Mollanəsrəddinçilər

Əzim Əzimzadənin Molla Nəsrəddin jurnalında nəşr olunmuş ilk karikaturası. 1906, 19 may. (VII bıraxılış - IV səhifə)

Mollanəsrəddinçilər - Yaradıcılıq prinsiplərinə görə bir-birinə yaxın olan. Cəlil Məmmədquluzadənin təsis etdiyi və redaktoru olduğu Molla Nəsrəddin jurnalı ətrafında birləşmiş şair, yazıçı, jurnalist və rəssamlar: Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir. Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzə Əli Möcüz, Əzim Əzimzadə və başqa fəal və tanınmış mollanəsrəddinçilərdi. Yaradıcılıq metoduna görə mollanəsrəddinçilər tənqidi realistlər idi. Onların başlıca mövzusu və tənqid hədəfi dövrün ictimai-siyasi, ideoloji problemləri, cəhalət, fanatizm, qadın huquqsuzluğu, məişətdəki və düşüncələrdəki eybəcərliklər və s. olmuşdur. Mollanəsrəddinçilər Azərbaycan ədəbiyyatını janrdil baxımından zənginləşdirmişlər.