Monqol hörücüsü, Sərçəkimilər dəstəsindan bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Monqol hörücüsü | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: ???: Monqol hörücüsü |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Monqol hörücüsü, kiçik, uzun quyruqlu bir quşdur. Böyük, qısa başı və qalın boz-sarı dimdiyi vardır. Erkəklərin “qaşı” və alt hissələri (sinəsi və böyürləri) çəhrayı xallarla örtülüdür. Qanadlarında ağ və çəhrayı rənglərdə geniş zolağlar var.
Növ dünyada böyük bir yayılma arealına malikdir Türkiyənin şərqindən Qafqaza, eləcə də Orta Asiyadan Çinə qədər; Monqolustanı və Cənubi Kəşmiri əhatə edən ərazidə rast gəlinir. Naxçıvan Muxtar Respublikasında 1915 ildə yazda Bulgan, 1960-1970- ci illərdə Aza (Culfa rayonu) kəndləri ətrafında. İndiki vaxtda Culfa rayonunun “Noxuddağ” və “Gendərə” ərazilərində qeydə alınmışdır.
Quraq dağlıq sahələrdə (1000 - 4000 m) yarı quraq bölgələrdə, qayalıq yamaclarda yuvalayır. Oturaq növdür.
Avropada ehtimal olunan sayı 520 cüddən çoxdur (Türkiyə, Ermənistan Azərbaycan). Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikasında Culfa rayonunun “Noxuddağ” ərazisində 2010-cu bizim tərəfdən müşahidə olunmuşdur. Say; hər 5 km2 -də 0 - 1 fərddən çox olmur. Ərazidə ümumi sayı 10 - 15 cüttdən çox deyildir
Davamsız otarma nəticəsində birki toxumlarının azalması və qayalıqların deqradasiyası. Qorunması üçün qəbul edilmiş tədbirlər: Ərazinin Ordubad Yasaqlığının tərkibinə daxil edilməsi müəyyən qədər faydalı olmuşdur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər: Otarmanın məhdudlaşdırılması növün qorunmasınıa kömək edər