Miyamoto Musaşi

Miyamoto Musaşi (yap. 宮本 武蔵; 1584[1]5 iyun 1645) — gənclik dönəmlərində Miyamoto Bennosuke və ya Miyamoto Musana adları ilə tanınan məşhur yapon qılınc ustası. Tarixdə ən məşhur qılınc ustalarından hesab olunur. Gənc yaşlarından etibarən iştirak etməyə başladığı qılınc duelləri nəticəsində bir çox məşhur rəqibini məğlub etmişdir. Hiyoho Niten İçi-riyu döyüş stilinin atası sayılır. Miyamoto Musaşi fəlsəfi və taktiki fikirlərinin yazıldığı və günü bu gündə geniş şəkildə istifadə olunan Beş çevrə kitabının müəllifidir.

Miyamoto Musaşi
yap. 宮本 武蔵
Doğum tarixi
Doğum yeri Harima, Yaponiya
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Hiro, Yaponiya
Milliyyəti yapon
Fəaliyyəti döyüşçü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miyamoto Musaşinin həyatı ilə bağlı tarixi mənbələrdə bir çox faktlar olsa da, onun həyatının bütün dövrləri məlum deyil. Tarixçilər tərəfindən qəbul edilmiş, ümumi fikir belədir ki; böyük qardaşı Sirota (1578-1660) və Musaşi, Mimasaka əyalətinin Miyamoto kəndində yaşayan, Hiratalar olaraq adlandırılan varlı samuray nəslindəndir. Digər bir ehtimala görə isə Miyamoto həmin əyalətdə yerləşən Bansu kəndində dünyaya gəlmişdir. Musaşi ailəsi Şinmen boyuna mənsub idi. Musaşi yazdığı beş çevrə kitabında Şinmen boyuna mənsub olduğunu və əsl adının Musaşi no Kami Fujivara no Genşin olduğunu yazmışdır.

Musaşinin doğum tarixi ilə bağlı bəzi fikir ayrılqıları mövcuddur. Doğulduğu yer və zamana aid olan məlumatlar tam dəqiq deyildir. Mənbələrdə atasının adı Hirata Munisayi şəklində qeyd edilmişdir. Hirata Munsayi Şinmen boyuna bağlı, jitte silahlı dəstəsinin ustad döyüşçülərindən biri idi. O, eyni zamanda qılıncla davranmaqda mahir bir döyüşçü kimi tanınırdı.

Gənclik illərində Yoşiyoka ilə qılınc duellinə girmiş və qalib gəlmişdir. Bu qələbədən sonra şoqun tərəfindən Hirata Munisayi Yaponiyanın ən yaxşısı ünvanını almışdır. Munisayi meşəlik ərazidə yerləşən evində övladlarına jitte fəndləri əsasında qılınc dərsləri keçməyə başladı. Munisayinin məzarında vəfat tarixi kimi 1580-cı il qeyd olunmuşdur. Bu tarix Musaşinin doğum tarixi olaraq qəbul edilən 1584-cü il ilə uyğunluq təşkil etmir.

  1. WorldCat (çd.). 1971.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]