Naurskaya

Naurskaya (çeç. Новр-гӏала[5]) — Çeçenistan Respublikası, Naurski rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Naurski rayonunun və Naurskaya kənd sovetliyinin mərkəzidir.

Naurskaya
Новр-гӏала
43°39′03″ şm. e. 45°18′42″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1642
Mərkəzin hündürlüyü 81 m[3]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 11.165 nəf. (2024)[4]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87143
Poçt indeksi 366120
Xəritəni göstər/gizlə
Naurskaya xəritədə
Naurskaya
Naurskaya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Rayon icra hakimiyyətinin binası

Kənd Qroznının mərkəzindən 48 km şimal-qərbdə, Naurskaya dəmiryol stansiyasından isə 3 km cənub-qərbdə yerləşir.

Kənd Tersk-Kum ovalığında, Terek çayının sol sahilində, çay yatağından 1-1,5 km şimalda qərarlaşır. Terek çayı istiqamətdən sıx meşə, digər tərəfdən isə kənd bağları və üzümlçüklərlə əhatə olunmuşdur.

Milli tərkib

2002-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 6 110 71,62 %
ruslar 1 964 23,02 %
türklər 84 0,98 %
ukraynalılar 40 0,47 %
ermənilər 21 0,25 %
qumuqlar 21 0,25 %
avarlar 15 0,18 %
inquşlar 12 0,14 %
noqaylar 10 0,12 %
digərləri 254 2,98 %
ümumi 8 531 100,00 %

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[7]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 6 915 76,41 %
ruslar 1 445 15,97 %
qumuqlar 141 1,56 %
türklər 81 0,90 %
avarlar 52 0,57 %
rusiyalılar 50 0,55 %
rutullar 46 0,51 %
digərləri 301 3,33 %
bildirməyənlər 19 0,21 %
ümumi 9 050 100,00 %

Bir versiyaya görə Naurskaya kəndinin ilk adı ilk olaraq 1642-ci ildə qeyd edilmişdir. O vaxt kənd Terek çayının sağ sahilində yerləşirdi. 1715-ci ildə I Pyotrun əmri ilə kənd sol sahilə köçürülmüşdür. Bir müddət sonra isə kənddin əvvəli yerində Aşağı Naur adlı kənd qurulmuşdur.

1944-cü ildə Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra ərazi Qroznı vilayətinə daxil olur. Ümumilikdə resluiblikanın ərazisi Qroznı vilayəti ilə yanaşı, Dağıstan Muxtar Sovet Sosialist Respublikası, Gürcüstan SSR və Stavropol vilayətləri arasında bölüşdürülür

Kənd 1944-1957-ci illər ərzində Qroznı vilayətinə daxil olan Naurski rayonunun mərkəzi olaraq qalır.

Здание бывшей библиотеки

9 yanvar 1957-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə bıərpa edilir.

Eyni zamanda, o dövrdə mütləq əksəriyyəti ruslar olan yerli əhalinin rəyi nəzərə alınmadan, hazırkı Şelkovski rayonunun ərazisi ilə birlikdə bölgə Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikasına daxil edilir.[8].

1957-ci ildən 1991-ci ilə qədər Naurskaya kəndi Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi. 1991-ci ilin dekabrından bu günə qədər kənd Çeçenistan Respublikasının tərkibində olmuşdur.

Kənddə əsasən şərabçılıq və bağçılıq təsərrüfatları inkişaf etmişdir. Kənddə şirələr və konserv məhsulları istehsal edən bir neçə fabrik vardır.

Üstəlik 8 min hektar əraziyə sahib olan yerli təsərrüfatların birliyi belə fəaliyyət göstərir.

  1. 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. http://www.latlong.ru.
  4. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  5. А. Г. Мациев, А. Т. Карасаев. Русско-чеченский словарь. — М., Русский язык, 1978. — 728 с. — С. 728.
  6. "Этнокавказ. Национальный состав Наурского района по переписи 2002 года". 2012-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  7. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-02.
  8. "Этнокавказ. Национальный состав Чечни по переписям 1897—2002". 2019-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.