Namiq Məmmədov (ictimai xadim)

Namiq Məsim oğlu Məmmədov (1 fevral 1976, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycanlı iş adamı, mesenat, ictimai xadim. "Caspel" MMC şirkətinin idarə heyətinin sədri. İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü (2009–2015), "Tərəqqi" medalı laureatı (2014).

Namiq Məmmədov
azərb. Məmmədov Namiq Məsim oğlu
Namiq Məmmədov (2010)
Namiq Məmmədov (2010)
Digər adı Namiq
Doğum tarixi 1 fevral 1976(1976-02-01) (48 yaş)
Doğum yeri
Atası Məsim
Milliyyəti Azərbaycanlı
İxtisası Hüquq
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti,
Bakı Dövlət Universiteti,
Moskva Dövlət Hüquq Universiteti
Fəaliyyəti İctimai xadim,
Biznesmen,
Mesenat
Fəaliyyət illəri 1992 – indi
Mükafatları "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Namiq Məmmədov 1 fevral 1976-cı ildə Ermənistan SSR–in Quqark rayonunun Arçut kəndində (tarixi Qərbi Azərbaycanın Pəmbək mahalı) müəllim ailəsində anadan olmuşdur.[1]

Azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.[2]

Namiq Məmmədov 1983–1988-ci illərdə M. F. Axundov adına Arçut kənd orta məktəbində, 1988–1992-ci illərdə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə oxumuş, 1992–1993-cü illərdə isə Bakı şəhərindəki 43 saylı Gənc İstedadlar Liseyində məktəb təhsilini başa vurmuşdur.

1993-cü ildə Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinə daxil olmuş, sonradan köçürmə yolu ilə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Mühəndis İqtisadiyyatı və İdarə olunması" fakültəsində davam etdirmiş, 2003-cü ildə ali təhsilini bitirmişdir.

2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilinə davam etmiş, oranı hüquqşünas ixtisası üzrə bitirmişdir. Daha sonra O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır.

Hal-hazırda hüquq üzrə fəlsəfə doktoru (Phd) səviyyəsində təhsilini davam etdirir. 4 elmi məqaləsi nəşr edilmişdir.

"Rusiya Federasiyasında və Azərbaycan Respublikasında elektron hökumətin fəaliyyətinin məlumat-hüquqi təminatı (müqayisəvi-hüquqi araşdırma)" mövzusunda elmi dissertasiya üzərində işləyir.

Azərbaycan, rus, türkingilis dillərində sərbəst danışır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1992-ci ildə "Marko Computer Technologies" şirkətində elektron hesablama maşınlarının (EVM) nizamlayıcısısı.[3]
  • 1999-cu il həqiqi hərbi xidmətdən sonra "Caspian American Telecom" birgə müəssisəsində satış üzrə menecer.
  • 2000-ci il "Caspian American Telecom" satış və marketinq departamentinin müdiri.
  • 2001–2002-ci illərdə "R. I. S. K." elm-istehsalat şirkətində satış üzrə məsul menecer.
  • 2002–2005-ci illərdə "Caspian Electronics" şirkətində baş menecer.
  • 2005-ci ildə "Caspel" MMC şirkətində baş direktor.
  • 2008-ci ildən hal-hazıra kimi isə beynəlxalq holdinq olan "Caspel" MMC şirkətində İdarə Heyətinin sədri.[3]
Azərbaycan Prezidenti İlham Əliyev və Namiq Məmmədov (Oğuz-Qəbələ-Bakı su borusunun açılışı. 28 dekabr 2010)
İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evində (ən sağda Namiq Məmmədov) (19 noyabr 2018)

Namiq Məmmədovun rəhbərliyi altında bir sıra mühüm layihələr həyata keçirilmişdir. O cümlədən:

  • Proqram təminatı xətləri hazırlanıb tətbiq edilmişdir. Bu, biznes-proseslərin avtomatlaşdırılması, rəqabətli üstünlüklərin yaradılması və müəssisələrin idarəedilməsinin effektivliyinin əhəmiyyətli dərəcədə artırılması yollarının əldə edilməsinə imkan vermişdir.
  • "Caspel APP" ("CLAPP") proqram xətti Azərbaycanın bir çox kommersiya, maliyyə müəssisə və təşkilatlarında və dövlət qurumlarında müvəffəqiyyətlə tətbiq edilmişdir.
  • Azərbaycanın bir neçə şəhəri arasında fibro-optik kommunikasiya xətləri çəkilmişdir. Ümumilikdə bu, Azərbaycanda kommunikasiya sisteminin keyfiyyətinin artırılmasına imkan vermişdir.
  • Həyata keçirilmiş layihələrdən biri də respublikada fəlakətə-davamlı ehtiyat sistemlərinin yaradılmasıdır. Azərbaycanın müxtəlif seysmik aktiv zonalarında quraşdırılmış bu sistem, həm əməliyyat sistemi kimi, həm də məlumatların qorunub saxlanması sistemi kimi fəaliyyət göstərir ki, bu da dövlət maliyyə və kommersiya institutlarının fasiləsiz işləməsinə imkan verir.
  • Yaradıcı mühəndis qrupu tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün "Vahid pəncərə" sistemi işlənib hazırlanmışdır. Bu sistem artıq bir neçə ildir ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanın minlərlə sahibkar və iş adamı tətbiq edilmiş sistemin üstünlüklərini qiymətləndirməyə imkan qazanmışdır.[3]
  • Su hövzələrində və çaylarda suyun səviyyəsini avtomatik qaydada nizamlayan unikal sistemlər tətbiq edildi. Bu zaman şlüz qapılarının yuxarı qaldırılma və aşağı salınmasını nizamlayan yeni həllər işləndi, müasir mühərriklərin quraşdırılması və diaqnostikası həyata keçirildi. Köhnə güc kabellərinin yeniləri ilə əvəz edilməsinin və güc kontaktorları üçün hermetik şkafların qoyulması nəticəsində su bəndinin əməkdaşlarının şlüz qapılarında və dispetçer otağında elektrik cərəyanı ilə vurulmaları ehtimalı azaldı. Bütün bunlar keyfiyyətin və təhlükəsizlik texnikasının beynəlxalq standartlarına müvafiq halda yerinə yetirildi. Bununla da daşqınların qarşısının alınmasında əhəmiyyətli nailiyyətlər əldə edilmiş oldu.
  • "Oğuz-Qəbələ-Bakı" su borusu xəttinin çəkilişi zamanı su kəməri sisteminin əsas borusunun tam avtomatlaşdırılması həyata keçirildi, su sərfiyyatını ölçən, səviyyəölçənlər və həmçinin təzyiq və temperatur ötürücüləri sistemi quraşdırıldı. Həmçinin, su kəmərinin bütün uzunluğu boyunca optik-lifli kabel sistemi çəkildi, sistemin mərkəzləşdirilmiş qaydada idarə edilməsi üçün SCADA nəzarət sistemi quruldu. Bütün bu layihə Azərbaycan Prezidenti İlham Əliyevə uğurla təqdim edildi.
  • Namiq Məmmədov ilk rəqəmsal bank olan Zamzam bankın müşavirlərindən biridir. N. Məmmədov Zamzam bankda strateji tərəfdaşlığın inkişafına cavabdeh olan məsul şəxsdir, hansı ki, vergi mərkəzinin tətbiqi bura daxildir. Həmçinin, Məmmədov bankın davamlı artım və inkişafında və Azərbaycan bazarında genişlənməsində dəstəyi, müxtəlif şirkətlərin prezidentləri ilə əlaqələrin qurulması, önəmli qərarların qəbul edilməsində xüsusi iştirakı ilə layihənin inkişafına əvəzolunmaz töhfə vermiş və verəcəkdir.[3][4]

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2009-cu ilin aprel ayından 2015-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmişdir.[5][6][7][8][9][10]

6 fevral 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[11][12][13][14][15]

Ailə vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Namiq Məmmədov ailəlidir, 2 övladı var.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Мамедов Н.М., "Развитие информационного законодательства Азербайджанской Республики". Информационное право: Актуальные проблемы теории и практики. Сборник докладов научно-практической конференции. Москва, МГЮА. 3 апреля 2015 г. Стр. 60–62.
  2. Мамедов Н.М., "Об открытости деятельности государственных органов". Информационное право: Актуальные проблемы теории и практики. Сборник докладов Международной научно-практической конференции. Москва, МГЮА. 7 апреля 2016 г. Стр. 68–72.
  3. Мамедов Н.М., "Развитие електронного правительства в Азербайджанской Республике". Стратегия национального развития и задачи юридической науки. Сборник докладов. Москва, МГЮА. 2016 г. Стр. 56–58.
  1. Məmmədov, Əflatun. Eminlər tayfasının şəcərəsi (PDF) (az.). Bakı: "Caşıoğlu". 2015.
  2. Məmmədov, Əflatun. Məsim müəllimin şərəfli ömür yolu (PDF) (az.). Bakı: "Caşıoğlu". 2014.
  3. 1 2 3 4 SanZoldyck. "Namig Mamedov — New technical advisor to Zamzam" (ing.)). golos.io. 2018-09-30. 2018-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
  4. "Advisors" (ing.)). zam.io. 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  5. "14 aprel 2009-cu il tarixli 788-IIIQR nömrəli Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər" (az.)). meclis.gov.az. 2009-04-15. 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-13.
  6. "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2005-ci il tarixli, 866-IIQR nömrəli qərarı" (az.)). e-qanun.az. 2005-03-15. 2017-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24.
  7. Murtuz Ələsgərov. "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında 15 mart 2005-ci il tarixli Qərar" (az.)). ntrc.gov.az. 2018-04-25. 2018-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-27.
  8. Oqtay Əsədov. "İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMLARI ŞİRKƏTİ YAYIM ŞURASININ TƏRKİBİNDƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI" (az.)). azertag.az. 2009-04-14. 2018-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
  9. "Azərbaycan" qəzeti, 15 aprel 2009-cu il, № 79
  10. Azərbaycan Respublikası Milli Məclisin Məlumatı 2 fevral-14 aprel 2009-cu il, № 1
  11. İlham Əliyev. "Azərbaycan Respublikasında informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2014-02-06. 2017-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.
  12. İlham Əliyev. "Azərbaycan Respublikasında informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan. 2014-02-06. 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-13.
  13. "Prezident rabitə işçilərini təltif etdi - SİYAHI" (az.)). lent.az. 2014-02-06. 2018-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-13.
  14. İlham Əliyev. "Prezident İlham Əliyev 26 nəfərə "Tərəqqi" medalı verib (SİYAHI)" (az.)). xeberservis.az. 2014-02-06. 2016-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-13.
  15. İlham Əliyev. "Prezident rabitəçilərlə bağlı sərəncam verdi" (az.)). mia.az. 2014-02-06. 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]