Nəhəng cənub fırtınaquşu

Nəhəng cənub fırtınaquşu[3] (lat. Macronectes giganteus) — olduqca iri, yırtıcı quş. Növ Fırtınaquşular (Procellariidae) fəsiləsinə, Fırtınaquşukimilər (Procellariiformes) dəstəsinə daxildir. Növ ilk dəfə alman həkimi, botanik və zooloqu İohan Qmelin Fridrix (alm. Johann Friedrich Gmelin‎, 1748–1804) tərəfindən 1789 ildə Odlu Torpaq arxipelaqına daxil olan İsla-de-los-Estados adasında aşkarlamışdır. Nəhəng fırtınaquşu cinsinə daxil olan iki növdən biridir.

Nəhəng cənub fırtınaquşu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Nəhəng cənub fırtınaquşu
Beynəlxalq elmi adı

Yamayış arelı əsasən Cənub okeanı akvatoriyası üzərində yerləşən məkandır. Nəhəng şimal fırtınaquşu ilə arealının üst-üstə düşməsinə baxmayaraq nisbətən cənubda yayılmışdır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Nəhəng cənub fırtınaquşu (tünd rəngli)
Cavan Nəhəng cənub fırtınaquşu
Ağ Nəhəng cənub fırtınaquşu. amundsen dənizi, 27 fevral 2010 il

Nəhəng fırtınaquşu cinsinə daxil olan iki növ öz fəsiləsinin ən iri quşlarıdır. Qanadları arasında məsafə 185–205 sm, çəkisi isə 2,63–5,24 kq təşkil edir. Dimdiklərinin uzunluğu 85–103 mm, qanadları 500–550 mm, 187–211 mm-dir. Dimdikləri sarı, sonluğu yaşımtıldır. Göz ətrafı tündür[3][4] .

Bu növün nümayəndələri Cənub okeanı akvatoriyasında, Çili, Argentina, Cənubi AfrikaAvstraliyanın cənubunda yayılmışdır. Arealın ümumi sahəsi 36 000 000 km²-dir (14 000 000 mil²). Ən iri koloniyaların olduğu ərazilər: Folklend adaları, İsla-de-los-Estados, Cənubi Georgiya, Cənubi Orkney adaları, Cənubi Şetland adaları, Kroze, Prins-Eduard adaları, Herd adası və Makdonald adaları, Makkuori adası, Kergelen, QofTristan-da-Kunya, Dieqo-Ramires adaları, İsla-Nuar adası (isp. Isla Noir), Antarktidanın dörd vahəsində və Adel Torpağı[5][6][7][8]

Bu fırtınaşunun qidalanma rasionu rəndarəngdir. Demək olar ki, hər şeyi yerirlər. Əsasən dəniz məməliləri və dəniz quşları ilə qidalanır. Qidalanmaya həm də balıq, kalmarantarktika krili belə daxildir. Digər dəniz quşları və onların yumurtaların əsas qidasıdır. Sahildə və dənizdə qidalanırlar. Hazırda balıqçı gəmiləri ətrafında dolaşırlar. Keçmişdə balina ovunu həyata keçirən gəmilərə qonaraq balinaların qalıqları ilə qidalanırdılar. Kroze adalarında qidalarının 83 % pinqvinlər, əsasən kral pinqvini (67 %)[4] təşkil edir.

Yetkinlik 6–7 yaşında baş verir. Ancaq çoxalma 10 illiyinə təsadüf edir. Yumurtalamaq oktyabrdan başlayır. Yuva quran koloniyalarda quşların sayı olduqca az olur. Yuvanı mamır və otların üzərində, daşlıq və suxurlarda olan çalalarda qururlar. Dişilər ancaq bir yumurta qoyur. Yumurtaya valideynlər 55–66 gün müddətində baxır. Balalar yumurtadan çıxdıqdan 104–132 gün müddətində valideynlərin nızarətində olurlar[9]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. 1 2 Онли Д., Бартл С. (1999): Определение видов морских птиц, обитающих в Южном океане. Справочник для научных наблюдателей, находящихся на борту рыболовных судов. Музей Новой Зеландии Те Папа Тонгарева. Веллингтон: Те Папа Пресс. 85 с.
  4. 1 2 Пекло А. М. (2007): Птицы Аргентинский островов и острова Питерман. Кривой Рог: Минерал. 264 с.
  5. Double M. C. (2003): Procellariiformes (Tubenosed Seabirds). In: Hutchins M., Jackson J. A., Bock W. J. et al. Grzimek's Animal Life Encyclopedia. Vol. 8. Birds. Part I. Tinamous and Ratites to Hoatzins. Joseph E. Trumpey, Chief Scientific Illustrator (2 ed.). Farmington Hills, MI: Gale Group. pp. 107–111. ISBN 0-7876-5784-0.
  6. Maynard B. J. (2003): Shearwaters, petrels, and fulmars (Procellariidae)". In: Hutchins M., Jackson J. A., Bock W. J. et al. Grzimek's Animal Life Encyclopedia. Vol. 8. Birds. Part I. Tinamous and Ratites to Hoatzins. Joseph E. Trumpey, Chief Scientific Illustrator (2 ed.). Farmington Hills, MI: Gale Group. pp. 123–133. ISBN 0-7876-5784-0
  7. Kusch A., Marín M., Oheler D., Drieschman S. (2007): Notas sobre la avifauna de la Isla Noir (54°28’ S — 73°00’ W). Anales Instituto Patagonia (Chile). 35(2). P. 61–66.
  8. Southern Giant-petrel Macronectes giganteus Arxivləşdirilib 2016-06-26 at the Wayback Machine. BirdLife International: (2009).
  9. Gotch A. F. (1995) [1979]: Albatrosses, Fulmars, Shearwaters, and Petrels. Latin Names Explained A Guide to the Scientific Classifications of Reptiles, Birds & Mammals. New York, NY: Facts on File. 192 p.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]