Normal forma

Normal forma (normal form ) - relyasiyalı verilənlər bazasında: informasiyanın strukturlaşdırılması üsulunu müəyyənləşdirən, artıqlığın və uzlaşmamanın olmaması ilə xarakterizə olunan element; informasiyanın səmərəli işlənməsini, saxlanmasını və yenilənməsini təmin edir. Adətən, üç formada istifadə olunur: birinci normal forma (1NF), ikinci normal forma (2NF) və üçüncü normal forma (3NF).

  • Birinci normal forma (1NF)(ən az strukturlaşdırılmış), hər bir sahəsi (sütunu) unikal informasiyadan ibarət olan yazılar qrupudur (məsələn, işçilərin siyahısı). İkinci və üçüncü normal formalar birinciləri ayrı-ayrı cədvəllərə bölür və ardıcıl olaraq sahələr arasında daha incə qarşılıqlı ələqələr müəyyənləşdirir.
  • İkinci normal (2NF) formada ilkin açar sahəsi istisna olmaqla, başqa sahələrin altçoxluğu olan sahələr olmur.
  • Üçüncü normal (3NF)formada açar olmayan sahələr haqqında informasiyaların yerləşdiyi sahələr olmur. Daha mükəmməl normallaşmada Boys-Kodd normal forması (BCNF), dördüncü normal forma (4NF) və birləşmiş proyeksiya – beşinci normal forma (PJ/NF və ya SNF) olur.

Proqramlaşdırmada: normal forma, başqa dillərin sintaksisini təsvir etmək üçün istifadə olunan metadildir. Bəzən Bekus normal forması (Bekus-Naur forması) da adlanır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,