Nəhəng şimal fırtınaquşu

Nəhəng Şimal fırtınaquşu[3] (lat. Macronectes halli) — olduqca iri, yırtıcı, dəniz quşu. Fırtınaquşukimilər dəstəsinə (Procellariiformes), Fırtınaquşular fəsiləsinə (Procellariidae) daxil olan növ. Növ Avstraliyalı Qreqori Metyuson (ing. Gregory Mathews, 1876–1949) tərəfindən 1912 ildə qeydə alınmışdır. Nəhəng fırtınaquşu (Macronectes) cinsinə daxil olan iki növdən biridir.

Nəhəng şimal fırtınaquşu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Nəhəng şimal fırtınaquşu
Beynəlxalq elmi adı

Əsasən Cənub okeanının Antarktida haqqında konvensiyada nəzərdə tutulan ərazidən şimalda yaşayır. Böyük mənada Nəhəng cənub fırtınaquşunun arealı ilə kəsişsədə nisbətən şimalda belə görülür,

Xüdusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Nəhəng cənub fırtınaquşu ilə birlikdə öz fəsiləsinin ən iri quşlarıdır. Cənubi Georgiya ərazisində yuxa quran quşların dimdiyi 85–100 mm, qanadı 482–564 mm. Gözün ətrafı yetkin quşlarda parlaq-boz, yaşımtəl, cavan fərdlərdə qəhvəyi olur. Yetkin fərdlərin bədəni tünd-boz, ön hissə isə ağımtıl olur. Hələ yetkinləşməmiş fərdlərdə isə nisbətən tünddür[3].

Bu növün nümayyəndələrinə Cənub okeanının cənun və şimal sərhədləri daxilində, Atlantik okeanın cənubu, SakitHind okeanının mülayim və subtropik qurşaqlarına qədər olan ərazilərdə belə görmək olur. Üstəlik Avstraliya cənubu, ÇiliArgentinanın şimal sularında belə görünürlər. Onlar əsasən Cənubi Georgi adasında yayılmışlar. Burada ümumi sayları 4500 çütdür. Çatem adası, Kroze adaları, KergelenMakkuori adası əsas areallardandır. Arealın ümumi sahəsi 82 600 000 km²-dir (31 900 000 mil²)[4].

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. 1 2 Онли Д., Бартл С. (1999): Определение видов морских птиц, обитающих в Южном океане. Справочник для научных наблюдателей, находящихся на борту рыболовных судов. Музей Новой Зеландии Те Папа Тонгарева. Веллингтон: Те Папа Пресс. 85 с.
  4. Northern Giant-petrel Macronectes halli Arxivləşdirilib 2016-06-28 at the Wayback Machine. BirdLife International: (2013). Проверено 24 июля 2013

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]