Bakı şəhəri Nəsimi rayon Samir Hacıyev adına 5 saylı tam orta məktəb — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ümumi təhsil müəssisəsi.
Bakı şəhəri Nəsimi rayon Samir Hacıyev adına 5 saylı tam orta məktəb | |
---|---|
Beynalxalq adı | Samir Hajiyev full secondary school No. 5, Nasimi district, Baku city |
Əvvəlki adı | C.Hacıyev adına Bakı şəhər 5 saylı məktəb |
Əsası qoyulub | 1 sentyabr 1970 ) |
Direktor | Nərminə Gündüzlü |
Şəhər | Bakı |
Ölkə | Azərbaycan |
Ünvan | Bakı şəhəri Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 68A |
Sayt | bakimektebleri.edu.az/5/ |
Bakı şəhəri 5 nömrəli orta məktəbin əsası 1 sentyabr 1970-ci ildə qoyulmuşdur. 25 sentyabr 1994-cü il Xalq Deputatları Sovetinin Rəyasət Heyyəti tərəfindən verilmiş qərara əsasən, şəhid Samir Hacıyevin adı Bakı şəhəri 5 nömrəli tam orta məktəbə verilib. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda irəli sürülən təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması tələbinə uyğun olaraq, Bakı şəhəri 5 və 292 nömrəli tam orta məktəbləri birləşdirilməklə yenidən təşkil edilmiş və onlar müvafiq olaraq 5 nömrəli tam orta məktəb adlandırılmışdır. Məktəbin məzunu olmuş Birinci Qarabağ müharibəsi şəhidi Samir Hacıyevin adını daşıyan, bütün avadanlıqlarla təchiz olunmuş bu məktəbdə 2022-2023-cü tədris ilində 2102 şagird təhsil alır və onların təhsili ilə 135 müəllim məşğul olur. Məktəb “Məktəbin innovasiya fəaliyyəti təhsilin keyfiyyətinin əsas şərtidir! “ devizi altında ibtidai (1-4 siniflər), ümumi-orta (5-9 siniflər) və tam orta ( 10-11 siniflər) təhsil səviyyələrini əhatə etməklə 1 növbəli, 5 günlük iş rejimi ilə fəaliyyət göstərir. Məktəbdə xarici dil kimi şagirdlərə ingilis və rus dilləri və 2-ci sinifdən başlayaraq şahmat fənni tədris olunur. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Pedoqoji kollektivin 99% ali təhsilli müəllimlərdən ibarət olub, onlar içərisində “Əməkdar müəllim”, “Elmlər namizədi”, “Fəlsəfə doktoru”,”Tərəqqi medalı”na layiq görülmüş, “Qabaqcıl təhsil işçisi”ləri, “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibləri yer tutur. Ötən tədris ilində ümumi orta təhsil kursu üzrə şagirdlərin buraxılş imtahanlarının nəticələri də ürəkaçan olmuş və nəticələrə görə Bakı şəhəri üzrə reytinq cədvəlində 68-ci yerdə məskunlaşmışdır. 5 №-li tam orta məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən biri də fənlərin tədrisi vəziyyətinin müasir tələblərə cavab verən inteqrativ, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. 5 №-li tam orta məktəb ötən tədris ilində məktəbin bir çox müəllimləri yuxarıda qeyd olunanları həyata keçirmək üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən təşkil olunmuş treninq və kursların iştirakçıları olmuş və müxtəlif innovativ layihələrlə bağlı sertifikatlara layiq görülmüşlər. Məktəb demokratik prinsiplər əsaslanan, şagirdlərdə liderlik qabiliyyətini inkişaf etdirən “ Uşaq parlamenti”, “Şagird elmi akademiyası” və bir sıra nazirliklər və cəmiyyətlər fəaliyyət göstərir. 5 №-li orta məktəb şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə də geniş yer verir. Yüksək peşəkarlıq səviyyəsində keçən bu tədbirlərin nəticəsidir ki, son 3 ildə xeyli sayda ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökümət təşkilatları məktəb haqqında müsbət mülahizə və rəylər irəli sürmüşdür. Məktəbin zəngin kitabxanası mövcuddur. Kitabxanın ümumi fondu 51275 ədəddir. Bakı şəhəri Nəsimi rayon Samir Hacıyev adına 5№-li tam orta məktəb şagirdlərin bədii ədəbiyyata marağını artırmaq məqsədilə kitabxananın illik iş planına uyğun olaraq mütəmadi şair və yazıçılarla görüşlər keçirir, şagirdlərin iştirakı ilə səhnələşdirilmiş tamaşalar, kütləvi kitabxanalara ekskursiyalar təşkil edir. Məktəb təhsil sahəsində yeniliklərin reallaşması istiqamətində durmadan çalışır və bu sahədə işini davam etdirir.
● Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 İyul 2010-cu il tarixli 997 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayon Samir Hacıyev adına 5 nömrəli tam otra məktəb 2009-2010-cu tədris ilində keçirilmiş "50 ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ" müsabiqəsinin qalibi olmuşdur.
● Azərbaycan Respublikası Prezidenti təqaüdünə layiq görülən məktəb məzunları:
● 2 may 2012-ci il tarixdə Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz Üniversiteti ilə Bakı şəhəri Nəsimi rayon Samir Hacıyev adına 5 nömrəli tam orta məktəb arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
● Pedaqoji heyətin uğurları:
● Kitab müəllifləri:
● Məktəb şagirdlərinin uğurları: