Narınc Məlikova

Narınc Murad qızı Məlikova (1917, Abdal, Şuşa qəzası22 noyabr 1990, Ağdam) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940).

Narınc Məlikova
Doğum tarixi
Doğum yeri Abdal, Şuşa qəzası
Vəfat tarixi
Vəfat yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr aktrisası
Fəaliyyət illəri 1936–1989
Təhsili Bakı Teatr Məktəbi
Teatr Ağdam Dövlət Dram Teatrı,
Füzuli Dövlət Dram Teatrı,
İrəvan Dövlət Azərbaycan Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940

Narınc Məlikova 1917-ci ildə Şuşa qəzasının Abdal kəndində (hazırkı Ağdam rayonu) anadan olub. O, səhnə yaradıcılığına həvəskar aktrisa kimi 1931-ci ildə başlayıb. 1932-ci ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə qəbul olub. Burada 3-cü kursda təhsil alarkən ailə vəziyyəti ilə bağlı olaraq İrəvan şəhərinə köçüb. Oradakı İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.[1]

Aktrisa 1936-cı ildə Bakıya gəlib. O, 1936–1939-cu illərdə Səyyar Kolxoz və Sovxoz Teatrının mövsümi truppasında, 1939–1941-ci illərdə Şəmkir Kolxoz və Sovxoz Teatrında işləyib. 1941–1943-cü illərdə Ağdam Kolxoz və Sovxoz Teatrında, 1943–1949 və 1969–1989-cu illərdə Ağdam Dövlət Dram Teatrında fəaliyyət göstərib. 1949-cu ildə Ağdam teatrı bağlananda Narınc Məlikova Füzuli Dövlət Dram Teatrına dəvət alıb və 1952-ci ildə həmin teatr da fəaliyyətini dayandıranadək orada işləyib. Bundan sonra o, Ağdam dram dərnəyində və onun əsasında yaranmış xalq teatrında aktrisalıq edib. 1953-cü ildən 1969-cu ilədək Ağdam mədəniyyət evində bədii rəhbər işləyib.[1]

Narınc Məlikova 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub. O, 1990-cı il ilin noyabrında Ağdamda vəfat edib.[2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar

[redaktə | mənbəni redaktə et]
Ağdam teatrında
Tamaşa Müəllif Rol
Sevil Cəfər Cabbarlı Sevil və Dilbər
Yaşar Cəfər Cabbarlı Yaqut və Şərəbanu
Aydın Cəfər Cabbarlı Gültəkin
Oqtay Eloğlu Cəfər Cabbarlı Firəngiz
Almaz Cəfər Cabbarlı Almaz
Solğun çiçəklər Cəfər Cabbarlı Gülnisə
Müsyo Jordan və dərviş Məstəlişah Mirzə Fətəli Axundov Şərəfnisə
Hacı Qara Mirzə Fətəli Axundov Tükəz
Xırs quldurbasan Mirzə Fətəli Axundov Zalxa
Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev Səlimə
Ər və arvad Üzeyir Hacıbəyov Minnət xanım
Əsli və Kərəm Üzeyir Hacıbəyov Əsli
Leyli və Məcnun Üzeyir Hacıbəyov Leyli
Məşədi İbad Üzeyir Hacıbəyov Gülnaz
Arşın mal alan Üzeyir Hacıbəyov Gülçöhrə
Laçın yuvası Süleyman Sani Axundov Gövhər xanım və Pəricahan
Eşq və intiqam Süleyman Sani Axundov Həcər xanım
Fərhad və Şirin Səməd Vurğun Şirin
Vaqif Səməd Vurğun Xuraman
Xoşbəxtlər Sabit Rəhman Maral
Bahar Məmmədhüseyn Təhmasib Bahar
Natəvan Şövkət Məmmədova Natəvan
Həyat Mirzə İbrahimov Həyat
Qaçaq Nəbi Süleyman Rüstəm Həcər
Qatır Məmməd Zeynal Xəlil Gülcamal
Vicdan Bəxtiyar Vahabzadə Bahar müəllimə
Qaynana Məcid Şamxalov Afət
Durna Süleyman RüstəmSəid Rüstəmov Durna
Arvadımın əri Georgi Xuqayev Mehri
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN 5-86874-179-X.
  • "Н. М. Мәликова". № 46 (2441). Әдәбиjjат вә инҹәсәнәт. 23 нојабр 1990-ҹы ил: сәһ. 7.