Geniş sütunlu yaddaş (ing. wide-column store) — NoSQL verilənlər bazalarına aiddir və əsasən böyük miqdarda məlumatları yüksək performansla saxlamaq və işləmək üçün istifadə olunur. Bu verilənlər bazası sütun-əsaslı saxlanma modeli ilə işləyir, yəni məlumatlar cədvəl-əsaslı modellənsə də, hər bir sətir fərqli sayda və fərqli strukturlu sütunlara malik ola bilər.[1] Bu, ona böyük çeviklik və şkalabilmə imkanı verir.
- Sütun ailələri — məlumatlar bir sıra (ing. row) və sütun ailələri (ing. column families) şəklində saxlanılır. Sütun ailələri oxşar məlumatları bir yerə qruplaşdıraraq daha effektiv saxlanma və oxumağa imkan verir.[2]
- Dinamizmlik — hər bir satır fərqli sütun dəstinə malik ola bilər və sütunlar əvvəlcədən müəyyən olunmamış ola bilər. Məlumatların qeyri-sabit strukturu onu çevik edir.[3]
- Şkalabilmə və paylanma — geniş sütunlu verilənlər bazaları paylanmış şəkildə, bir neçə server üzərində işləyə bilir və bu, məlumat bazasının miqyaslandırılmasını asanlaşdırır.
- Yüksək performans — böyük həcmli məlumatlar üzərində yüksək sürətlə sorğu verməyə imkan verir, bu da real vaxtlı sistemlərdə və böyük məlumat axınlarında (ing. big data) üstünlükdür.[2]
- Apache Cassandra — paylanmış və şkalabilən NoSQL geniş sütunlu verilənlər bazasıdır. Facebook tərəfindən inkişaf etdirilmiş və böyük verilənlər üzərində performanslı işləməsi ilə tanınır.[4]
- HBase — Apache Hadoop layihəsinin bir hissəsidir və Google-ın Bigtable sisteminə əsaslanır. HBase əsasən böyük həcmli məlumatların paylanmış şəkildə saxlanılması üçün istifadə olunur.
- ScyllaDB — Cassandra ilə uyğunluq təşkil edən, lakin performansı daha yüksək olan bir geniş sütunlu verilənlər bazasıdır.
Geniş sütunlu yaddaş verilənlər bazası böyük miqdarda məlumatların saxlanması və sorğulanması ilə əlaqəli olan tətbiqlərdə istifadə olunur, məsələn, sosial media platformaları, məzmun paylama şəbəkələri və IoT sistemlərində.
|
---|
Növləri | |
---|
Konsepsiya | |
---|
Obyektlər | |
---|
Komponentlər | |
---|
Funksiyalar | |
---|
Əlaqəli mövzular | |
---|
|