti (1950).

Mixail Romm
Doğum adı Михаил Ильич Ромм
Doğum tarixi 11 (24) yanvar 1901[1]
Doğum yeri
Vəfat tarixi 1 noyabr 1971(1971-11-01)[2][3][…] (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
Fəaliyyəti Rejissor
Təhsili
  • Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbi[d] (1917–)
Üzvlüyü
Mükafatları "SSRİ xalq artisti" fəxri adı RSFSR əməkdar incəsənət xadimi Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatı
"Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı
"Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Moskvanın 800 illik xatirəsinə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
IMDb ID0739677

Mixail Romm 1901-ci yanvarın 24-də Rusiyanın İrkutsk şəhərində anadan olub. 1925-ci ildə Ali Bədii-Texniki İnstitutunu bitirərək, heykəltaraş və tərcüməçi ixtisasına yiyələnib. 1930-cu illərdən kino sahəsində işləməyə başlayıb. Əvvəlcə ssenarilər yazır, sonra “Soyuzkino” (indiki “Mosfilm”) studiyasında rejissor assistenti işləyib. 1933-cü ildə quruluşçu rejissor kimi fransız yazıçısı Gi de Mopassanın “Gonbul” hekayəsinin motivləri əsasında eyniadlı film çəkir. İlk ekran işi uğur qazanır və bundan sonra rejissor Orta Asiyada sovet hakimiyyətinin qurulması mövzusunda “On üçüncü” filmini lentə alır.

Mixail Romm daha çox Oktyabr inqilabı və Lenin haqqında filmləri ilə məşhurdur. “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə” filmləri vaxtilə sovet kinosunun şedevrləri sayılırdı.

1940-1950-ci illərdə rejissor antifaşizm mövzusuna müraciət edir və bir sıra filmlər çəkir. Bunlardan “Adi faşizm” sənədli, “217 № adam”, “Gizli missiya”, “Dante küçəsində qətl” və digər bədii filmləri o dövr sovet kinosunun ən seçilən ekran əsərləri idi. “Adi faşizm” sənədli filmi 1965-ci ildə Almaniyanın Leypsiq şəhərində keçirilən beynəlxalq kinofestivalda mükafat qazanır. Məhz bu film müəllif kinosunun yaranmasına bir təkan olur.

Rejissorun 1961-ci ildə çəkdiyi nüvə tədqiqatçıların həyatından bəhs edən “Bir ilin doqquz günü” filmi Bolqarıstanda keçirilən beynəlxalq kinofestivalda əsas mükafata layiq görülür. Filmdə əsasən elm adamları arasındakı psixoloji münasibətlər önə çəkilib.

Beynəlxalq festivallarda qazandığı müvəffəqiyyət Mixail Rommu yeni filmlər çəkməyə ruhlandırır. Ancaq xəstəlik və uzunmüddətli gərgin iş onu əldən salmışdı. Sənətkar 1971-ci ildə vəfat edir. Onun yarımçıq qalmış “Mən yenə də inanıram”, “Dünya bu gün” filmləri ölümündən sonra sənət dostları tərəfindən çəkilib başa çatdırılır.

Sovet kinosunda özünəməxsus sənət məktəbi yaradan Mixail Rommun yetişdirmələri arasında Tengiz Abuladze, Georgi Çuxray, Andrey Tarkovski, Vasili Şukşin kimi görkəmli rejissorlar olub.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 Ромм Михаил Ильич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 Michail Iljitsch Romm // Berlin İncəsənət Akademiyası. 1696.