Narzanlar vadisi

Narzanlar vadisiRusiyanın Kabardin-Balkariya Respublikasında balenoloji-iqlim kurort yeri. Ərazi Qafqaz Mineral Suları zonasına, Zolski rayonuna daxildir. Nalçik şəhərindən 87 km şimal-qərbdə, 34 km Kislovodsk şəhərindən qərbdə yerləşir. Ərazi Böyük Qafqazın Qayalı dağlar silsiləsinin şimal yamacının dağ ətəklərində, Xasaut (Malku çayına birləşdiyi ərazidən az aralı) çayı vadisində yerləşir. Ərazinin dəniz səviyyəsindən hündürlüyü 1300 metr olub Qaraçay-Çərkəz Respublikası sərhəddində yerləşir.

Narzanlar vadisi
rus. Долина нарзанов
BTMB kateqoriyası — III (Təbiət abidəsi)
Sahəsi 100 ha
Yaradılma tarixi 4 aprel 1978-ci il
Yerləşməsi
43°41′45″ şm. e. 42°40′35″ ş. u.
Ölkə  Rusiya
Yerləşməsi Kabardin-Balkariya
Narzanlar vadisi xəritədə
Narzanlar vadisi
Narzanlar vadisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xasaut çay vadisinin 1 km-lik hissəsində 20 narzan tipli mineral bulaq mövcuddur. Ətraf ərazilərdə Muştin şəlaləsi (cənub-qərbdə), Şatjatmaz dağında isə Pulkova rəsadxanasının filialı yerləşir.[1]

İqlimi[redaktə | mənbəni redaktə et]

Bölgənin iqlimi mülayim kontinentaldır. Qışı yumşaq, davamlı olmayan qar örtüyü ilə müşahidə olunur. Yanvar ayının orta temperaturu −5 °C-dir. Yay ayları iti olur. Yağışlı keçir. Avqust ayının orta aylıq temperaturu 22 °C-dir.. İllik yağıntıların miqdarı 700 mm-dir. İllik günəşli günlərin miqdarı 2731 saatdır.[2]

Müalicəvi əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Ərazinin iqlim göstəriciləri ilə yanaşı əsas müalicəvi — bölgədə olan 17 əsas mineral sudur. Bütün mineral bulaqlar Xasaut çay sahilində yerləşir. Əsas iki mineral bulağın debiti təxminən 1 milyon l/sutkadır. Mineral suların suyu kimyəvi baxımdan karbonatlı hidrokarbonatlı-xloridli, natrium-kalsiumludr. Minerallaşma 3,3 q/l-dir. Karbon qazının miqdarı 2,2 q/l-dir. Temperatur 10,5 °C; güclü qazlılağa malikdir — «soyuq qaynama»

Turizm[redaktə | mənbəni redaktə et]

Vadidə «Narzanlar vadisi» tirizm mərkəzi fəaliyyət göstərir. 350 yerlik bu mərkəz Kislovodsk şəhərindən 36 km aralıdır. 2007-ci ildən fəaliyyət göstərmir. Ərazidə ancaq yay ayları üçün kiçik 2 yerlik evlər fəaliiyət göstərir.

Rekresiya-kurort ərazisindən çoxlu turist marşrutu keçir: № 49 «Şimali Qafqaz — Qara dəniz sahili», il boyu, — Nalçik— Kislovodsk — Kudepsta; № 52 «Kislovods — Nalçik», il boyu; № 85 «Qafqaz ön dağlığı», yay aylarında, — Nalçik — Narzanlar vadisiД — Pyatiqorsk; № 310 «Şimali Qafqaz kurortları», yay aylarında, — Teberda — Pyatiqorsk — Nalçik.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Словарь современных географических названий / Рус. геогр. о-во. Моск. центр; Под общ. ред. акад. В. М. Котлякова. Институт географии РАН. — Екатеринбург: У-Фактория, 2006..
  2. "Долина нарзанов на сайте ООПТ России". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.